Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq

Restoranlar açılır, toylar isə oktyabradək olmayacaqAzərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından bəri etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.

Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.

Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.

"Report"un əməkdaşı bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva "Report"-a deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır: "Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir".

Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:

"Hesab edirəm ki, biz buna getsək ölkəmizdə yoluxmanın sayı arta bilər. Hesab edirəm ki, toy, nişan və yas mərasimlərinin hələ ki, keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:

"Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər".

Deputat bildirib ki, bir neçə gündən sonra Azərbaycanda Məhərrəm ayı başlayır: "Həmin ayda ölkəmizdə toy mərasimləri keçirilmir. Ümidvaram ki, Məhərrəm ayı bitdikdən sonra koronavirus üzərində qələbəmizi təmin edə biləcəyik və normal həyat tərzinə qayıdacağıq. Toy mərasimlərinin hansı qaydalara uyğöun təşkil olunması məsələsi ölçülüb-biçilməlidir. Ola bilsin ki, çox məhdud sayda yaxın qohumların toylar keçirilə bilər. Orada da müəyyən məsafələr gözlənilə bilər. Toy mərasimində iştirak edən şəxslərin testdən keçməsi variantı da ola bilər. Virus daşıyıcısı olmayan yaxın şəxslərin iştirakı ilə toy mərasimləri keçirilə bilər. Ümid edirəm ki, biz bu bəlaya yaxın vaxtlarda qalib gələrək toy mərasimlərimizi əvvəlki qaydada keçirə biləcəyik".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qeyd edib ki, karantin rejiminə əməl olunması öz nəticələrini verməkdədir:

"Artıq sağalma faizi yoluxmanı dəfələrlə üstələyib. Məhz bununla əlaqədar olaraq dövlətimiz müəyyən yumşalma elementlərini işə salıb. Hesab edirəm ki, yumşalma prosesinin əhatə dairəsinə musiqiçiləri də əlavə etmək lazımdır. Toy şənliklərinin keçirilməsi iddası hesab edirəm ki, indiki vaxtda aktualdır. Azərbaycanda 600 nəfərlik şadlıq evlərinin zalları var. Belə olan vəziyyətdə 600 nəfərlik zalda 200 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi mümkün olan məsələdir. Əsas məsələ odur ki, karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edilsin. Toya gələn insanların tempuratoru ölçülsün, sosial məsafə gözlənilsin, həmin şəxslər özləri ilə dezinfeksiya vasitələri gətirsinlər və bir-biriləri ilə qucaqlaşmağa, öpüşməyə son qoysunlar. Qətiyyən bunlara yol vermək olmaz".

Onun sözlərinə görə, Azərbaycanda 10 minə qədər musiqiçi var:

"Onların içərisində kirayədə yaşayanlar da var. Belə olan vəziyyətdə onları da düşünmək lazımdır. Hesab edirəm ki, pandemiya dövrü həmin şxəsləri müflis vəziyyətinə salıb. Bu istiqamətdə yumşalmanın vaxtı gəlib çatıb".

Yeri gəlmişkən, Hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında Azərbaycanda əksər insanlar toy etmir. Məhərrəm ayı gələn həftə, avqustun 21-də Məhərrəm ayı başlayır ardınca Səfər ayı gəlir və oktyabrın 17-də bitir.

Belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirusa yoluxanların sayının azalması səbəbindən yaxın vaxtlarda kafe və restoranların açılacağı gözlənilir. Lakin Operativ Qərargah hətta toy keçirilməsinə icazə versə belə, böyük əksəriyyət oktyabrın 17-dək toy keçirməyəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6539   Tarix: 12 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel