BŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTO

BŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTONazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Yay fəslində vətəndaşların ən çox üz tutduqları məkanlardan olan çimərliklərdə son iki gündür ki, sıxlıq müşahidə olunur. Bu da koronavirusa yoluxma riskini artırır.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Sonxeber.az-a verilən məlumata görə, BŞİH-in şöbə müdiri Elmin İmanov bildirib ki, qurum rayon icra hakimiyyətləri ilə birgə paytaxtdakı bütün çimərliklərə yerində baxış keçirib.

Çimərliklərdəki vəziyyət təhlil edilib, həmin ərazilərdə infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin daha da ürəkaçan olması istiqamətində addımlar atılıb. Hər bir çimərlikdə ən ümdə məsələ mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla təmin edilməsidir. Bununla yanaşı, çimərlik ərazisində xüsusi maafirləndirici lövhələr qoyulub. Lövhələrdə çimərlik ərazilərində əməl edilməsi vacib olan qaydalar öz əksini tapıb. Sosial məsafənin qorunmasını təmin etmək üçün əhalinin istirahət etdiyi yerlər xüsusi nişanlanlarla ayrılıb. Eyni zamanda, tələb olunan qaydalara əməl edilməsi səsgücləndiricilər vasitəsilə istirahətə gələn vətəndaşların diqqətinə mütəmadi olaraq çatdırılır.

Onun sözlərinə görə, ən həssas məsələlərdən biri buradakı təmizlik vəziyyətidir. İcra hakimiyyətinin əməkdaşları və tabeliyindəki qurumlar bununla bağlı gücləndirilmiş iş rejimində işləyirlər. Burada təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əməkdaşlar çox ciddi fəaliyyət göstərirlər. Çimərliklər təmizlik baxımından çox yüksək səviyyədədir, bununla bağlı hər hansı bir problem yoxdur.

BŞİH-nin şöbə müdiri diqqətə çatdırıb ki, çimərliklərə üz tutanların sayının tənzimlənməsi məqsədilə "cimerlik.az" portalı fəaliyyət göstərir. Burada hər çimərliyin tutumu ilə bağlı rəqəmlər əks olunur. Vətəndaşların çimərliyə gəlməzdən əvvəl portala daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənmələri və sıxlığın az olduğu çimərlikləri seçmələri tövsiyə olunur. Məqsəd odur ki, vətəndaşlar çimərliklərdə sıxlıqla qarşılaşmasın və yoluxma riskləri minimuma endirilsin: "İki gündür ki, çimərliklərdə sıxlıq müşahidə edilir, bu da haqlı narahatlığa səbəb olur. Vətəndaşlardan xahiş olunur ki, mövcud vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmaqdan çəkinsin və gəlməzdən əvvəl portala daxil olaraq sıxlığın az olduğu çimərliklərə üz tutsunlar. İcra hakimiyyətinin əməkdaşları monitorinq apararaq çimərlikdə kvotanı artırmaq üçün mövcud şəraiti təhlil edirlər. Monitorinqin nəticələrinə uyğun rəqəmlər dəyişə bilər.

Çimərliklərin kvotaya uyğun fəaliyyətini təmin etmək məqsədilə hər bir çimərliyin giriş və çıxışında "ASAN xidmət" könüllüləri fəaliyyət göstərir. Onlar çimərliklərə daxil olanların qeydiyyatını aparırlar. Nəticədə, çimərliklərə istirahətə gələnlərin və boş yerlərin sayı avtomatik olaraq portala yerləşdirilir. Könüllülər, həmçinin əhalinin məlumatlandırılmasını həyata keçirir, qaydalara əməl olunmasının zəruriliyini onların diqqətinə çatdırırlar.

Çimərlikdə təhlükəsizliyə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları nəzarət edirlər. Onlar burada istirahətə gələnlərin sayının tənzimlənməsində də yaxından iştirak edirlər. Yəni, ASAN könüllüləri ilə DİN əməkdaşları koordinasiyalı şəkildə fəaliyyət göstərirlər. Əgər boşluq yoxdursa, yer dolubsa, onlar vətəndaşları digər çimərliklərə yönləndirirlər".

Bakıdakı çimərliklərdən birində istirahətə gələn paytaxt sakini Bəhram Abdullayev çimərliklərin istifadəsinə icazə veriləndən sonra ailə üzvləri ilə birgə buraya ilk dəfədir üz tutduqlarını deyib. O, çimərlikdə infrastrukturun, ictimai nəzarətin, xilasedicilərin fəaliyyətini qənaətbəxş hesab etdiyini və təşkilatçılıqdan razı olduğunu bildirib: "Çimərlikdə təmizlik yüksək səviyyəddir, tullantılar tez-tez daşınır. Vətəndaşlar da çimərlik ərazisini çirkləndirmirlər. Çimərliyin fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunub. Sosial məsafə gözlənilməklə istirahət üçün yerlər ayrılıb. Vətəndaşların əksəriyyəti qaydalara əməl edir".

"ASAN xidmət" könüllüsü Anar Əkbərov bildirib ki, ASAN könüllüləri çimərliklərdə giriş-çıxışa nəzarət edir və burada istirahətə gələnlərin sayını kvotaya uyğun tənzimləməyə çalışırlar: "Limit dolduqdan sonra giriş bağlanır və vətəndaşların daxil olmasına icazə verilmir. Bundan sonra çimərliyi tərk edənlərin sayı qədər vətəndaşların daxil olmasına şərait yaradılır. Könüllülərin fəaliyyəti bununla yekunlaşmır. Belə ki, könüllülər çimərlik ərazilərində səsgücləndiricilər vasitəsilə əhalini qaydalara riayət etməyə səsləyir, onları məlumatlandırırlar".

A.Əkbərov həftəsonu çimərliyə üz tutanların sayının digər günlərlə müqayisədə 2-3 dəfə çox olduğunu da diqqətə çatdırıb.
BŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTOBŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTOBŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTOBŞİH paytaxtdakı bütün çimərliklərə baxış keçirib - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 09 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart