Ermənilərin soydaşlarımıza qarşı cinayətləri Xorvatiya mətbuatında

Ermənilərin soydaşlarımıza qarşı cinayətləri Xorvatiya mətbuatındaMilli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Könül Nurullayeva Xorvatiya mətbuatı vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın işğalçılıq siyasəti və erməni diaspor üzvlərinin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib.

"Report"un məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi danışıqlar prosesində konstruktiv yanaşma nümayiş etdirir.

Rəsmi Bakı haqlı olaraq eyni konstruktivliyi qarşı tərəfdən də gözləyir. Amma bu gözlənti hələ ki, nəticə vermir. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri oldu: "Ermənilər sərhəddə törədikləri təxribatın ardınca dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücumlara əl atdılar. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da baş verdi.

Erməni nümayişçiləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan soydaşlarımıza hücum ediblər. Los Anceles polisi bu hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini təsdiqləyib. Bundan əlavə, polis bu zorakılıqları törədənlərə qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını da bəyan edib".

Qeyd olunur ki, baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan Amerika Birləşmiş Ştatlarının Azərbaycadakı səfiri Örl Litzenberqer də dinc aksiya üçün toplaşan azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Səfir Litzenberqer, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qəbuledilməzliyini qeyd edib.

Məqalədə həmçinin vurğulanır ki, iyulun 22-də Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin kütləvi aksiya keçirilib. Ermənilərin daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücumu nəticəsində Azərbaycan diaspor nümayəndələrindən 6 nəfər, eləcə də 1 jurnalist yaralanıb. Diplomatik missiyanın əməkdaşları da xəsarət alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.

K.Nurullayeva Ermənistanın sülh danışıqlarında və təmas xəttində olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni aqressiyanı sərgilədiyini qeyd edib: "Təəssüf ki, məhz Ermənistanın destruktiv davranışları səbəbindən sülh danışıqlarında bu günə qədər müsbət nəticə əldə etmək mümkün olmayıb. Yada salmaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi qəbul olunduqdan və Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildikdən sonra ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 900-ə yaxın hərbçi şəhid olub və ya yaralanıb. Ümumiyyətlə, münaqişə dövründə 20 min soydaşımız həlak olub, 50 mindən artıq şəxs əlil olub, 6 mindən çox insan əsir və girov götürülüb. 1 milyon soydaşımız öz torpaqlarında qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur".

Məqalədə vurğulanır ki, işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiqlər artırılmalı, nifrət zəminində törədilən cinayətlər sülh və etimad mühitinin möhkəmlənməsi ilə əvəz olunmalıdır. Bu prosesdə ATƏT-in Minsk Qrupunun həmsədrləri fəallıq göstərməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1720   Tarix: 09 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Elçin Babayevin dosyesini təqdim edir:. Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika

27 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart