8 minə yaxın obyekt qaydaları pozdu

8 minə yaxın obyekt qaydaları pozduİqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, 5-6 avqust tarixlərində keçirilmiş növbəti monitorinqlərdə Bakının Nərimanov rayonunda "Atlanta İnteryer" mağazasında, "Prime Food CO" MMC-yə məxsus mağazada, "Dokta" MMC-yə məxsus aptekdə, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda "Super Çərəz Mağazası"nda, Naim Salamova məxsus ət, Rahil İbrahimova məxsus təsərrüfat malları, Svetlana Musəvi və Arzu Vəliyevaya məxsus ərzaq mağazalarında, Ramin Cabbarova məxsus kafedə, Xəzər rayonunda "Oba Market"də, Nadir Ələkbərova, Cavid Şirinova, Məzahir Ağayevə, Cəmaləddin Hüseynzadəyə məxsus mağazalarda, İlqar Abdulova məxsus "Zoo Mağaza"da, "Buta Farm" MMC-yə məxsus aptekdə, "Bon Appetit" mağazasında, "İlkin Market"də, "Sizin Market"də, "Pizza Holiday"də, "Avand Gözəllik Salonu"nda, "Edelss Baku Gözəllik Salonu"nda, "Elqa Gözəllik Salonu"nda, Xuraman Ağayevaya məxsus ərzaq mağazasında, Suraxanı rayonunda Orxan Nəbizadəyə məxsus xırdavat, Anar Mirzəyevə məxsus qarışıq mallar, Əfsanə Həsənovaya məxsus ərzaq mağazalarında, Nizami rayonunda İlqar Məlikova, Tariyel Ələkbərova, Ruslan Əlləzova, Tahir Əliyevə, Etibar Baxşəliyevə məxsus mağazalarda, Şofiq Rəfiyə məxsus "Quru meyvə" dükanında, Qaradağ rayonunda Qaraş Quliyevə, Həzi Xanlarova, Zöhrab Əlimanova, Elşən Xankişiyevə məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Vüsal Bayramova, Zahir Tahirova, Laçın Gülməmmədovaya, Cövhər Mərdanova, Rasim Əhmədova, Tehran Hüseynova məxsus mağazalarda, Sabunçu rayonunda "Ərzaq və dönər satışı 24 saat" ticarət obyektində, "BazarStore"da, Nigar Hüseynovaya məxsus "Kimyəvi Təmizləmə" xidmət obyektində, Yasamal rayonunda "Kaspian Kristal İçkilər və Ərzaq Mağazası"nda, Maarif Abışova, Əvəzxan Qədirova, Aydın Əmirmetova məxsus ticarət obyektlərində, "Molekul" MMC-yə məxsus aptekdə, Xətai rayonunda "Aptek 222"də, "İce Clean" MMC-yə məxsus kimyəvi təmizləmə obyektində, Şamil Əlimova, Həbib Pənahova, Fərid Seyidova məxsus mağazalarda, ümumilikdə, monitorinq aparılmış 632 obyektin 97-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

5-6 avqust tarixlərində nəzarət-yoxlama tədbirləri keçirilmiş 1 323 obyektin 189-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mayın 22-dən avqustun 7-nə qədər monitorinq aparılmış 21 708 sahibkarlıq subyektindən isə 7 818-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 876   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Naxçıvanda 21 illik SİRR: Ərini öldürüb su quyusunda basdırdı

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birg

27 fevral
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Arvadı ilə qayınatasını bıçaqladı

Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hadisəni törətməkdə 1997-c

26 fevral
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə

20 fevral
.

Xoşqədəmin verilişində onu axtaran keçmiş arvadını məhkəməyə verdi

Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanları

27 fevral
.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart