Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaq

Otellərdə Operativ Nəzarət Qrupu yaradılacaqNazirlə Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Sonxeber.az xəbər verir ki, qərar "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən qəbul edilib.

Qaydalara əsasən, Operativ Nəzarət Qrupu və ya operativ nəzarət üzrə məsul şəxs COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlar, işçi heyət və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsinə məsuldur.

Bundan başqa, 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılacaq, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunacaq.

Eyni zamanda, mehmanxanada şübhəli COVID-19 hallarında ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (qoruyucu forma (kombinezon, üz üçün sipər), baxil, tibbi əlcək, tibbi eynək, saç örtüyü (bone), tibbi maska) olması təmin edilməlidir.

- Mehmanxana daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.

- İnfeksiyanın yayılmasının qarşısını almaq üçün hərarəti və respirator simptomları olan qonaqların və ya işçilərin tibbi maskalar geyinməsi təmin edilir.

- Xəstəlik şübhəsi olan qonağa və ya işçiyə dərhal tibbi xidmət göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilir.

- Təcili tibbi yardım gələnədək xəstəlik şübhəsi olan qonaq və ya işçinin digər qonaqlardan və işçilərdən izolyasiya edilməsi məqsədilə o, xüsusi karantin otağında yerləşdirilir.

- Xəstəlik şübhəsi olan qonaq və ya işçi ilə işçi heyətin təması minimuma endirilir və onunla təmasda olan şəxslər tərəfindən fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadə olunması təmin edilir.

- Xəstəlik şübhəsi olan qonaq və ya işçi 103 Təcili Tibbi Yardımın həkimləri tərəfindən laboratoriya müayinəsindən keçirilir və nəticələri əldə olunanadək həmin şəxslər xüsusi karantin otağında saxlanılır. Laboratoriya müayinəsinin nəticəsi pozitiv olduqda, Azərbaycan Respublikasında səfərdə olan şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibbi müəssisəsinə yerləşdirilirlər.

- Xəstəlik şübhəsi olan qonaqla eyni otaqda qalan asimptomatik şəxsin və ya şəxslərin (əgər varsa) öz otaqlarında izolyasiya olunmaları təmin edilməli və onlardan test götürülməsi və iltizam alınması üçün 103 Təcili Tibbi Yardıma məlumat verilməlidir.

- Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.

- Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə verilməməsi, qapının üzərinə "istifadəyə yararsızdır" nişanının vurulması tövsiyə olunur.

Eyni zamanda qaydalara əsasən, Xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saatdan sonra (tövsiyə olunan müddət) aşağıdakı qaydada təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir:

- otağın təmizlənməsi zamanı əlcək, tibbi maska, üz sipəri, saç örtüyü (bone) və xalat istifadə edilməlidir;

- tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, çirklər ilkin olaraq maşa vasitəsilə idarə olunmaqla maye uducu parçalarla təmizlənməlidir;

- maşa və parçalar diqqətlə tullantı torbalarına yerləşdirilməlidir;

- bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. Ağardıcının hazırlanma dərəcələri (10 faizlik): 1:10 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 9 hissə su (5000- 6000 ppm xlor sərbəst buraxılır); 1:100 nisbətdə ağardıcının hazırlanması: 1 ölçü ağardıcı + 99 hissə su (500-600 ppm xlor sərbəst buraxılır). 1:100 nisbətində ağardıcı əldə etmək üçün praktik olaraq 10 litr suya 1 kiçik çay stəkanı qədər ağardıcı əlavə edilir);

- ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.), 70 faiz spirt tərkibli məhlul istifadə edilə bilər;

- istifadə edilən paltar, döşək üzləri, yataq örtükləri, dəsmallar və s. camaşırlar silkələnməməli, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 72 saat kənarda saxlanıldıqdan sonra 60- 90°C temperaturda yuyucu toz ilə yuyulmalıdır;

- yumşaq mebel və matras buxarlı təmizləyici ilə təmizlənməlidir;

- xəstə qonağın və ya işçinin təmasda olduğu digər şəxslər və yerlər (misal üçün, dəhlizlər, lobbi və s.) müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir;

- dezinfeskiya prosesi başa çatdıqdan sonra istifadə olunan bütün vasitələr (qoruyucu geyimlər, parçalar) tullantı torbalarına yerləşdirilməli və əl gigiyenası həyata keçirilməlidir;

- yeni əlcəklər geyinilməli və tullantı torbalarının ağızları bərk sıxılaraq qapaqlı tullantı qutularına yerləşdirilməli, 72 saat (tövsiyə olunan müddət) digər tullantılardan kənar saxlanılmalı, daha sonra digər tullantılarla birgə utilizasiya edilməlidir;

- yekunda əllər təkrar yuyulmalıdır.

Qaydalara əsasən, mehmanxanalarda kütləvi xəstəlik şübhəsi hallarında evakuasiya həyata keçirilməli, bu haqda öncədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında bütün qonaqlar mehmanxanadan çıxarılmalı və mehmanxana tamamilə dezinfeksiya olunmalıdır.

Qaydalara görə, təsirə məruz qalan işçi olduqda, həmin işçiyə xüsusi diqqət yetirilməsi, COVID-19-a spesifik olan əlamət (əlamətlər) müşahidə olunduqda (hərarət, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırması, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməsi və tibbi xidmətin göstərilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət edilməsi təmin edilməlidir.

Xəstəlik əlaməti olan işçinin iş yerinin dezinfeksiya edilməsi təmin olunmalıdır.

Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan işçilərdən test götürülməsi və cavablar müəyyənləşənədək qədər onların evdə özünütəcrid rejimində olması təmin edilməlidir.

Xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərin dərhal təmasda olduğu (qonağın otaq yoldaşı, xəstəlik əlamətləri müşahidə olunan qonaq və işçilərə qayğı göstərən şəxslər, fərdi qoruyucu vasitələrdən istifadə etmədən təmasda olan şəxslər) müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalıdır.

Bu barədə ərazi Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1743   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu gün Ermənistan Naxçıvana quru yolun açılmasına maneə törədir" - DEPUTAT

"Azərbaycanın kəndlərini 90-cı illərdə işğal edən, əhalisini soyqırıma məruz qoyan, tarixi abidələrini, mədəni irsini darmadağın edən Ermənistan cinayətlərini ört-basdır etməkdən, Qazaxın işğal altında olan kəndlərini qaytarmamaqdan ötrü bəhanələr uydurur". Bunu -a danışan deputat Müşfiq Cəfəro

17 aprel
.

"Azərbaycanda sistem dəyişməlidir, bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR" - SOSİOLOQ

Ötən günlərdə yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs Azərbaycan da əlilliyi olan şəxslər pensiyaya daha ərkən çıxa billərmi?

17 aprel
.

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakim

17 aprel
.

Valideyn öz övladından imtina edə bilər? - AÇIQLAMA

Övladlıqdan imtina ictimaiyyət arasında istifadə olunan bir anlayışdır. Övladlıqdan imtina həmişə müəyyən bir səbəbə görə olmur. Bəs valideyn qanunvericiliklə övladından imtina edə bilər? Hansı hallarda valideyn uşağını övladlıqdan rədd edə bilər?. Mövzu ilə bağlı -a danışan vəkil Rövşən Qasımovun sözlərin

17 aprel
.

Məhkəmədən maraqlı QƏRAR: İçkili vəziyyətdə keçmiş sevgilisinin yanına gedə bilməz

Türkiyədə İstanbulda ailə məhkəməsindən maraqlı qərar gəlib. türk mediasına istinadən xəbər verir ki, münasibətlərində problem olan iki sevgili birlikdə spirtli içki qəbul edərkən mübahisə edib. Getmək istəyən qadına hədə-qorxu ediləndə o qızına zəng edib və polislər tərəfindən xilas edilib. Məhkəmədə

17 aprel
.

Anar Nağılbazın övladlarının üzünə kimlər qapılarını bağladı? - VİDEO

"Xəzəraxşamı" verlişinin çəkiliş qrupu mərhum reper Anar Nağılbazın evində qonaq olub. xəbər verir ki, məşhurun oğlu Tamerlan və qızı reper atalarından danışıblar. Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağıılbazı

17 aprel
.

Qızıldaş Mədəniyyət Mərkəzində kanalizasiya problemi - Sakinlər antisanitariyadan şikayətlənir (VİDEO)

Qızıldaş Mədəniyyət Mərkəzinin arxasında yerləşən kanalizasiya xətti dolub daşır. Bu barədə Qaynarinfo-ya Qızıldaş qəsəbəsinin bir qrup sakini bildirib. Onların sözlərinə görə, kanalizasiyanın dolub-danışması nəticəsində ərazidə antisanitariya hökm sürür. Bu isə qəsəbə sakinlərinin mərkəzin həyətindək

17 aprel
.

Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin QİYMƏTLƏRİ - VİDEO

Bazarlardakı piştaxtaları qeyri-mövsümi meyvələr bəzəyir. Satıcılar bildiriblər ki, məhsul qədər alıcısı da boldur. Meyvələrin bəziləri xarici ölkələrdən gəlsə də, bəziləri yerli istixanaların məhsuludur. Qeyd edək ki, qiymətləri isə meyvəyə görə, üç və 50 manat arasında dəyişir. Daha ətraflı Baku TV-ni

17 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Bu barədə -a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilə

17 aprel