Prezidentin köməkçisindən karantinin yenidən yumşaldılması ilə bağlı AÇIQLAMA: "Addım-addım..."
"Azərbaycan addım-addım yumşaldılmaya gedəcək".
Sonxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, yumşalmalara gediləcəyi halda yoluxmaların artımı mümkündür:
"Qarşımızda duran əsas məsələ virusun yoluxma sürətinin aşağı salınmasıdır. Burada üç əsas istiqamət var. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Hər birimiz qaydalara riayət etsək, yoluxma sürəti azalacaq. İkincisi, qoyulmuş qaydalara nəzarətin həyata keçirilməsidir. Bunun yükü hökumətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq.
Bu gün Baş nazir tərəfindən böyük iclas keçiriləcək. Bütün icra qurumlarının bu istiqamətdə səy göstərməsi üçün tapşırıqlar veriləcək. Üçüncüsü, yoluxanların tez bir zamanda aşkarlanmasıdır ki, bu istiqamətdə işlər həyata keçirilir".
O qeyd edib ki, ölkədə qoyulan qaydalara əməl edilsə, yoluxmanın sayında azalma olacaq:
"Gələn həftənin birinci günündən etibarən bütün qeyri-ərzaq mağazalarının açılmasına icazə verilib".
"Bütün məişət xidmətləri göstərən sahibkarlara qoyulan məhdudiyyətlər ləğv edildi. Bu addımlar tədricən həyata keçirilir. Açılmaların nəticəsində virusa yoluxma riski artır. Bu risk artdıqca bütün ölkələrdə narahatlıq yaranır və sərtləşməyə keçməyi məcburi edir".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1476 Tarix: 08 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021