Başkənd əməliyyatından 28 il keçir

Başkənd əməliyyatından 28 il keçir6-9 avqust 1992-ci ildə Azərbaycan Mili Ordusu hissələrinin keçirdiyi hərbi əməliyyat nəticəsində Gədəbəy rayonunun Başkənd qəsəbəsi Ermənistan silahlı qüvvələrindən təmizləndi. Korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynovun rəhbərlik etdiyi Başkənd əməliyyatı Azərbaycan Ordusunun Qarabağ müharibəsi dövründə keçirdiyi ən uğurlu əməliyyatlardan biri oldu. Başkənd qələbəsi Ermənistan silahlı qüvvələrinin Gədəbəy rayonunun işğal edilməsinə yönələn hücumunun qarşısının alınması və Azərbaycan Respublikasının qərb hissəsində təhlükəsizliyin təmin edilməsi baxımından böyük strateji əhəmiyyətə malik idi.

Sonxeber.az Başkənd əməliyyatı haqqında oxuculara geniş məlumat verir.

Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen"adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər.
İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı.

Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular. Başkənddə əməliyyatlarımız uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx mahalının 26 kəndinin birbaş mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi. Başkənd əməliyyaında yaxından iştirak etmiş zabitlərimizin bir qismi haqqında məlumatlarla tanış olaq.

Cahangir Rüstəmov

1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir.

1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1988-ci ildə ordu sıralarından istefaya buraxılmışdır.
Buna baxmayaraq Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanmış, Şəmkir-Gədəbəy batalyonunu yaratmışdır. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur.

1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd "SU-24″, "MİQ-25″, 3 ədəd "İL-26″ təyyarələri, 1 ədəd "Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir. Elə həmin il uğurlu Başkənd (Artsvaşen) əməliyyatında iştirak etmişdir.
Cahangir Rüstəmov 1994-cü ilin mart ayında, öz hərbi vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 aprel 1994-cü il fərmanına görə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmişdir.

Dadaş Rzayev

Dadaş Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Orta məktəbdə bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D.Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Nümunəvi hərbi xidmət keçdiyinə görə onu ali hərbi təhsil almaq məqsədilə yeni yaradılan Hərbi Hava Desantçıları Məktəbinə göndərirlər Burda yaxşı oxuduğuna görə, ikinci kursda taqım komandirinin müavini təyin edilir. 400 məzunun içərisində hamıdan öncə "Qızıl Ulduz" ordeni ilə təltif olunur (Qeyd edək ki, bir neçə il əvvəl məktəbin muzeyi yaradılıb. Fərəhləndirici haldır ki, ilk məzunlardan yalnız Dadaş müəllimin şəkli muzeydə yer alıb). Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il sonra D.Rzayev Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət etməyə başlıyır. İlk gündən taleyini desant qoşunları hissələrinə başlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M.F.Fruze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. Sovetlərin totalitar rejimində azərbaycanlıların burada təhsil alması təsadüfi bir hadisə idi. Və üç yüz əlli nəfərin içində D.Rzayev yeganə azərbaycanlı idi ki, Ali Hərbi Məktəbdə təhsil alırdı. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D.Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb. Keçmiş SSRİ-də yüksək bilik və təcrübə qazanaraq müxtəlif hərbi hissələrdə şərəfli xidmət yolu keçən D.Rzayev Sovet Ordusunda hərbi xidmətdən istefa verir. 90-cı illərin əvvəllərində ölkədə çətin və gərgin anlar yaşanırdı. Həmin ərəfədə Qarabağda vəziyyət get-gedə gərginləşirdi. Ermənistan silahlı qüvvələri torpaqlarımıza hücum edir, dinc əhaliyə divan tuturdu. Məhz belə bir ağır məqamda Azərbaycan hökumətinin çağırışı ilə D.Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Və həmin dövrdə ermənilərdən xeyli sayda silah-sursatın götürülməsinə nail olur. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. General-mayor Dadaş Rzayev bütün çətinliklərə baxmayaraq, ordumuzun formalaşmasında fəal iştirak edir, təcrübəli zabitləri də bu işə cəlb edirdi. 1991-ci ildə Dadaş müəllim müdafiə nazirinin müavini təyin olunur. Birinci ordu korpusunun komandiri olan Rzayevin Başkəndi ermənilərdən almaq qətiyyətinə o zamanlar heç kim inanmırdı. Hətta ona mane olmaq belə istəyirdilər. Lakin sözündə və əməlində hər zaman bütöv olan Dadaş müəllim Qazax, Tovuz və Gədəbəy rayonlarının strateji yüksəkliklərində mühəndis istehkam qurğuları düzəldərək bu istiqamətlərdə bütün mövqeləri möhkəmləndirir. Və rəhbərliyə bildirmədən hücum planları hazırlayır. Hücumun vaxtını isə özündən başqa heç kimə bildirmir. Avqustun 8-də ermənilərin əsas mövqelərini vurub hücuma keçirlər əməliyyatlar nəticəsində Başkənd ermənilərdən alınır. Bu döyüşlərdə qorxuya düşən Göyçə erməniləri kütləvi şəkildə İrəvana qaçır.. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, D.Rzayevi müdafiə naziri təyin edirlər. General Dadaş Rzayev bütün çətinliklərə sinə gərərək vətənin müdafiəsini təşkil edir, eyni zamanda əlində silah döyüşərək ordu quruculuğu ilə də məşğul olurdu. Bir çox ədalətsizliklərlə üzləşsə də öz əqidəsindən dönmürdü. Zabit şərəfini hər şeydən yüksək tutaraq peşəsinə məsuliyyətlə yanaşırdı. Döyüşlərdə belə təmkinini qorumağı bacarırdı. Hərbi biliyi, təcrübəsi və cəsarəti sayəsində az qüvvə ilə hazırladığı əməliyyatların, demək olar ki, hamısını uğurla başa çatdırırdı. General Dadaş Rzayevin ordu quruculuğunda özünə məxsus dəsti-xətti var. Bütün ömrünü hərbi xidmətə sərf edən bir insan kimi indi də Azərbaycan Respublikasının Silahlı Qüvvələrilə əlaqə saxlayır. Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. Ehtiyatda olan zabitlərin işlə təmin edilməsinə böyük köməklik göstərir, bir çoxunun Türkiyədə müalicə olunmasını təşkil edir, eyni zamanda ordumuz üçün önəmli olan bir sıra məsələlərin həllində yardımçı olur.

28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" şöhrət ordeni ilə təltif edilib.

Rafael Əsədov

Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Rüstəmov Məzahir İzzət oğlu

1960-cı il martm 2-də Bakıda doğulub. 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Azərbaycan EA-nm Fəlsəfə İnstitutunda dissertant olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləyib. "İnsan psixologiyasmın bütövlüyü" adlı dissertasiya üzərində çalışırdı.
1992-ci il avqust ayında həlak olub. Qəbri "Şəhidlər xiyabanı"ndadır. Respublika prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Təhminə adında bir qızı var. Oxuduğu orta məktəbdə büstü qoyulub.

Topçu İsgəndər, Məzahir Rüstəmov və Cahangir Rüstəmov, daha sonra Aytəkin, Gültəkin Məmmədov qardaşları və yüzlərlə igidlər Başkənd əməliyyatında öz hünərlərini erməni dığalarına göstəriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1532   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel