Zaur Baxşəliyev zorakılığa məruz qalan qadınlardan YAZDI: Məcburən dözürlər, çünki...

Zaur Baxşəliyev zorakılığa məruz qalan qadınlardan YAZDI: Məcburən dözürlər, çünki..."Uzun illərdir, sosial layihələrin aparıcısı və layihə rəhbəriyəm. Hər gün onlarla sosial problem dinləyirəm. Aliment və uşaqpulu ala bilməyən tək analar... Belə ailələr yüzlərlədir desəm, bəlkə də, yanılmaram. Zorakılığa məruz qalan qadınlarımız məcburən dözürlər, çünki ictimai qınaqdan qorxurlar".

Sonxeber.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb.

O, boşanan qadınların aliment ilə bağlı yaşadığı problemləri dilə gətirib:
"Dözə bilməyib ayrılan ana-bacılarımız isə illərlə aliment ala bilmirlər. Onlar haqlarını tələb edəndə yenə qınaq, tənə olunurlar. Bu halda bir, iki, üç, hətta bəzən beş, altı uşaqla ayrılan anaların aqibəti necə olmalıdır? Lap ərinə iki-üç dəfə xəbərdarlıq edildi, sonra həbsə girdi, (hətta bunu göz önünə alan, "cəhənnəm olsun, bir-iki il iş verəcəklər. Yatıb çıxaram" deyən ərlər də az deyil) sonra nə olur? Daha böyük aqressivlik, şiddət və nəhayət, faciə. Qarşı tərəfin isə yalnız bir arqumenti olur: işim yoxdur, haradan verim?

Əslində, burada da həqiqət az deyil. Ona görə də bu cür ailələr üçün bir xüsusi proqramın hazırlanmasının vacibliyini düşünürəm. O ailələrdə böyüyən uşaqlar heç yerdən ümid olmadığını görəndə necə böyüyəcək? Hələ körpə yaşlarından atadan zərbə alan atasını, anadan sevgi görməyən anasını, əlaqədar qurumlardan, qanuni haqlarını almayan dövlətini, vətənini, xalqını sevə biləcəkmi? Allah, vətən, valideyn, həyat yoldaşı, övlad borcunun nə olduğunu anlayacaqmı? Düşünək".(Publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2757   Tarix: 09 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağadadaş Ağayev yenə Türkiyəyə getdi: "Dualarınıza ehtiyacım var"

Xalq artisti Ağadadaş Ağayev yenidən Türkiyəyə xəstəxanaya yollanıb. xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O, İstanbulda xəstəxanada olduğunu vurğulayb:. "Yoxlamalar üçün gəldim, müayinədən keçdim. Bir həftə sonra nəticələr deyiləcək. Dualarınıza hər zamankı kimi ehtiyacım var"

11 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO

Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla

8 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Flora Kərimova küçədə mahnı oxudu – VİDEO

Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:

8 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...

Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb

2 sentyabr 2021