SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?

SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?Azərbaycanda dövlətə, o cümlədən Dövlət Neft Şirkətinə (SOCAR) məxsus torpaq sahələrinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satılması ilə bağlı problem hələ də həll olunmamış qalır. Xüsusilə də neft kəmərlərinin keçdiyi ərazilərin vətəndaşların ixtiyarına verilməsi, oralarda fərdi yaşayış evlərinin tikilməsi narahatlıq doğurur. Halbuki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Bəs bu kimi halların qarşısını necə almaq olar?

"Bələdiyyələr günahkardır"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, dövlət torpaqlarının qeyri-qanuni yollarla satışa çıxarılmasında bələdiyyələr aktiv iştirak edir: "Dövlət torpaqlarının satışı ilə ayrı-ayrı şəxslərin məşğul olması mümkün deyil. Yəni kimsə SOCAR-a məxsus torpağı zəbt edib, onu sata bilməz. Dövlət torpaqlarının satışını ayrı-ayrı yerli bələdiyyələr və onların nəzarətində olan şəxslər həyata keçirir. Hesab edirəm ki, bələdiyyələrin dövlət torpaqları üzərində sərəncam vermək məsələsi ilə bağlı ciddi işlər görülməlidir".

"Bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir"

Bundan başqa, onun sözlərinə görə, qeyri-qanuni fəaliyyəti ortaya çıxan bələdiyyələrə qarşı ciddi, inzibati tədbirlər görülməlidir: "Təəssüf ki, bu tədbirlər həyata keçirilmir. Eyni zamanda, bu addımı atan dövlət təşkilatları və bu təşkilatlara bağlı olan şəxslər müəyyən edilərsə, həmin təşkilatlara qarşı ciddi tədbirlər görülməlidir. Dövlət torpaqlarının alqı-satqı predmeti olması və yaxud zəbt edilməsi bilavasitə cinayət tərkibi yaradan məsələdir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət tədbirləri gücləndirilməlidir. Təkcə SOCAR-ın deyil, ayrı-ayrı qurumların balansında olan torpaq sahələrinin alqı-satqı predmetinə çevrilməsi ilə bağlı məlumatlar ortaya çıxır. Bu məsələyə Əmlak Məsələləri Dövlət Komitəsi nəzarət edirdi. Komitə ləğv edilib İqtisadiyyat Nazirliyi yanında Xidmətə çevriləndən sonra qurumun fəaliyyətində xeyli müddət passivlik yaranıb. Qarşıdakı aylarda xidmətin əməkdaşlarının işlərinin hansı səviyyədə olacağını görəcəyik. Bütün hallarda hesab edirəm ki, hüquq mühafizə orqanları, təşkilatlar eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti bu məsələlərə nəzarəti artırmalıdır".

"Vətəndaşlar sənədsiz torpaq almasın"

"Vətəndaşlar da bilməlidir ki, dövlət torpaqlarının satışına dair hərrac keçirilmirsə, bu cür torpaqlar aktlaşdırılıb satıla bilməz. İnsanlar sənədi olmayan torpaq sahələrini almasınlar. Sonradan torpağın üzərində tikinti aparmaq ixtiyarı olmayacaq", - R.Osmanlı əlavə edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1524   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021