Özü virusa yoluxduğu halda işləməyə davam edənlər- Siz günümüzün qəhrəmanlarısınız!

Özü virusa yoluxduğu halda işləməyə davam edənlər- Siz günümüzün qəhrəmanlarısınız!Pandemiya ilə iki cəbhədə mübarizə edən psixoloq: Yoluxacağımı bilirdim və buna özümü hazırlamışdım

Artıq 5 aydır ki, ölkəmiz də bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə mübarizə aparır. Bu dövr ərzində xüsusi karantin rejimi hər birimizin həyatına az-çox öz təsirini göstərib. Lakin bir qrup insanlar var ki, onları bu mübarizədə günümüzün qəhrəmanları adlandırsaq daha doğru olar. Onlar öz işləri ilə əlaqədar olaraq hər zaman məcburən yaxud da könüllü olaraq virusla mübarizənin ön cəbhəsindədirlər. Ölkəmizdə belə fədəkar şəxslər yüzlərlədir.

Mənim qəhrəmanım da bu şəxslərdən biridir. O, hətta özü də virusa yoluxub. Buna baxmayaraq öz sahəsində insanlara xidmət göstərməkdən də geri çəkilməyib.
Nuranə Salmanova 3 ildir psixoloq və motivator kimi fəaliyyət göstərir. Özünün vurğuladığı kimi baxmayaraq ki, anası onun cərrah olmağını istəyib. Lakin o, öz fikrindən dönməyib və hazırda insanlara bu sahədə xidmət etmək onu xoşbəxt edir.

Onunla söhbət zamanı bir cümləsi belə ruh düşkünlüyündə olmadı. Müxtəlif narahatlıqları olan insanlarla işləmək ağır olsa da, bu ona heç bir formada mənfi təsir etməyib. Qəhrəmanımı siz də tanıyın.
3 ildir bu psixoloq kimi fəaliyyət göstərirsiniz. Pandemiyadan əvvəlki dövrlə indiki dövrdəki pasientlərinizi müqayisə etsək nəticə necə olar? Hansılarla işləmək daha çətin idi? Yaxud da işlədiyiniz dövrdə belə oxşar hala rast gəlmisinizmi?

- Burada yalnız forma dəyişir, ancaq məslənin kökü eyni qalır. Əslində bütün panik ataklar, həyəcan, təşviş pozuntularının kökü eynidir. Misal üçün, ipoxondriya(xəstəlik xəstəliyi) olan şəxslər ağır təşviş pozuntusundan əziyyət çəkir, ancaq onların kökü ölüm qorxusuna gedib çıxır. Sadəcə olaraq pandemiya zamanı koronavirusun olduğu bu müddətdə insanların şüraltında yatan ölüm qorxusu bir qədər silkələndi. Belə desək, insanların çoxu elə zənn etdi ki, bu dəqiqə hamı öləcək. Bundan əlavə, biraz da insanların içində təşviş yarandı ki, mən hazırda burda sabit deyiləm, mən ölə bilərəm. Bu fərqindəlik artıq insanları qorxutmağa başladığına görə, bəli, bu müddətdə həyəcanları daha üst səviyyəyə çıxmağa başladı. Əvvəlki dövrdə bu qorxu bir-beş insanda müşahidə edilirdisə, bu aylar ərzində bəlkə də bütün Azərbaycan belə təşviş, panikayla yaşamağa başladı. Bu da nəticəyə təsir etdi və artım dəhşətli dərəcə də qalxdı.

Təqribən 5 aydı xüsusi karantin rejimində yaşayırıq. Bu müddətdə yaxınlarınızdan , ailə üzvlərinizdən virusa yoluxan olubmu? Hansı ki siz bunun canlı şahidi olmusunuz?
Amma elə oldu ki, qınadığım yerdən sınandım...

-Əvvəllər işdə olarkən iş yoldaşlarımla birlikdə buu haqda danışırdıq. Hətta düşünürdük ki, nə hikmətdirsə, bu virus heç kimin yaxınlarında rast gəlinmir. Ancaq uzaqdan eşidirik ki, kimsə yoluxub. Yəni virusa tam inanmırdıq deyə bilərəm. Mən də təbii ki, bu mövzuya qoşulanlardan idim. Necə olur ki, yoxdur. Amma var imiş. (red. gülür)

Anam tibb müəssisədində işləyirdi. Bir gün evə gələndə dedi ki, iş yoldaşlarımızdan biri koronavirusa tutulub. Qeyd edim ki, anamın çalışdığı xəstəxananı COVİD-19 xəstələri üçün istifadə edirlər. Yəni, anamın iş yeri elə yerdir ki, orda işləyənlərin yoluxmama ehtimalı demək olar ki, yoxdur. Hiss edirdim ki, o həyəcan təbili təbii halda bizim evdə də çalmağa başlayırdı. Hətta anama deyirdim ki, işə getməsin. Artıq yaxınlardan belə xəbər duyduqca insanda özü üçün yox doömaları üçün narahat olur. Mən də daha çox anam üçün həyəcan keçirirdim ki, onun yaşı çoxdur. Həmçinin işdə müəyyən tibbi prosedurlardan keçir və bu ona ziyan ola bilər. Beləliklə anam bir gün gəlib qorxuyla dedi ki, işdə test vermişəm. Biz başladıq evdə ona dəstək verməyə ki, qorxma, narahat olma səndə heç nə yoxdur. Ancaq olanlar oldu, 4 gündən sonra anamın testin cavabı pozitiv çıxdı. (red. gülür) Anam bunu eşidəndə çox pis oldu, hətta onun panik atakları başladı. Evdə ağlamağa başladı ki, mən virusu sizə keçirəcəm, ətrafıma yayacam və s. Təbii ki, bunlar üstə olan bəhanələrdi. Anamın yaş faktoru öz sözün deyirdi və o özünü ölümə çox yaxın hiss edirdi. Ona görə o qorxunu bu cür gizlətməyə çalışırdı.

Ananızın yoluxduğun biləndə nə hislər keçirdiz. Peşə bilgiləriniz sizə emosialarınızı idarə etməyə kömək etdimi?

-Əlbəttə ki, psixoloq olmağım məsələyə çox təsir etdi. Mən heç bir narahatlıq, təşviş, həyəcan, panikaya düşmədim. Hətta anama izah etməyə çalışırdım ki, gözəl anam bir dur və bax. Artıq sən 4 gündür test vermisən və bu zaman kəsiyində də eyni evdə bizimlə yaşayırdın. Bu isə o deməkdir ki, ailəmizdən kimsə artıq səninlə birlikdə virusa yoluxmuş ola bilər. Anam əvvəlcə bunu rədd edib qəbullanmaq istəmədi. Amma peşəm tam soyuqqanlılıqla kömək etdi ki, bu stüasiyada anama anam kimi yox, bir obyekt kimi baxım. Beləliklə də ona müalicəsində tam dəstək olmağa çalışdım. Hətta özü belə gəlirdi ki, məndə yenə qorxu, həyəcan yaranıb. Nə edə bilərəm? Mənə kömək et və s. Demək olar ki, bütün günü evdə nəfəs texnikaları ilə məşğul olurduq. Bu zaman ərzində təbii ki, anamın sağlam qidalanmasına da xüsusi diqqət edirdim. Bununla da evdə özlüyündə, təbii formada bir koronavirus xəstəsinə psixoloji xidmət göstərməyə başladım.

Ananızın virusu sizə keçirmə qorxusu özünü təsdiq etdimi?

-Təbii ki.. Bir evin içində eyni havanı udur, birlikdə yaşayırsansa yoluxma ehtimalın da çoxalır. Ona görə də mən əvvəldən bunu qəbul etdim və başa düşdüm ki, bəli, virus bizə də keçə bilər. Bir müddət sonra artıq qardaşım və məndə də virusun simptomları özünü göstərdi və mən yoluxdum...

Hətta özünüz yoluxduqdan sonra da psixoloq kimi xidmət göstərməyə davam edirdiniz?

-Tibbi cəhətdən bunu nə dərəcə düzgün ifadə edirəm dəqiq bilmirəm. Ancaq mən əvvəlcədən özümə təlqin etmişdim ki, bu virus mutasiyaya uğrayır, hər kəsə eyni formada təsir etmir, mənim ciyərlərim sağlamdır , öhdəsindən gələ bilərəm və s. Demək olar ki, bir neçə ay mən bütün bu sözlərlə özümü adaptasiya etmişdim ki, bu formada olacaq. Əgər mən virusa yoluxsam belə, qarşıma məsəd qoymuşdum ki,insanlara bunu fərqli şəkildə təbliğ edəcəm. Çünki bir var virus insanları öldürür, dəhşətə salır. Birdə var ki, bəlkə insan heç virusa yoluxmayacaq, ancaq onun verdiyi qorxu, həyəcan, təşviş onları şikəst vəziyyətinə gətirib sala bilir. Ona görə də, yoluxsam belə insanlara xidmət göstərməyə davam etdim.

Virusa yüngül formada yoluxmusunuz. Hesab edirsiniz ki, əgər ağır formada da yoluxmuş olsanız yenə də bu daxili sakitliyi saxlaya biləcəkdiniz? Belə müsbət enerjini ötürə biləcəkdiniz mi ətrafınıza?

- Bunun geniş cavabını necə verim bilmirəm. Amma məncə mən eyniyəm. Bunu heç bir xəstəlik dəyişə bilməz. Əgər sən güclüsənsə, içindəki insana inanırsansa, bunu bacaracağına inanırsansa xəstəlik bapbalaca bir şeydir. Mənim çox yaxınlarım olub ki, onlar çox dəhşətli ağır xəstəliklərdən belə öz ağılları, müsbət enerjiləri, düşüncələri ilə qurtulublar. Hətta mən insanlara bunu təbliğ edirəm ki, siz ən dərin, ən çətin xəstəliklərdən belə öz düşüncənizi, dediyniz sözləri, gündəlik ifadələri dəyişərək xilas ola bilərsiniz.

Nə üçün sizin fərqindəliyiniz başqa yerə yönəlir, pasientləriniz isə xəstəliklərdə ilişib qalırlar?

- Burada mütəxəssislə qeyri-mütəxəssis insanları fərqləndirən nədir onu izah edim. Yəni nə üçün mən həyatıma, rutinlərimə gündəlik davam edə bilirəm, ancaq onlar davam edə bilmir. Çünki mənim keçmişdə ilişib qaldığım bir şey, gələcək haqqında isə qayğım yoxdur. Mən hazırda burda yaşayıramsa bu anımı dəyərləndirməliyəm. Mən on il sonranın qayğısı ilə yaşayıb, bu anımı itirə bilərəm. O zaman hər zaman insan narahatlıq keçirir. Düşünür ki, görəsən sabah mən öləcəm yaxud da yaşayacam? Belə olmamalıdır. Sən hər anını dəyərləndirməlisən.

Bu aylar ərzində hər zaman insanlara çatdırmağa çalışıram ki, virus bizlər üçün bəlkə də bir fürsətdir.

Çünki tək qalıb təcrid olmaq tənha qalmaqdan ibarət deyil. Siz özünüzlə baş-başa qalırsınız. Mən özümlə baş-başa çox xoşbəxt idim və fərqindəliyim o idi ki, mən indi və burda idim. Özümü rahat və sakit hiss edirdim. Bu dəqiqə burdayam və yaşayıram və mənə bu da lazımdır. Nə bilmək olar, bəlkə on ildən sonra virusdan yox başqa bir şeydən öləcəm. İnsanlarda isə bu əksinədir. İnsanlar, indi burda olmadıqlarına görə, keçmişin narahatlığı ilə yaşayıb kaş ki bayıra çıxmasaydım, maska taxsadım və s. artıq olub bitən hadisələri kaşkilər onuna gətirib gələcək haqqında narahatlıq keçirir. Bütün bunlar insanları adaptasiya olmağa imkan vermir. Ən böyük fərqindəliyimiz budur.

Necə düşünürsüz yoluxduğunuz dövrdə sizə ən çətin gələn nə idi? Ətrafda virusun keçəcəyinə inanmayan şəxslər yaxud da sizə verilən necə yoluxdun kimi suallar?

-Nə qədər qəribə səslənsə də bu mənə çox əyləncəli gəlirdi. Pasientlərimə də izah edirdim ki, məndə virus bu formada baş verir. Siz də narahat olmayın, həyatınıza davam edin. Mənə tək çətin gələn və bir müddət sıxan iş rejimimin dəyişilməsi idi. Çünki işə getmirdim evdən işləyirdim. İlk vaxtlar buna adaptasiya olmaq çətin gəlirdi, lakin daha sonra bu da düzəlib öz yoluna düşdü.
Sadəcə rəfiqələrim deyirdi ki, təcrid olma müddətin bitməmiş heç hara çıxma. Bu da onların qorxusu idi deyə, mənə təsir etmirdi. (red:gülür)

Pandemiya dövründə digər dövrlərlə nisbətdə insanlar hansı şikayətlərl daha çox müraciət edirdilər?
Pandemiya dövründə digər dövrlərə nisbətən artan narahatlıqlara təşvişin nevrotiv pozuntusu, genoralizə olunmuş təşviş pozuntusu, ipoxendriyalar və eyni zamanda insanların ən çox əziyyət çəkdiyi obsessiv kompulsiv pozuntular birə- beş səviyyədə artmağa başladı.

Düşünürsünüz ki, yoluxan şəxslərə sağalmaq üçün müalicə ilə yanaşı, ciddi psixoloji dəstək də lazımdır? Bu dəstək xəstəliklə eyni dövrdə yaxud sonradan göstərilərsə daha faydalı olar?

-Əlbəttə, yüz faiz belə bir proqrama ehtiyac var. Çünki bəzi insanlarda virusdan əsər-əlamət yoxdur. Nəinki koronavirus, eyni zamanda psixoloji dəstəyə də böyük zərurət var. Buna görə də hazırda koronavirus xəstələri üçün ximət göstərən bütün xəstəxanalarda psixoloji dəstək göstərilməsi vacibdir. Eyni dövrdə yaxud fərqli dövrdəyə gəlincə isə deməliyəm ki, bu problemdən asılı olaraq dəyişir. Əgər xəstə hazırda koronavirus narahatlığı yaşayırsa, yəni mən virusa yoluxaram təşvişi varsa, deməli indi bu dəqiqə müalicə aparılmalıdır. Ancaq belə də olur ki, coviddən sağaldıqdan sonra şəxslərdə obsessiv kompulsiv pozuntu əmələ gəlir. Yəni, bu insanlar əvvəl əlini 2-3 dəfə yuyurdusa, indi isə virus qorxusundan başlayır gündə əlini yüz dəfə yumağa. Ona görə də pandemiyadan əziyyət çəkən şəxslərə həm bu dövr, həm də bu dövrdə sonra konsultasiyalar aparmaq mütləqdir. Hazırda müraciət dən xəstələrin bir çoxu bu tip şəxslərdir.

Pandemiya dövründə artıq beş aydır ki, çalışıram öz üzərimə düşən qədər insanlara maksimum şəkildə dəstək olum. Bəlkə də çox böyük kütləni əhatə etməsəm də, lakin əlim çatan hər kəsə yardım etməyə çalışmışam.Bu zaman iş dövrüm özümün virusa yoluxduğum dövrü də əhatə edib. Mən həm də inanlara həqiqətən də virusa yoluxan zaman belə həyata möhtəşəm şəkildə davam edə biləcəklərini göstərmişəm. Eyni zamanda bu insanlarda möhtəşəm bir fərqindəlik yaratdığımı düşünürəm. Artıq məni tanıyan, izləyən və pasientim olan şəxslərdən gələn geri dönüşlərdən bunun şahidi oluram.
Son olaraq burdan səslənib demək istədiklərim var.

Əziz insanlar, əgər virusa yoluxmusunuzsa bilin ki, sizi və məni fərqləndirən xüsusi ayrıcalıq yoxdur. Bunu unutmayın! Yəni mən mütəxəssisəm deyə bunu bacardım və sağaldım, siz bacarmarsınız deyə bir şey yoxdur. Bizi fərqləndirən yeganə şey dşüncələrimiz, işlətdiyimiz ifadələr və həyatımıza dəvət etdiyimiz şeylərdir. Əgər bu dəqiqə siz öz düşüncələrinizi, neqativlərinizi, öz şüuraltınızı, gündəlik istifadə etdiyiniz ifadələri belə dəyişsəz nəinki virusdan, eyni zamanda həyatınızda olan bir çox problem və neqativlərdən xilas ola bilərsiniz. Hər şeydən əlavə, özünüzə inanın, dəyişməyə özünüzdən başlayın, bu zaman hər şeyin dəyişdiyinin şahidi olacaqsınız. Hər kəsə sağlıqlı olmağı və yüksək əhval-ruhiyyədə qalmağı arzu edirəm!

Pəri Arifqızı (fotoqraf)

Qeyd: Bu yazı "Nar" və TƏBİB-in birlikdə keçirdikləri müsabiqə çərçivəsində hazırlanıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2813   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel