Ekspert: "Milli kadrlar mürəkkəb yataq işlədəcək səviyyədədirlər"

Ekspert: "Milli kadrlar mürəkkəb yataq işlədəcək səviyyədədirlər""Texnoloji cəhətdən nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ" dayaq blokunun Azərbaycan mütəxəssisləri tərəfindən inşa edilməsi neft-qaz sektorundakı tərəqqinin bariz nümunəsidir".

Bunu "Report"-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, bu gün neft-qaz sektorunda ən mürəkkəb texnoloji proseslərin idarəedilməsinə, geniş şəkildə milli kadrların cəlb olunmasına Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kadr potensialının artırılması və təkmilləşdirilməsi istiqamətində apardığı davamlı və yüksək keyfiyyətli işlərin nəticəsi kimi baxmaq lazımdır:

"Quruda və dənizdə hələ kəşf edilməyən xeyli sayda yataqlarımız var. Ən azı yüz il hasil edə biləcəyimiz dərəcədə neft və qaz ehtiyatlarına sahibik. Bu da insan kapitalına yatırımları labüd edir. SOCAR milli kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli addımlar atır və sərmayələr yatırır. Bura yerli və xarici ixtisasartırma kursları, təlimlər, xaricdə təhsil və müxtəlif təqaüd proqramları və sair daxildir. Bunun nəticəsi olaraq artıq neft-qaz sektorunda texnoloji cəhətdən çox mürəkkəb işləri əsasən yerli mütəxəsislərin icra etdiyini görürük və bu proses zamanla daha da dərinləşəcək".

Ekspert "Qarabağ" yatağının neft potensialına toxunaraq, orada, anons edilən rəqəmdən daha böyük həcmdə təbii ehtiyatların olduğunu istisna etməyib:

"Bildiyimiz kimi yatağın ümumi neft ehtiyatları 60 mln tondan çox qiymətləndirilir. Lakin təcrübə göstərir ki, istismar dövründə ehtiyatların həcmi bu rəqəmin bir xeyli üzərində ola bilər. Ölkə başçısının da dediyi kimi "Azəri- Çıraq-Günəşli" yataqları üzrə saziş 1994-cü ildə imzalanarkən xarici tərəfdaşlar bu yataqların potensialını 511 mln ton neft həcmində dəyərləndirirdilər. Lakin bu gün təsdiq olunub ki, həmin rəqəm 1 mlrd ton neftdən çoxdur. Bu "Qarabağ" yatağının gələcəkdə gəlirlərimizin davamlılığının təmin olunmasında daha böyük rola malik ola biləcəyi anlamına gəlir. Belə olan halda daha çox investisiya və ya sosial layihələr icra etmək mümkün olacaq".

Xatırladaq ki, "Qarabağ" dayaq bloku SOCAR-ın "BOS Şelf" şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ" yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. O, dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq.

Bu blok SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1" daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

"Qarabağ" yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor" şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ" yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. "Qarabağ" yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Yataqda hasilata 2022-ci ilin sonunda başlanılması planlaşdırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 991   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər (TƏFƏRRÜAT)

Bu ilin yanvar ayında Azərbaycana dünyanın müxtəlif ölkələrindən fərqli göstəricilərdə qol saatları gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan ən bahalı saatlar İsveçrədən gətirilib. Yanvar ayı ərzində Azərbaycana İsveçrədən 6 ədəd qiymətli metaldan korpusu olan elektrikl

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart