Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – Fotolar

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FotolarÖtən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimovun adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılmışdı.

"MediaPost" xəbər verir ki, bununla bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən verilən məlumatda Həzi Aslanov küçəsinin adının dəyişdirilmədiyi və Polad Həşimovun adının Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verildiyi açıqlanmışdı.

Bildirilmişdi ki, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin kəsişməsindən başlayaraq, Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Mövzu ilə bağlı Rəşad Məmmədov adlı "Facebook" sosial şəbəkə istifadəçisi öz səhifəsində küçənin xəritə görüntüsünü paylaşmaqla, yanlış məlumatın yayılma səbəbini izah edib:

"Bəzi oxucu kütləsi ilə tanınan və onlara olan etibardan istifadə edib araşdırmadan qazanc xatirinə xəbər paylaşan jurnalistlər sayəsində bu gün görülən işlər xalqa yanlış təqdim olundu. Onların dediyinə görə, Polad Həşimov küçəsi Həzi Aslanov küçəsinin adının dəyişdirilməsi nəticəsində lövhələnib, bununla da, insanlar haqlı olaraq bu xəbəri Həzi Aslanova qarşı hörmətsizlik olaraq anladılar. Əslində, Həzi Aslanov küçəsindən başlayan Polad Həşimov küçəsi İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsindən ayrılaraq şəhərin mərkəzi küçələrindən birinə verilib, bununla da, İsmayıl bəy Qutqaşınlı küçəsinin adına toxunulmayıb və hər üç küçə müstəqil fəaliyyət göstərir. İndi isə bizim "jurnalistlərin" bu məlumatı aldığı mənbəyə diqqət edək.

Şəkillərdə vətəndaşlara, cəmiyyətə açıq olan rəsmi dövlət saytı ünvanportalı.az səhifəsindən və qeyri-dəqiq "Google Maps" xəritələrindən olan ekran görüntülərinə baxa bilərik. "Google" xəritəsində Heydər Əliyev küçəsinin istənilən bir yerini seçəndə həmin nöqtənin Həzi Aslanov küçəsinə aid olduğu göstərilir. Digər tərəfdən də, indiki Polad Həşimov və keçmiş İsmayıl bəy Qutqaşınlı küçəsinin davamı olan küçəni Həzi Aslanov olaraq göstərməkdə davam edir. Bundan başqa, Qəbələ şəhərində yerləşən Heydər Əliyev prospektini də Qutqaşınlı olaraq göstərməklə yanaşı, şəhərdə yerləşən real Qutqaşınlı küçəsini də eyni adla göstərir. Bildiyimiz kimi, şəhərin tərkibində fərqli rayonlara aid deyilsə, bir ad yalnız bir küçəyə verilə bilər. "Google"dan aldığımız nümunə onu göstərir ki, oradakı məlumatlar araşdırılmadan, sadəcə küçələrin adlarının boş qalmamasına çalışılır. Orada nisbətən dəqiq olan yalnız obyektlər və dövlət orqanlarının adlarıdır. Digər tərəfdən isə portala aid ekran görüntülərinə nəzər yetirsək, orada hansı küçənin Həzi Aslanov, hansının Qutqaşınlı (hazırda Polad Həşimov) olduğunu görə bilərik".

Qeyd edək ki, general-mayor Polad Həşimovun adının verildiyi küçə Qəbələ şəhərinin ən böyük küçələrindən biridir.

Polad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FotolarPolad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FotolarPolad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FotolarPolad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – FotolarPolad Həşimov küçəsinin xəritə görüntüsü yayıldı – Fotolar


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2382   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021