"Xarici ölkələrdə Ermənistanın işğalçı siyasətini ifşa edən aksiyalar davam etməlidir"- DEPUTAT

"Xarici ölkələrdə Ermənistanın işğalçı siyasətini ifşa edən aksiyalar davam etməlidir"- DEPUTATXarici ölkələrdə Azərbaycana dəstək aksiyaları davam edir. Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədi ilə bazar günü İsrailin Tel-Əviv Yafo şəhərində yürüş-mitinq keçirilib.

Bundan əvvəl iyul ayının üçüncü ongünlüyündə dünyanın bri çox ölkələrində Azərbaycana dəstək aksiyaları keçirilib. Bu aksiyaların əsas hədəfi Azərbaycana dəstək və ən əsası Ermənistanın təcavüzkar siyasətini ifşa etməkdir. Bu prosesin davamlı olması və dünyanın bütün ölkələrində Ermənistanın işğalçı siyasətinin ifşa olunması bir prosesə çevrilməsi lazımdır.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bir neçə gündə baş verənlər onu göstərir ki, Azərbaycan diasporası formalaşıb, öz mövqeyini ortaya qoya bilir:
"Dünyanın bir çox ölkəsində eləcə də Amerikada, Belçikada bu istiqamətdə tədbirlər keçirildi. Həmin tədbirlər çox yaxşı effekt verdi. Ermənilərin də gözləmədiyi bir nəticə ortaya çıxdı. Adətən belə tədbirləri daha çox geniş miqyasda ermənilər keçirirdilər. Azərbaycanların da belə tədbir keçirməsi ermənilərdə ciddi qıcıq yaratdı. Bu cür aksiyaların keçirilməsi Azərbaycan və Qarabağ həqiqətlərin dünyaya çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Ermənilər illərdir azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirir, mülki əhalinin qətlə yetirir və torpaqlarımızı işğal altında saxlayır. Azərbaycanlıların həmrəy olaraq vahid mövqe ortaya qoyması erməniləri çox ciddi şəkildə qıcıqlandırdı".

Deputat qeyd edib ki, Ermənistanda diasporaya cavabdeh olan qurum da təmizləmə işləri həyata keçirdi:

"Bəzi insanlar vəzifədən azad edildi. Bu onu göstərdi ki, Azərbaycan diasporası ermənilərə qarşı vahid mövqe ortaya qoydu. Dünən də Azərbaycana dəstək məqsədi ilə İsraildə möhtəşəm tədbirin şahidi olduq. Qeyd edim ki,ermənilərin gərçək üzünün göstərilməsi baxımından dünənki aksiya xüsusi əhəmiyyət kəsb edir. Ermənistan diasporası çalışır ki, hə zaman erməniləri məzlum, zülümə, soyqırıma məruz qalmış xalq kimi təqdim etsin. Onlar bu yolla ayrı-ayrı dövlətlərin dəstəyini əldə etməyə çalışırlar. Biz bu sahədə gələcək fəaliyyətimizi daha da genişləndirməliyik. Azərbaycan və Türkiyə diasporası bir yerdə aktiv fəaliyyət göstərməlidir. Zaman keçdikcə son hadisələrdən də göründüyü kimi ermənilər artıq ifşa olunurlar. Bütün dünya onların həqiqi üzünü görməkdədir. Azərbaycanlılar aksiyaları sakit və dinc yolla keçirdikləri halda ermənilər kobud şəkildə bu kimi tədbirləri keçirib, müqavimət göstərməyə çalışırlar. Bununla bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da müraciəti oldu. Bu kimi aksiyalarda maksimum şəkildə soyuqqanlı və təmkinli olmalı və qanunları pozmamalıyıq. Haqlı olduğumuz yerdə haqsız vəiyyətə düşməməyə çalışmalıyıq. Ermənilər çox aqresivdir, özlərini ifşa edirlər. Biz çalışmalıyıq ki, yaşadığımız ölkələrin qanunlarına riyaət edib, sivil şəkildə aksiyalarımızı təşkil edək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4027   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel