Yumuşalma hansı sahələrdə və necə olmalıdır? - Deputatdan AÇIQLAMA

Yumuşalma hansı sahələrdə və necə olmalıdır? - Deputatdan AÇIQLAMA"Vəziyyətin yaxşılaşması istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür".
Bu barədə Baş Nazir Əli Əsədov avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə deyib.
Baş nazir deyib ki, bunun üçün ilkin olaraq insanlar maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara əməl etməlidir, eyni zamanda açılacaq obyektlərin fəaliyyəti üzrə təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb.

Hazırda sosial-iqtisadi vəziyyət bir sıra sahələrdə yumşalma üçün əsas verir. O cümlədən təsərrüfat malları, geyim və digər mağazaların açılması mümkündür. Bundan başqa əhalinin yayın qalan hissəsini minimum şərtlərdə dincələ bilməsi üçün rayonlara gediş-gəlişin bərpa olunması mümkündür.
Bu zaman bir sıra məhdudiyyətlərin tətbiq olunması mümkündür. Məsələn, Avropanın bir sıra ölkələrində mağazaların sahəsinə uyğun olaraq eyni anda müəyyən sayda müştərini içəri buraxmağa icazə verilirdi. Bu qaydanı tətbiq etməklə Azərbaycanda da mağazaların fəaliyyətini bərpa etmək, sosial məsafə qaydalarına əməl etməklə bu sahələrdə fəaliyyəti bərpa etmək olar. Yumşalma hansı sahələrdə və necə olmalıdır?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Azərbaycan dövləti bu gün pandemiya ilə mübarizədə bir çox dövlətlərə nümunə oldu:

"Ölkə başçısı tərəfindən atılan operativ addımlar sayəsində koronavirusun ölkəmizdə yayılmasının qarşısı alındı. İnsanlarımızın sağlamlığının qorunması ilə yanaşı bu müddət ərzində vətəndaşlarımızın sosial rifahının yaxşılaşıdırlması üçün də çox mühüm addımıar atıldı. O addımlardan biri də bilirsiniz ki, cənab prezident dünən keçirdiyi koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformat formasında keçirdiyi müşavirədə avqust ayı üçün də sərt karantin rejimi tədbiq edilən 13 rayon və şəhərdə yaşayan işsiz vətəndaşlara 190 manat verilməsi ilə bağlı çox mühüm göstəriş verdi. Bundan əlavə dövlət sektorunda çalışan şirkətlərin dəstəklənməsi üçün büdcəsindən 136 milyon, eyni zamanda özəl sektorda çalışan sahibkarların dəstəklənməsi üçün əlavə olaraq 100 milyon manat əlavə vəsait ayrılacaq. Bütün bu addımlar bir daha göstərir ki, cənab prezident və Azərbaycan dövləti hər zaman vətəndaşının arxasındadır".

Deputat qeyd edib ki, 13 rayon və şəhərdə tədbiq edilən sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb:

"Artıq tədbiq edilən sərt karantin rejiminin müsbət nəticələrini görürük. Gündəlik yoluxanların sayı 600-dən 144-də düşüb. Ən önəmlisi isə gündəlik sağalanların sayı yoluxanlardan 3 dəfə çoxdur. Müsbət dinamika davam edərsə düşünürəm ki, müəyyən karantin qaydalarına əməl etməklə artıq yumşalmalara getmək olar. Xırda ticarət mərkəzlərin, kafe və restoranların fəaliyyətinə icazə vermək olar.

Əlbəttə geyim mağazalarında və digər iaşə obyektlərində müəssisə sahibləri karantin qaydalarına əməl edilməsinə nəzarət gücləndirilməlidir. Belə ki, maskasız insanların mağazaya girməsi qadağan olunmalıdır. Qapalı yerlərdə sosial məsafə qorunmalı və sanitar gigyenik qaydalara riyaət edilməlidir. Bundan əlavə düşünürəm ki, rayonlara gediş-gəliş müəyyən qaydalara əməl etməklə bərpa edilməlidir. Çünki yay ayıdır. İnsanlarımız istirahət etmək üçün bölgələrə getmək istəyir. Amma təbii ki, insanlarımızın qoyulan qaydalara əməl etməsi vacibdir. Əlbəttə tədbiq ediləcək yumşalmalar insanlarımızda rahatlıq yaratmamalıdır. Çünki qoyulan qaydalara əməl edilməməsi sonrada yoluxanların sayının yenidən artmasına səbəb ola bilər. Hər birimiz normal həyatımıza tez qayıtmağımız üçün qoyulan qaydalara əməl edərək dövlətimizin bu istiqamətdə gördüyü işlərə dəstək olmalıyıq".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5951   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

DYP avtobus sürücülərinə XƏBƏRDARLIQ ETDİ - FOTO/VİDEO

Ötən gün iki avtobus sürücüsünün qaydaları pozması ilə bağlı görüntülər yayılıb. -in məlumatına görə, sürücülər Abşeron rayonu ərazisində avtobusları idarə edərkən həm öz, həm də sərnişinlərin həyatını təhlükəyə atıblar. Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra sürücülər tənqid obyektinə çevrilib

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel