Yoluxmaların sayı artarsa sentyabrın 15-dən dərslər onlayn keçirilə bilər - AÇIQLAMA

Yoluxmaların sayı artarsa sentyabrın 15-dən dərslər onlayn keçirilə bilər - AÇIQLAMAXəbər verdiyimiz kimi avqustun 11-də kornavirusa yoluxanların sayında artım müşahidə olunub. Belə ki, 84 yoluxma yeni faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Dünənki statistikada cuzi də olsa artım müşahidə olunub. Sentyabrın 15-də Azərbaycanda tədris başlayır. Yoluxanların sayı artma dinamikası ilə davam edərsə sentyabrın 15-də dərslər onlayn keçirilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, dərslərin keçirilməsi ilə bağlı məsələ dünyanın bir çox ölkəsində müzakirə olunur:

"Almaniyada artıq dərslərə başlanılıb. Konkret qaydalar çərçivəsində yəni maska taxmaq və ciddi təlimatlara əməl etməklə tədrisin başlanılması ilə bağlı işlər gedib. Hazırda Türkiyədə də dərslərin hansı formada aparılması ilə bağlı müzakirələr getməkdədir. Pandemiya ilə bağlı dərslərin hansı formada keçirilməsi məsələsi bir çox dünya ölkələrini düşündürür. Bildiyiniz kimi Azərbaycanda sərt karantin rejimi tədbiq edilirdi. Burada məqsəd əhalinin sağlamlığının qorunması idi. Cəmiyyətdə müəyyən müzakirələr aparıldı. Bəzi insanlar da bu sərt karantin rejiminin aradan qaldırılması ilə bağlı müəyyən təkliflərlə çıxış etdilər. Hazırda ölkə ərazisində koronavirusa yoluxanlarının sayının artması gözlənilir. Bu artım dünəndən müşahidə olunmağa başladı. Karantin rejiminin yumşaldılmasının səhəri günü Bakıda və ayrı-ayrı bölgələrdə çimərliklərə kütləvi şəkildə insanların axını oldu. Yoluxanların sayında artım müşahidə olunarsa dərslərin onlayn keçirilməsi məsələsi bir çox ölkədə gündəmdədir. Bir mənalı olaraq Azərbaycanda da xəstəlik sürətlə yayılarsa, yoluxmaların sayı çoxalarsa dərslər onlayn keçirilə bilər. Çünki bu halda məktəblərin açılması müəyyən çətinliklər yarada bilər. Bu məsələ təbii ki, insanlarımızın qoyulan qaydalara əməl etməsindən asılı olacaq. Arxayın olmaq olmaz. İnsanlarımız karantin qaydalarına əməl etməlidir. Ehtiyac olmadan evdən çıxmamalı, özümüzü qorumalıyıq. Biz bu yolla normal həyatımıza qayıda bilərik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7179   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021