Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir

Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir"Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Türkiyənin "Aralıq dənizi qalxanı" təlimlərində iştirak edəcək. Azərbaycan Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşma əldə olunmaq üzrədir".

Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Azərbaycanın Aralıq dənizində hərbi təlimlərdə iştirakı Türkiyə üçün geosiyasi əhəmiyyət daşıyır:

"Türkiyənin hazırda Aralıq dənizi sahillərindəki bır sıra dövlətlərlə münasibətlərində gərginliklər var. Ona görə də Türkiyə istəyir ki, Aralıq dənizi hövzəsində tərəfdaşları çoxalsın. Türkiyənin Aralıq dənizi sahili ölkələri – Yunanıstan, Fransa, Misir və İsraillə münasibətləri gərgindir. Türkiyə Yunanıstanın Misirlə dəniz sərhədinə dair imzaladığı son sazişi tanımır. Ankara haqlı olaraq Yunanıstanla Misir arasında Aralıq dənizində sərhədinin olmadığını bəyan edib. Razılaşmada nəzərdə tutulan ərazi Türkiyənin qitə şelfində yerləşir. Bu saziş Şimali Kipr Türk Respublikasının və Liviyanın da maraqlarına ziddir. Yunanıstan və Misir yeni sazişlə Aralıq dənizində birgə enerji yataqlarının kəşfiyyatına və istismarına ümid edirlər. Ancaq Türkiyə buna imkan verməyəcək".

Politoloq bildirib ki, belə vəziyyətdə Türkiyənin tərəfdaşlara ehtiyacı var:

"Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Türkiyə ada ölkəsi olan Malta ilə də danışıqlar aparır. Təsadüfi deyil ki, bugünlərdə Türkiyə və Maltanın xarici işlər nazirləri birgə Liviyaya səfər ediblər. Türkiyə kimi Malta da Liviyada mərkəzi hakimiyyətlə əməkdaşlıq edir. Türkiyənin strateji müttəfiqlərindən biri də Azərbaycandır. Aralıq dənizindəki təlimlərə Azərbaycanın simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşlarının sayını artıracaq. Bu, Türkiyə üçün çox vacibdir. Azərbaycanın Aralıq dənizindəki təlimlərdə iştirakı o demək deyil ki, Bakının Türkiyənin həmin bölgədəki rəqibləri ilə münasibətləri avtomatik olaraq gərginləşəcək. Azərbaycan Türkiyə ilə strateji müttəfiq olsa da, xarici siyasətdə fərqli çalarlar da var. Məsələn, Türkiyədən fərqli olaraq, Azərbaycanın İsraillə münasibətləri yaxşıdır. Yunanıstan Ermənistanla sıx əlaqələr qursa da, Bakının Afina ilə də dərin fikir ixtilafı yoxdur".

"Buna baxmayaraq, strateji müttəfiqlik qarşılıqlı dəstəyi diktə edir. Əgər Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərdə iştirak etməklə müttəfiqinə hərtərəfli dəstəyini ifadə edirsə və bu, işğalçı Ermənistana təzyiqi artırmaq baxımından bizim üçün vacibdirsə, eyni ilə Azərbaycanın da Aralıq dənizində planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir", - deyə politoloq bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1297   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22 aprel
.

Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib. Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər. Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq. Təəccüblənən bəy ona zarafat etdiklərin

22 aprel
.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

Tribunada şəhər merinin şalvarı aşağı düşdü - VİDEO

Kolumbiyanın Sabanalarq şəhərində merin çıxışı zamanı gülməli hadisə baş verib. xarici mediaya istinadla bildirir ki, bələdiyyə sədri Xose Elias Çams təhsil müəssisəsində ictimaiyyət qarşısında çıxış edərkən şalvarı aşağı düşüb və o, səhnədə alt paltarında qalıb. Vəziyyətin yöndəmsizliyinə baxmayaraq

23 aprel