Bu maskalar niyə 10 manata satılır? - Açıqlama

Bu maskalar niyə 10 manata satılır? - AçıqlamaKoronavirusdan qorunmaq üçün nəzərdə tutulmuş vasitələrdən biri də 3D texnologiyası ilə hazırlanan şəffaf maskalardır. Artıq sosial şəbəkələrdə bu maskaları satan şirkətlərə rast gəlinir. Bu maskalar bəzi yerlərdə 4, bəzi yerlərdə isə 6-10 manatadır.

Maraqlıdır, bu maskaların nə kimi üstünlüyü var və qiymət fərqi nədədir?

Sonxeber.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan professor Adil Qeybulla bildirib ki, şəffaf üz maskalarından istifadə zamanı burun aerozolu sifətə deyil, şəffaf səthə düşür və bu, daim ünsiyyətdə olan şəxslər üçün əlverişlidir:

"Ağız və burun aerozolunun qarşısını almaq üçün müxtəlif maskalar var. Bunlar təbii ki, virusun keçiriciliyinə, istifadə müddətinə görə müxtəlif cür olur. Elə maskalar var ki, bir neçə saatlıq, eləsi də var ki, bir neçə günlük olur. İnsanlarla daim ünsiyyətdə olan şəxslər üçün şəffaf maskalardan istifadə daha təhlükəsizdir. Çünki biz tez-tez əlimizi üzümüzə vurduğumuz üçün bu yolla virusun buruna, o cümlədən bədənə keçməsi mümkündür. Bu şəffaf maskalar nəticəsində burun aerozolu sifətə deyil, şəffaf səthə düşür".

Ekspert sözügedən maskaların müxtəlif qiymətə təklif edilməsinə də münasibət bildirib:

"Bu maskaların qiyməti şəffaf plastikin qalınlığından və mexanizmindən asılı olaraq dəyişir. Bəziləri hərəkətsizdir, yəni üzə əl vurmaq və s. üçün maskanın çıxarılması lazım olur. Bəziləri isə hərəkətlidir, yuxarı və aşağı qaldırmaq mümkündür. Yəni mexanizmdən asılı olaraq bu maskaların qiymətləri də fərqlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2332   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart