Nazirlikdən SOS: Xəzərin səviyyəsi sürətlə enir

Nazirlikdən SOS: Xəzərin səviyyəsi sürətlə enirSon 500 ildə Xəzər dənizinin ən aşağı səviyyəsi mənfi 29 metr olmaqla, 1977-ci ildə qeydə alınıb.

Sonxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik olaraq dəyişmələrin şahidi oluruq:

"Xəzər dənizinin səviyyəsi 1977- ci ildə Baltik Sistemi ilə mənfi 29,00 m olmuşdur ki, bu da son 500 ildə onun ən aşağı səviyyəsi kimi qeydə alınır. Xəzərin səviyyəsi 1978-ci ildən başlayaraq ildə orta hesabla 15 sm/il sürətlə artmış və 1995-ci ildə ən yüksək səviyyəyə ( -26,50 m BS ) çatıb. Bu zaman dənizin səviyyəsi 1977-ci illə müqaisədə 2,50 m yüksək olub".

U.Tağıyeva qeyd edib ki, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində müntəzəm enmə müşahidə olunur, 2020-ci ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə - 27,90m qeydə alınıb.

Xidmət rəisi əlavə edib ki, Xəzər dənizində səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən - onu qidalandıran çaylar və düşən yağıntının miqdarı, həmçinin su səthindən buxarlanma və Qaraboğazqol körfəzinə olan axımdan asılıdır. Bundan əlavə dəniz dibində baş verən tektonik hərəkətlər (yeraltı axınlar və s.) də dəniz səviyyəsinin dəyişməsinə xüsusi təsir göstərir. Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımı dəniz səviyyəsinin dəyişməsində mühüm rol oynayır.

U.Tağıyeva qeyd edib ki, son illər Volqa çayının axımında da azalma müşahidə edilməkdədir:
"Ötən ilin birinci yarısı mənsəb hissədə Volqanın illik axımı 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır. Xəzər hövzəsində baş verən iqlim dəyişmələri də dəniz səviyyəsinin azalmasında başlıca amillərdən biri hesab edilir".

Enmənin nə vaxta qədər davam edəcəyinə gəldikdə, U.Tağıyevanın sözlərinə görə, əslində, dəniz səviyyəsinin dinamikası barədə uzunmüddətli proqnoz vermək mümkün deyil: "Çünki əvvəllər də hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmadı. Xəzəryanı ölkələrin Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən (KASPKOM) beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik proqnozlar hazırlanır. Ən son proqnozlara əsasən demək olar ki, Xəzərin səviyyəsi 2020-ci ilin ilk kvartalında da əvvəlki illərlə müqayisədə nisbətən aşağı olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1545   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Azərbaycanda 23 yaşlı qızın 45 yaşlı kişi tərəfindən qaçırıldığı iddia olunur

Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir. APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb. Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarında

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel