Müəllim 15 yaşlı qızı kəndin ərazisində... – Azərbaycandakı biabırçılığın təfərrüatı

Müəllim 15 yaşlı qızı kəndin ərazisində... – Azərbaycandakı biabırçılığın təfərrüatıLerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı bəzi detallar üzə çıxıb.

Bu barədə zərərçəkənin vəkili Sehran Əkbərov BAKU.WS-ə danışıb.

O bildirib ki, bu işdə təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət 1 il azadlıqdan məhrum edilsə də, bununla qətiyyən razı deyillər:

"Tərəflər arasında münasibətlər 2018-ci ilin yay aylarından başlayıb. Burada əsas cinayət odur ki, 16 yaşına çatmayan bir şəxslə cinsi əlaqə baş verib. Bu məsələdə tərəfin uşaq olmasından istifadə edərək ona qarşı seksual hərəkətlər qeydə alınıb. Yəni 9-cu sinif şagirdinin uşaq olmasından istifadə edərək məktəbin rus dili müəllimi onun namusunu əlindən alıb.

10 may 2003-cü il tarixli bir qızcığaz 1960-cı il təvəllüdlü müəllimi tərəfindən aldadılaraq seksual xarakterli hərəkətlərə məruz qalıb. Bu olay kəndin ərazisində baş verib. Hadisənin üstü qızın hamilə olması üzə çıxdıqdan sonra açılıb. Hazırda qızcığaz hamiləliyin son günlərini yaşayır və uşaq doğulmaq ərəfəsindədir.

Məhkəmə müəllimə bir il həbs versə də, hələlik bu qanuni qüvvəsini almayıb. Bu qərardan apelyasiya şikayəti vermişik. Lerik rayon Məhkəməsinin hakimi ona bir il cəza versə də, biz bununla razı deyilik. Qanunvericilikdə belə bir hallara qarşı 3 ilədək həbs nəzərdə tutulur. Biz zərərçəkmiş tərəf olaraq son həddi – 3 il həbs olunmasını istəyirik.

Öz şagirdinə qarşı bu hərəkətləri edən müəllimin ağır cəzalandırılması ictimai əhəmiyyət kəsb edir. Belə şəxslər ağır cəzalandırılmalıdır ki, ictimaiyyət bundan ibrət götürsün. Gələcəkdə belə halların baş verməsinin qarşısı alınmalıdır. Bu cür addım atan şəxsə qarşı bir il həbs cəzası başqaları üçün də fürsət yarada bilər".

Qeyd edək ki, 9-cu sinif şagirdinin hamilə qalması ilə bağlı məsələni "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ictimaləşdirib. Onun sosial şəbəkədəki paylaşımından sonra 15 yaşında düşüncəsi zəif olan uşağın məktəb müəllimi olan 60 yaşlı Məmmədov Şəfahət tərəfindən münasibətə girərək hamilə qalması mətbuatda işıqlandırılmağa başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4032   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021