"Jurnalistlərə 190 manat birdəfəlik ödəmə verilməsini Milli Məclisdə gündəmə gətirəcəm"- Fazil Mustafa
Məlumdur ki, pandemiya dövründə zərər görən fəaliyyət sahəsinin nümayəndələrindən biri də jurnalistlərdir. İş prosesi onları da böyük təhlükə ilə üz-üzə qoyur. Onlar istər- istəməz müxtəlif insanlarla təması nəticəsində virusa yoluxurlar. Hətta onların içərisində virusa yoluxaraq dünyasını dəyişən peşəkar jurnalistlər də var.
Ötən gün bununla bağlı Milli Məclisdə fikir bildirən deputat Tahir Kərimli pandemiya dövründə həkimlər və polislər kimi jurnalistlərin də çox əziyyət çəkdiyini bildirib. O, jurnalistlərin əməyinin göz qabağında olduğunu qeyd edərək bütün jurnlaistlərə 190 manat birdəfəlik müavinət verilməli olduğunu deyib.
Bu məsələ ilə bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa isə jurnalistlərə 190 manat birdəfəlik müavinat verilməsini Milli Məclisdə gündəmə gətirəcəyini açıqlayıb:
"Qeyd edim ki, bu məsələdə əsas kateqoriya həkimləri, ikinci polisləri götürürük. Bu iki sahənin şəxsləri paralel şəkildə pandemiyanın bütün ağırlığını çiyinlərində daşıyırlar. Hesab edirəm ki, bu kateqoriyaya üçüncünü də əlavə etməliyik. Bu da jurnalistlərdir. Tam əminliklə söyləyim ki, xüsusən də televiziya jurnalistləri müəyyən dərəcədə ən riskli vəziyyətlərdə bu funksiyanı hamıdan çox üzərlərinə götürürlər.
Həm Tovuz hadisələri ilə bağlı onların göstərdiyi fədakarlıq, həm pandemiya dövründə göstərdiyi təbliğat, həm də hansısa şəkildə iğtişaş, qarışıqlıq yaratmaq üçün yalan informasiyaların yayılmasının qarşısının alınmasında jurnalistlərin işlərini mütləq dəyərləndirmək lazımdır.
Düşünürəm ki, jurnalistlərə bu istiqamətdə müəyyən kompensasiya ödənilməsində tədbirlər görülməlidir. Jurnalistlər hətta gedib xəstə insanların palatalarında reportaj hazırlayırlar. Bu böyük riskdir. Bu riskin altına girənlər qiymətləndirilməlidirlər. Jurnalistlərə bu istiqamətdə ciddi dəstək olunmalıdır".
Şəlalə Babayeva
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1850 Tarix: 07 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAta-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər
19 aprelTürkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə
20 aprelBiləsuvarda qadın yaylığı ilə özünü asdı
Biləsuvarda intihar hadisəsi olub. xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb. 76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb. Faktla bağlı araşdırma aparılır
20 aprelBakıda yarım milyona Quran satılır? - FOTO
Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər
19 aprel42 yaşlı prokuror qəfil vəfat etdi
Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib
20 aprelBu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini
20 aprelBu, ermənilərdən daha çox ermənipərəstləri pərt edib - Hulusi Kılıç
Həmişə deyirlər ki, tarix yalnız mümkünsüzü mümkün edənləri ən təbii tərif sözləri ilə xatırlayar, məhz onların "möcüzə"lərindən ağız dolusu bəhs edər. İmkansızdır, yox olmaz deyənlər isə ümumiyyətlə, heç yada da düşməz, ya da ən yaxşı halda epizodik olaraq onlardan tarix kitablarında bəh
20 aprel