Sosial şəbəkələrin yaratdıqları problemlər təkcə "Fake news" yaymaqla məhdudlaşmır- Müşfiq Ələsgərli

Sosial şəbəkələrin yaratdıqları problemlər təkcə "Fake news" yaymaqla məhdudlaşmır- Müşfiq ƏləsgərliHazırda sosial şəbəkələr, o cümlədən feysbuk əsas xəbər mənbəyi kimi çıxış edir. İnsanların böyük bir qismi bu platformadadır və gündəlik olaraq informasiya, aktual mövzuları buradan izləyir və fikirlərini bildirir. Bu səbəbdən də feysbuk şəbəkəsində böyük miqdarda xəbərlərlə yanaşı şayiələr də dolaşır. Hazırda ictimai rəyi formalaşdıran əsas aqreqatlardan biri də məhz sosial şəbəkələr, xüsusən də feysbukdur. Lakin eyni zamanda sosial şəbəkələr həm də saxta, yalan məlumatların yayıldığı əsas platformalardan biri olaraq qalır. Artıq bu mövzu Feysbuk şirkətinin özünü də narahat edir və göründüyü kimi, yalnız koronavirus haqqında milyonlarla təsdiqlənməmiş məlumatlar qeydə alınaraq silinib.

Sosial şəbəkələrin Azərbaycan seqmentində şayiə və yalan məlumatların həcmi nə qədərdir? Yalan, yoxlanılmamış və ən əsası nifrət, təhqir məzmunlu yazıların, xüsusən də saxta profillər vasitəsilə yayılan mesajların qarşısını almaq üçün nələr etmək olar? Mütəxəssislər bu haqda nə düşünür? Sosial medianı daha etibarlı, azad və sağlam bir platformaya çevirmək üçün nələr etmək olar? ABŞ, Rusiya, Türkiyə kimi ölkələr sosial mediaya nəzarətlə bağlı qanunlar qəbul edib. Bu qanunlar nə qədər effektiv ola bilər?

Bu suallarla bağlı media eksperti, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Sonxeber.az- a açıqlama verib.

Media eksperti "Sosial şəbəkələrin yaratdıqları problemlərin təkcə "Fake news" yaymaqla məhdudlaşmadığını, geniş auditoriyaya sahib olmalarına baxmayaraq, öz auditoriyalarını "keyfiyyətli xəbər"lə təmin etmək problemlərinin olduğunu" bildirb.

"Sosial şəbəkələrin yaratdıqları problemlər təkcə "Fake news" yaymaqla məhdudlaşmır. "Internet world stats" portalının son məlumatına görə (30 iyun 2020), dünyanın 7 milyard 796 milyon nəfərlik əhalisinin 4 milyard 833 milyon nəfəri internet istifadəçisidir. Bu, dünya əhalisinin 62%-i deməkdir. Başqa bir resurs -"Statista.com" isə bildirir ki, 2020-ci ildə dünya əhalisinin 48.3%-i sosial media istifadəçiləridirlər. İndiki sürətlə davam edərsə, 2025-ci ildə bu rəqəm 56.7 %-ə yüksələcək. Hazırda ən çox istifadəçi toplamış sosial şəbəkə resursu "Facebook" şəbəkəsidir, istifadəçilərinin sayı 2.5 milyard nəfərdir. "YouTube" 2 milyard nəfər, "WatsApp" 2 milyard nəfər, "WeChat" şəbəkəsi 1 milyard 165 milyon nəfər. "İnstagram" platforması 1 milyard nəfər, "Twitter" isə 386 milyon nəfərlə siyahıda növbəti yerləri bölüşürlər. Bu statistikadan bəlli olur ki, hazırda sosial şəbəkələr, o cümlədən feysbuk əsas xəbər ötürücüsü kimi çıxış edir, insanların böyük bir qismi aktual xəbərləri buradan izləyirlər. Amma bu qədər geniş auditoriyaya sahib olmalarına baxmayaraq, sosial şəbəkələrin öz auditoriyalarını "keyfiyyətli xəbər"lə təmin etmək problemləri var. Sosial şəbəkələrdə yayılan xəbərlərin əksəriyyəti yalan, şayihə, böhtan xarakterlidir, peşəkar, keyfiyyətli, dürüst xəbər standartlarına uyğun gəlmir".

Müşfiq Ələsgərli yalan xəbərlərin əksəriyyətinin sosial şəbəkələrdə olduğu kimi qaldığını və ictimai rəyi yanlış istiqamətə yönləndirdiyini qeyd edib:

"Qlobal statistika platformalarının məlumatına görə, sosial şəbəkələr üzərindən yayılan xəbərlərin təqribən 60%-ni yalan xəbərlər ("Fake news") təşkil edirlər. Düzdür, sonradan bu xəbərlərin bir qismi şikayətlər yoluyla aradan qaldırılır. Məsələn, Facebook bu il təkcə COVİD-19-la bağlı 7 milyon yalan məlumatı silib.
Amma bu, sosial şəbəkələr üzərindən yayılan ümumi məlumat dövriyyəsinin çox cüzi, simvolik bir hissəsidir. Yalan xəbərlərin əksəriyyəti sosial şəbəkələrdə olduğu kimi qalır və ictimai rəyi yanlış istiqamətə yönləndirir. Zahirən yanaşanda belə təəssürat yarana bilər ki, sosial şəbəkələrdəki problemlər buradakı qələbəliklə-istifadəçi çoxluğu, xəbər dövriyyəsinin intensivliyi, tənzimlənmənin çətinliyi ilə bağlıdır. Amma təhlilçilər elan edirlər ki, sosial şəbəkələrdə "keyfiyyətli xəbər qıtlığı" həm də müəyyən tərəflərin maraqları ilə bağlıdır".

Müşfiq Ələsgərli, sosisal şəbəklərin tənzimlənməsinin əksinə çıxan maraqlı tərəflərin sırasında, bu platformaları özlərinin manipulyasiya predimetinə çevirmiş güc mərkəzləri olduğunu vurğulayıb.

"Tənzimlənmənin əksinə çıxan maraqlı tərəflərin sırasında sosial şəbəkə adminləri ilə yanaşı, bu platformaları özlərinin manipulyasiya predimetinə çevirmiş güc mərkəzləri də var. Adminlər tənzimlənmədə maraqlı görünmürlər. Çünki, burada həm maddi, həm də siyasi maraqları var. Məsələn, "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın hesabatına görə, sosial şəbəkələr peşəkar media qurumlarını istismar edir, onların istehsal etdikləri məhsula sahib çıxır, maddi gəlirinə şərik olurlar. Platformanın hesablamasına görə, təkcə GAFAM-a (Google, Apple, Facebook, Amazon, Microsoft) daxil olan şirkətlərin gəlirləri 900 milyard dollar civarındadır. Bu gəlirin böyük bir qismi peşəkar KİV-lərin məhsulları hesabına əldə edilir. Məhsulun, kontentin yaradıcısı peşəkar KİV-lər, jurnalistlər olsalar da, onların yayımı daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. Beləliklə, hər kəs sosial şəbəkələrə üz tutur, peşəkar KİV-lər auditoriyadan və reklam gəlirlərindən məhrum olurlar. Əlbəttə, kimsə deyə bilər ki, bəzi sosial şəbəkə adminləri geniş auditoriya qazandıran, oxucu, dinləyici, tamaşaçı toplayan materiallara görə müəllifə qonorar ödəyirlər. Amma qeyd etmək lazımdır ki, bu ödənişlər simvolikdir, cüzidir. Məsələn, Youtube-da 100.000 baxış toplaya bilən materiala görə müəllifə ayrı-ayrı ölkələrdə cəmi 500 – 1000 dollar aralığında ödəniş edilir. Hansı ki, 100 minlik auditoriya qazana bilən material hazırlamaq üçün peşəkar KİV-lərin nə qədər vəsait xərclədiklərini hər kəs bilir. Yaxud, onların 100.000 nəfər izləyiciyə çatmayan 100-lərlə materialları sosial şəbəklər üzərindən paylanılır".

Media eksperti sosial şəbəkələrin kommunikasiya tipi olaraq vacib olduğunu söyləsədə, bu platformaların haqsız rəqabət elementi kimi neqativ olduğunu vurğulayıb.

"Təbii, sosial şəbəkələr kommunikasiya tipi olaraq vacibdirlər, mütərəqqi texnologiyadırlar. Amma haqsız rəqabət elementi kimi neqativdirlər, peşəkar KİV-lər üçün ciddi problemə çevriliblər. "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" bu ədalətsizliyi aradan qaldırmaq üçün təkliflər verib. Platforma təklif edir ki, dünya dövlətləri "GAFAM şirkətlərinin gəlirlərinə 6% səviyyəsində xüsusi vergi tətbiq etsinlər. Bu vergidən əldə edilən vəsaiti peşəkar jurnalistikanın inkişafına yönəltməklə, dövlətlər jurnalistikaya 54 milyard dollar qazandıra bilərlər". Sosial şəbəkələr həmin 54 milyardları özləri üçün qoruyub saxlamaq naminə, tənzimlənmənin əleyhinə çıxır, bu yöndə qanunlar qəbul edilməsini əngəlləyirlər".

Sonda Media eksperti bütün dünyaın sosial şəbəkələrdə neqativlərin aradan qaldırılması üçün tənzimlənmənin vacib olduğu qənaətinə gəldiyini və bu istiqamətdə qanunların qəbul edildiyin söyləyib:

"Sosial şəbəkələri informasiya manipulyasiyası predimetinə çevirənlər də tənzimlənmənin əleyhinədirlər. Amma artıq "ox yaydan çıxıb", bütün dünya sosial şəbəkələrdə neqativlərin aradan qaldırılması üçün tənzimlənmənin vacib olduğu qənaətinə gəlib. ABŞ prezinti Donald Tramp bu ilin may ayında öz ölkəsində sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamaqla bu prosesi stimullaşdırıb. Almaniya kimi demokratik Avropa ölkəsi də sosial şəbəkələrlə "hesablaşmaq" qərarına gəlib. Rusiya "Fake news" a qarşı qanunu 2019-cu ildə qəbul edib ki, onun da əsas predimeti sosial şəbəkələrdir. İndi eyni proses Türkiyədə gedir. Türkiyə parlamenti sosial mediada tənzimləməni nəzərdə tutan qanunu müzakirə edir. Orada diqqət çəkən bir nüans var: 9 maddəlik qanun layihəsinə görə, 1 milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələrin Türkiyədə nümayəndəliyi olmalıdır. Təhqiredici və təhqiramiz hesab olunan statuslar, məqalələr 48 saat ərzində məhkəmə qərarı olmadan silinməlidir və sair. Bu qanun dünyada bir president yarada bilər. Azərbaycanda da sosial şəbəkə istifadəçilərinin sayı 1 milyondan artıqdır. Bənzər qanunları qəbul etməklə, sosial şəbəkə adminləri qarşısında şərt qoymaq olar ki, Azərbaycanda nümayəndəliklərini açsınlar. Nümayəndəlik olarsa, neqativlərin qarşısını almaq da asanlaşa bilər".

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1668   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq. "Report" xəbər verir ki, dialoq iqlim böhranının aradan qaldırılması istiqamətində konkret addımları müzakirə etmək və həm çoxtərəfli iqlim danışıqlarında

20 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Muxtar Babayev: Biz Bakını inkişaf etməkdə olan və inkişaf etmiş dünya arasında körpü hesab edirik

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Bakıda keçiriləcək növbəti konfransı (COP29) qalıq yanacaqlarından mərhələli şəkildə imtina edilməsinə dair ötənilki uğurlu razılaşmaya əsaslanmalıdır. "Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-u

20 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayə

20 aprel