Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi? - AÇIQLAMA

Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi? - AÇIQLAMAXəbər verdiyimiz kimi avqustun 9-da koronavirusa yoluxanların sayı 87 nəfərə enib. 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Azalma dinamikası belə davam edərsə Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, yoluxanların 87-yə düşməsi bizi iki qat məsuliyyətli olmağa vadar etdi:
"Yoluxanların sayında azalamanın əldə edilməsi hesab edirəm ki, sərt karantin rejimi zamanı atılan addımların nəticəsidir. Bəzən insanlarımız sərt karantin rejiminin vacib olmasını anlamırdı. Hesab edirdilər ki, bu qadağaların edilməsi vacib deyil. Ancaq zaman göstərdi ki, sərt karantin rejiminin vaxtında tədbiq edilməsi yoluxmaların sayını azlamağa gətirib çıxardı. Sərt karantin rejimi ölkəmizdə hüquq və azadlıqların,sosial-iqtisadi vəziyyətin tam tənzimlənməsi fonunda aparıldı. Biz bəzi ölkələrlə müqayisə etsək görərik ki, orada sərt karantin rejimi olduqca kəskin aparıldı. Müəyyən sahələrdə insanlara güzəştlərin olmamasına şahidi olduq. Hətta bəzi yerlərdə etirazlar oldu".

Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatın bəyanatlarında görünür ki, bizi hələ qarşıda koronavirusun 2-ci dalğası olma ehtimalı var:
"İkinci dalğanın elementləri artıq Avropanın bəzi ölkələrində özünü göstərməkdədir. Bəzi inkişaf etmiş Avropa ölkələr var ki, sərt karantin rejiminin elementlərini geri qaytarmaq istəyirlər. Yoluxmanın sayın da da artmalar var. Bu tendesiya Avropa ölkələrində, Şərqi Asiyada və Amerikada varsa bu bir xəbərdarlıqdır. Cənab prezidentin göstərişi ilə 9 modul tiplii xəstəxana istifadəyə verilib. Biri də bu yaxınlarda istifadəyə veriləcək. 2 olimpiya kompleksi modul tipli xəstəxanaya çevrilib. Bütün bunlar dövlətin insanların sağlamlığınıln qorunmasına xidmət edir. Ümid edək ki, yoluxmaların sayında azalma dinamikası davam edəcək. Hesab edirəm ki, xalqımız bu vəziyyəti dəyərləndirməlidir. Sağalanların sayının artması əslində bizim məsuliyyətimizi bir daha artırır. Biz bu statistikanı qorumaq üçün maska taxmağı və məsafə saxlamağı gündəlik həyat tərzlərimizə çevirməliyik. İnsanlarımız kütləvi şəkildə bir yerə toplaşmamağa üstünlük verməlidir. Vətəndaşlarımız anlamalıdır ki, bu bəla hələ bitməyib. Yoluxmaların sayı azalıb deyə sevinib, karantin rejiminin götürülməsi barəsində düşünməməliyik. Yumşalmalar olan kimi, artıq ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Şəhərin bir çox hissəsində böyük tıxaclar var. Bu gün dövlətimiz üzərinə düşən bütün işi görür. Dövlət tərəfindən insanlarımızın bütün qayğıları nəzərə alınır. İnsanlarımız da məsuliyyətli olub qoyulan qaydalara əməl etməlidir. Qaldı ki, karantin rejimin bitməsinə bu barədə danışmaq hələ tezdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 10496   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyirsiniz?

MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı

15 avqust

Vaxtından əvvəl şərti azadlığa buraxılanların sayı AÇIQLANDI

"2020-ci ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb".. . Sonxeber.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsini

10 avqust

Ötən gün nə qədər adam cərimələnib? - DYP açıqladı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına gör

10 avqust

Bu gündən ticarət obyektləri açılır - SİYAHI

COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə sərt karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad

10 avqust

Rayonlara gediş-gəliş QAYDALARI DƏYİŞDİ

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə giriş-çıxış qaydaları müəyyənləşib.. Sonxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərt karantin rejimi tətbiq olunan şəhə

10 avqust

Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ

Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib.. . Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.az-a bildirilib ki, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron

10 avqust

Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə verilən sahələr - SİYAHI

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilir.. . Sonxeber.az-ın məlumatına görə

10 avqust

İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi

Bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.. . Sonxeber.a

10 avqust

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldıldı

Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.. . Bu barəd

10 avqust