Paytaxtın sərnişin nəqliyyatının yükünü necə azaltmaq olar?-BNA-dan AÇIQLAMA

Paytaxtın sərnişin nəqliyyatının yükünü necə azaltmaq olar?-BNA-dan AÇIQLAMAAvqustun 10-dan etibarən Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın bir sıra digər şəhərlərində istehsal, ticarət, təmir, istehlak xidmətləri, avtoservis və s. sahələrdə çalışan işçilərin sayına qoyulan məhdudiyyətlər (sərt karantin dövründə şirkət işçilərinin 50% -nin fəaliyyətinə məhdudiyyət nəzərdə tutulub) aradan qaldırılır. Bununla əlaqədar vətəndaşların kəskin artan sayının şəhərkənarı ərazilər və ətraf rayonlardan əmək fəaliyyəti ilə məşğul olduqları yerlərə çatdırılması üçün avtobusların və digər ictimai nəqliyyat növlərinin sayının artmasına tələbat nəzərəçarpacaq dərəcədə yüksələcək.
Metronun bağlanması və Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkətində 3 aylıq fasiləni nəzərə alaraq BNA paytaxtın sərnişin nəqliyyatında yüklənməni necə azaltmaq niyyətindədir?

Bununla bağlı Sonxeber.az-a danışan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyinin məlumatı ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür:

"Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. Pandemiya zamanı hökumətin diqqətdə saxladığı əsas məsələlərdən biri də Bakı şəhərində əhalinin, xüsusilə həyati vacib sahədə çalışanların zəruri ictimai nəqliyyat xidmətləri ilə təmin olunmasıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə çevik və analitik təhlilə əsaslanan tədbirlər həyata keçirməkdədir. Pandemiyanın ilk günündən sərnişinlərin sağlamlığının qorunması məqsədilə əksepidemik tədbirlərin dövrülüyü artırılıb. İstismarda olan bütün avtobuslar (1600-1800) və 3000-dən çox taksi minik avtomobili gündəlik dezinfeksiya olunur. 2000-dək avtobusda antiseptik məhlul yerləşdirilib. 1425 avtobus və 3000-dən çox taksi minik avtomobilində şəffaf arakəsmə quraşdırılıb. Dezinfeksiya tədbirləri istifadədə olan parkinq əraziləri, nəqliyyat mübadilə mərkəzləri və avtobus dayanacaqlarında da icra olunur. Sürücülərin, dispetçerlərin və digər personalın sağlamlığının qorunması üçün də müvafiq tədbirlər görülüb. Nəticədə sürücülər arasında infeksiyaya kütləvi yoluxma halı qeydə alınmayıb ki, bu da sərnişindaşımaların təşkili baxımından olduqca vacibdir. Gündəlik sərnişindaşımalarla yanaşı TƏBİB-in müraciəti əsasında tibbi personalın və digər şəxslərin karantin zonaları və xəstəxanalara daşınması üçün regionlar üzrə 473, Bakı şəhəri üzrə isə 372 avtobus cəlb olunub".

Mais Ağayev qeyd edib ki, metronun fəaliyyətinin məhdudlaşdırılması, daha sonra isə dayandırılması ilə sərnişindaşımaları yalnız avtobuslar vasitəsilə həyata keçirilir:

"Adi rejimdə gündəlik metro istifadəçisi olan yarım milyona yaxın sərnişinin tələbatını qarşılamaq üçün 24 mart tarixindən 7 ekspres avtobus xətti istifadəyə verilib. Ümumilikdə 160 marşrut xətti üzrə 1900-dən artıq avtobus cəlb edilib. 24 mart - 6 avqust tarixlərində 7 ekspres xətt üzrə ümumilikdə 2.795.613 sərnişin daşınıb. Martın 1-dən avqustun 6-dək olan tarixlərdə isə ümumilikdə avtobuslarla daşınan sərnişin sayı 137.292.769 olub. Sonuncu sərt karantin rejiminin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur. Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır. Əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətdə istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36000 - 40000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək. Qeyd olunanlarla yanaşı artan sərnişin və nəqliyyat axınının idarə olunması məqsədi ilə yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atılır. Bu çərçivədə nəqliyyat yükü çox olan 130 küçə və prospektdə svetoforlara verilən yaşıl dalğa əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib. Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub".

Mais Ağayev söyləyib ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə pilləli iş saatının tətbiqinə başlanılıb. Məqsəd pik saatlarda avtobuslarda sərnişinlərin sayını azaltmağa nail olmaqdır:

"Bu sistem eyni zamanda yollarda nəqliyyat axınının da azalmasına imkan verir. Aparılan təhlillər əssında pilləli iş saatlarının tətbiqindən əvvəl və sonra müvafiq vaxt aralığında müntəzəm və ekspres marşrutlar ilə edilən səfərlərin orta sayında cəmi 2.8% fərq olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, pilləli iş saatına tam riayət olunmur və bu səbəbdən istənilən nəticəni əldə etmək mümkün olmayıb. Məlumat üçün bildiririk ki, son yumşaldılmadan sonra yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyi əhəmiyyətli dərəcədə çoxalıb. Bu da öz növbəsində pik saatlarda sıxlıqların yaranmasına səbəb olur. Eyni zamanda son günlər yollarda qəza hallarının artması da müşahidə olunur. Təkcə 7 avqust tarixində Z.Bünyadov prospektində 5 yol nəqliyyat hadisəsi baş verib. Hər bir qəza səbəbindən prospektdə 2 km-dək uzanan sıxlıq müşahidə olunub. Bu isə həmin hissədən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların intervalının pozulmasına gətirib çıxarır. Nəticədə dayanacaq məntəqələrində və avtobuslarda əlavə sıxlıqlar yaranır. Məhz bu cür xoşəgəlməz hallarla rastlaşmamaq üçün sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verən ayrıca zolaqların olmasının vacibliyini qeyd edirik. Mövcud pandemiya zamanı bu zolaqların mövcudluğu avtobuslararası intervalın tənzimlənməsi baxımından olduqca əhəmiyyətlidir. Tərəfimizdən ilkin mərhələdə 22 küçə və prospektdə bu cür zolaqların təşkili ilə bağlı təklif hazırlanaraq müvafiq qurumlara təqdim olunub. Son olaraq bütün hərəkət iştirakçılarından bir-birinə qarşı anlayışlı olmalarını, yol hərəkəti və karantin qaydalarına əməl etmələrini xahiş edirik. Sərnişinlərə zərurət olmadığı halda səhər və axşam pik saatlarında avtobuslardan istifadə etməməyi tövsiyə edirik. Fərdi avtomobil sürücülərini hərəkətdə olan zaman sərnişin avtobuslarına qarşı son dərəcə anlayışlı olmağa çağırırıq. Unutmayaq ki, sərnişin avtobusunun əhəmiyyəti onun içindəki dəyəri vətəndaşlarımız və sərnişinlərimizdir".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1250   Tarix: 11 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın" - TƏKLİF

Rəsmi statistikaya əsasən, Azərbaycanda ötən il ərzində 60 min 810 nəfər vəfat edib. Vəfat edənlərin 33 min 157 nəfərini kişilər, 27 min 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan ölüb. Rəqəmlərdən də göründüyü kimi, az qala 50 faizə yaxın insa

17 aprel
.

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdu

18 aprel
.

Çingiz Abdullayev evə buraxıldı - Fotolar

Xalq yazıçısı Çingiz Abdullayev müalicə olunduğu Mərkəzi Gömrük Hospitalından evə buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə tibb müəssisəsinin feysbuk hesabında bildirilib. Çingiz Abdullayev ona göstərilən tibbi xidmətlərə görə bütün heyətə təşəkkürünü bildirib. Xatırladaq ki, Xal

17 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperatur

17 aprel
.

Bu şəxsləri böyük cərimələr gözləyir: "30 min manat verib obyekt işlədirəm..." - VİDEO

Şəhərin mərkəzi hissələrində parklanma yerləri salınsa da, ətraf ərazilərdə bu problem hələ də qalmaqdadır. Xüsusən iri bazarların ətrafında yerli-yersiz parklanmalar səbəbindən nə maşınlar keçə bilir, nə də piyadalar. Vəziyyəti qəlizləşdirən məsələ obyektlərin qarşısındakı ərazilərin dolmasıdır. 8 k

18 aprel
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel
.

Aytən Səfərovanın düşdüyü qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. Bu barədə -a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilə

17 aprel