Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir - VİDEO

Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir - VİDEOGürcüstanın Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir.

Gürcüstanın Samtsxe-Cavaxeti vilayətinin Axalkalaki bələdiyyəsinin inzibati mərkəzi olan Axalkalaki şəhərinə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilir.

"MediaPost" xəbər verir ki, Samtsxe-Cavaxetinin qubernatorunun sözlərinə görə, vəziyyət nəzarət altındadır. Eyni zamanda, 8 avqust tarixində baş vermiş hadisələrlə əlaqədar olaraq, Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) Cinayət məcəlləsinin 108 və 236-cı maddələrinin 3 və 4-cü bəndləri üzrə araşdırmalar başlayıb.

"Təəssüf ki, Axalkalakinin mərkəzində baş vermiş kriminal hadisə nəticəsində bir gənc həlak olub, 4 ev və 1 mehmanxana yandırılıb. Hazırda polis qüvvələri gücləndirilir, şəhərə əlavə xüsusi təyinatlı bölmələr yeridilir. Vəziyyət nəzarət altındadır, polis qüvvələrinin sayı hər saat artırılır, polis qüvvələri şəhərdə sakitliyi təmin etməyə çalışır", - Samtsxe-Cavaxetinin qubernatoru Besik Amiranaşvili deyib.

Xatırladaq ki, 8 avqust tarixində axşam saat 19:00 radələrində "Xas Bağça" şəhər parkının yanında qırğınlar baş verib. Gənclərdən ibarət kütlə mehmanxananın qapı və pəncərələrini sındırıb, bundan sonra orada yanğın baş verib. İlkin versiyaya görə, qırğınlar Kulikam kəndinin sakininin öldürülməsindən sonra baş verib.

Axalkalaki xəstəxanasının baş həkimi A. Toroyanın dediyinə görə, xəstəxanaya bir yaralı cavan oğlan gətirilib, bir nəfərin yerində keçindiyi bildirilir.

Gürcüstan DİN-də Cinayət Məcəlləsinin 108 - Qəsdən adam öldürmə, 236-cı maddəsinin 3 və 4-cü bəndləri üzrə - bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq dəfələrlə atəş silahlarının, döyüş sursatlarının və ya partladıcı vasitələrin qanunsuz istehsalı, daşınması və ya satın alması maddələri üzrə araşdırmalar başlayıb.

2002-ci ildə keçirilən əhalinin siyahıya alınmasına görə şəhər əhalisinin təqribən 95%-i erməni idi. Şəhərin nəzarəti 1828–1829-cu illərdəki Rusiya-Osmanlı müharibəsindən sonra Osmanlılardan Rusiya İmperiyasına keçib. 4 yanvar 1900-cu ildə qəsəbədə baş vermiş zəlzələnin nəticəsi olaraq, 1000-dən çox insan həyatını itirmişdi. 2014-cü ildə keçirilən siyahıya alınmaya görə qəsəbənin ümumi əhalisi 8295 nəfərdir.

Şəhərdə bir dəmiryol stansiyası yerləşir. Axalkalakidə erməni din xadimi Mesrop Maştotsun heykəli var. 2019-cu ilin yanvar ayında şəhərdə Qarabağ müharibəsi zamanı Xocalı soyqırımında iştirak etmiş və xeyli sayda azərbaycanlı mülki şəxsi qətlə yetirmiş Mixail Avaqyanın büstü yerləşdirilib.

Ümumiyyətlə, ermənilərin çoxluq təşkil etdiyi Gürcüstanın bu regionu dəfələrlə ölkənin gündəmini qalmaqalları ilə zəbt edib. Yerli əhali arasında milli, etnik zəmində tez-tez baş verən toqquşmalar 90-cı illərdə Azərbaycanda baş vermiş hadisələri xatırladır. Hadisələrin belə gedişatı onu deməyə əsas verir ki, bu gün Dağlıq Qarabağda olduğu kimi, sabah Samtsxe-Cavaxetiya və Axalkalaki bölgələri işğal altına düşəcək. Ermənistan bu istiqamətdə öz çirkin niyyətini heç vaxt gizlətməyib və açıq-aşkar hücuma çoxdan başlayıb.

Ermənilər Gürcüstanda da təxribata əl atdı: şəhərə xüsusi təyinatlı qüvvələr cəlb edilir - VİDEOAzərbaycanın rəsmi və qeyri-rəsmi fəalları müxtəlif forumlardan istifadə edərək bu məsələni gürcü ictimaiyyəti qarşısında dəfələrlə qaldırıb.

Əlbəttə, Gürcüstanın Ermənistanla dini, qonşuluq və coğrafi mövqe baxımından yaxınlıq etmək istəyi təbiidir. Lakin gürcü rəsmiləri nəzərə alsalar yaxşı olar ki, ermənilərin separatçı davranışları Gürcüstanın ərazi bütövlüyünə, bilavasitə milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Buna misal olaraq, Dağlıq Qarabağın işğalını göstərə bilərik. Azərbaycan ərazisində yaşamış "mehriban" ermənilərin qonşuluğunun ölkəmiz üçün hansı nəticə verməsi nümunəsi gürcü xalqına dərs olmalıdır. Qarşı tərəf səmimiyyəti, mehribanlığı və dostluq prinsiplərinə uyğun bərabərhüquqlu siyasətin nə olduğunu bilməyən ermənilər gürcü torpaqlarına iddiaların irəli sürülməsindən əl çəkməyəcəklər. Ermənilərin separatçı ruhunun ən bariz təsdiqi əraziyə Mixail Avaqyan kimi bir terrorçunun abidəsinin qoyulmasıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 5832   Tarix: 10 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı

İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş

16 sentyabr 2021
.

Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO

Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini

17 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Rusiyada dəhşət: Məişət münaqişəsi polis şöbəsinə hücum və kütləvi qətllə nəticələndi - FOTO

Rusiyada Voronej vilayətinin Liski şəhərində polis bölməsinə silahlı hücum edilib. Belə ki, naməlum şəxs oxunmayan nömrələri olan "Niva" ilə şöbəyə gəlib, daha sonra avtomatdan atəş açaraq içəri daxil olub və növbətçi bölməni ev şəraitində hazırlanmış bomba ilə partlatmağa çalışıb. Müşahid

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021