"Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı" - Polad Həşimovun ailəsi ilə söhbət

"Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı" - Polad Həşimovun ailəsi ilə söhbətErmənistanın növbəti təxribatı nəticəsində iyulun 13-dən 14-ə keçən gecə general-mayor Polad Həşimovun qəhrəmanlıqla şəhid olmasından 24 gün keçir.

Şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə xanım "MediaPost"a Polad Həşimovla bağlı xatirələrini bölüşüblər.

Oğlunun evdəki davranışları barədə danışan Səmayə Həşimova onu belə xatırlayır:

"45 yaşı olmasına baxmayaraq, evə gələndə başını tumarlamağımı, "mənim balam" deməyimi xoşlayırdı. Balacalıqdan tapança ilə oynayardı. Çox şıltaq uşaq idi, bu da ona şirinlik verirdi. Şıltaqlığına görə də onu çox istəyirdim. Evə gələndə uşaqlarla oynayardı, sonra evdə işlər görərdi. Həmişə ondan narahat qalmışam, xüsusilə də Aprel döyüşlərindən sonra. Çünki həmin döyüşlərdə yaralanmışdı, bu hadisədən sonra mənə çox çətin idi, dözə bilmirdim.

"Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı" - Polad Həşimovun ailəsi ilə söhbətSəngərdə əsgər kimi öndə, qərargahda general kimi əsgərinin arxasında!

Əsgərlərini çox istəyirdi, həmişə deyirdi ki, bir əsgərim yaralananda elə bilirəm ki, bir ömrüm gedib. Yəqin şəkillərini görmüsünüz, həmişə əsgərlərinin yanında olub. General olmasına baxmayaraq, hansı əsgərin yanına gedirdisə, axşam olanda orada qalıb səngərdə yatırdı. Deyirdi ki, övladlarım evdədir, anaları da onlara qulluq edir, nazını çəkir. Amma mənim əsgərlərim evdə deyil, səngərdədir, anaları da yanlarında deyil. Çalışırdı ki, onların yeməyi yaxşı olsun. Belə oğlan idi general.

"Həm anamsan, həm də atam"

Onun atası rəhmətə gedib, ona görə həmişə hamıya deyirdi ki, mənim atam da budur, anam da. Ailəcanlı idi oğlum. Bütün valideynlər övladlarını çox istəyir, lakin Polad başqa cür ata idi. O, öz istəyini övladlarından gizli saxlasa da, onları hədsiz sevirdi. Həmişə deyirdi ki, uşaqları ciddi qaydada böyütmək lazımdır, çətinliyə öyrəşib möhkəm olsunlar".

"O, qələbəni görmək istəyirdi"

Polad Həşimovun bacısı Kəmalə xanım qardaşı ilə olan uşaqlıq xatirələrindən danışaraq, onun arzularını bölüşüb:

"Mən onu heç vaxt qol qaldırıb oynayan görməmişəm. Heç öz toyunda da rəqs etməyib. Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı. O, qələbəni görmək istəyirdi. Bayrağımızı işğal olunmuş torpaqlarda görmək istəyirdi. Mən ölənə kimi belə qardaşla fəxr edəcəyəm. İnanıram ki, bu millət də heç vaxt onu unutmayacaq. Çünki Polad qəhrəmandır, qəhrəmanlarsa bir ölər, min dirilər. Onlar unudulmazlar. Vaxt hələ belə qəhrəmanları yetişdirəcək.

"Yaxşı, gəl oynayaq, udmayacağam səni" deyib, yenidən bacısına qalib gələn balaca Polad!

"Çox böyük arzuları vardı, kaş ki yarımçıq qalmazdı" - Polad Həşimovun ailəsi ilə söhbətAramızda iki yaş fərq olduğuna görə bir-birimizlə dost idik. O da dəcəl idi, mən də. Birlikdə çox gözəl xatirələrimiz var. Evdə nə sınırdısa, xarab olurdusa, deməli Poladla mənim işim idi. Çünki mənim böyük bacım və balaca qardaşım sakit uşaq idilər. Yaxşı nərd oynamağı vardı, mənə də o öyrətdiyinə görə indi mən də yaxşı oynayıram. Dərslərini də yaxşı oxuyurdu, Sumqayıtda riyaziyyat fənni üzrə olimpiada yarışlarında ikinci yeri tutmuşdu. Dərslərini tez hazırlayırdı ki, sonra uzun-uzadı nərd oynaya bilək. Elə olurdu ki ard-arda uduzurdum, bir dəfə, iki dəfə, üç dəfə... Axırda əsəbləşib onun qısa saçından yapışırdım, o da mənim uzun saçımdan tuturdu. Beləcə, mübahisə edirdik. Beş dəqiqədən sonra "yaxşı, gəl oynayaq, udmayacağam səni" deyirdi. Barışırdıq. Çox yumşaq ürəyi vardı, maraqlı xarakterli adam idi.

"O, 17 yaşında evdən çıxıb, 42 yaşına, son gününə kimi Vətənə xidmət elədi"

Mən Polad haqqında saatlarla danışa bilərəm, lakin gərək onu şəxsən tanıyardınız. O, bir gecədə əfsanəyə dönmüş adamdır. Həmin gecə neçə illik fəaliyyətinin nəticəsi olaraq onu tanıdınız. Bildiniz ki, doğrudan da belə bir qəhrəman yaşayırmış. Kaş ki belə insanları sağlığında tanıyaq. Onun nə qədər problemi olsa da, üzü həmişə gülürdü. Onu narahat edən məsələləri heç kimə demirdi. Elə mehriban idik ki, sanki onun bacısı yox, qardaşıyam. Axırıncı dəfə evə gələndə zarafat eləmişdik, gülüşünü hələ də xatırlayıram. Çox yaxşı münasibətimiz vardı, sadəcə evdən uzun müddət uzaq olduğu üçün gec-gec görüşürdük. Mən Bakıda işləyirəm, o bizə gələndə də işlərinə görə evdə çox qala bilmirdi. O, 17 yaşından evdən çıxıb, 42 yaşına, son gününə kimi də Vətənə xidmət elədi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2143   Tarix: 06 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - YENİLƏNİR + FOTO/CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək. 13:18. Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saa

20 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

20 aprel
.

Bu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç

Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəh

20 aprel
.

Maşınlarını tıxacda saxlayıb yolun ortasında dalaşdılar - Video

Sosial şəbəkələrdə Bakı şəhər Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsində 2 sürücünün dava etməsi ilə bağlı görüntülər yayılıb. DİN-in Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb və sürücülərin şəxsiyyət

20 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi auditor seçir

"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi audit xidməti üçün kotirovka sorğusu elan edib. "Report" xəbər verir ki, kotirovkada iştirak haqqı 10 manat təşkil edir. Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 6-sı, saa

20 aprel
.

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidir

Türk Dövlətləri Təşkilatının (TDT) əsas məqsədi üzv ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi və dərinləşdirilməlisidir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı "X"də yazıb. O bildirib ki, buna uyğun olaraq əlaqələr hər ötə

20 aprel