Ünvanlı sosial yardıma cəlb edilənlərin sayı açıqlandı - RƏSMİ
"Pandemiya dövründə sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilib. Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin yeddi ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib".
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla, 719 milyon manat çoxdur:
"Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən, əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 987 Tarix: 07 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq
29 martAzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA
Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd
29 martHakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c
29 martMilli Məclis Naxçıvanla bağlı qərar verdi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis
29 martErmənistandan Solovyovla bağlı QADAĞA
Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu
29 martBakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind
29 mart