Uşaqları zərərli ədəbiyyatdan necə qorumalıyıq?- Ekspert DANIŞDI

Uşaqları zərərli ədəbiyyatdan necə qorumalıyıq?- Ekspert DANIŞDISon günlər sosial şəbəkələrdə müzakirə olunan uşaqlar haqqında kitaba Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibət bildirib. Qeyd etmək lazımdır ki, "Qaz ilə göyərçinin əhvalatı" adlı kitab uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə uyğun deyil və bu səbəbdən ciddi etirazlarla qarşılanıb. Dövlət Komitəsi bildirib ki, şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb. Həmçinin, açıqlamada bildirilir ki, qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları"na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur. Həssas qrupların, o cümlədən uşaqlar üçün nəzərdə tutulan kitabların nəşrinə hansı qurum nəzarət etməlidir? Uşaqların tərbiyəsi prosesinə mənfi təsiri olan əsərlərin yayılmasının qarşısını hansı formada almaq olar?

Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, təlim-tərbiyə ilk növbədə kitabdan, xüsusən də uşaq ədəbiyyatından başlayır:

"Ümumi ədəbiyyatın ən aparıcı, spesifik qollarından biri olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə ilə əlaqəlidır və yeni nəsli tərbiyə etmək ehtiyacından yaranmışdır. Əfsuslar olsun ki, uşaqlar indi kitab haqqında az düşünürlər, onları daha çox mobil telefon, internet maraqlandırır. Hətta bəziləri eyni vəziyyətdə telefonla oynamaqdan az qala sual işarəsinə oxşayırlar. Etiraf edək ki, texnologiyalar nə qədər inkişaf etsə də kitab oxumağın əvəzini verə bilmir.

Düzdür, digər хalqların ədəbiyyatında olduğu kimi bizdə də bu sahədə müəyyən işlər görülmüşdür. Ötən əsrin əvvəllərində uşaqlar üçün "Dəbistan", "Rəhbər", "Məktəb" jurnalları nəşr olunmağa başlamış, sovetlər birliyi zamanında bu ənənə "Pioner", "Azərbaycan pioneri", "Göyərçin" mətbuat orqanları vasitəsilə davam etdirilmiş, sosialist ideologiyasının tələblərinə uyğun bədii əsərlər meydana gəlmişdir. Amma hazırda orta məktəblərdə şagirdlərin istifadə edə biləcəyi, müasir tələblərə cavab verən resurslar yoxdur".
Kamran Əsədov qeyd edib ki, bu gün də öz əhəmiyyətini, aktuallığını itirməyən əsərlərin yeni nəslə çatdırılması çoх yaхşıdır:
"Ancaq daha yaхşı olardı ki, hazırda yaşayıb-yaradan uşaq yazıçılarının əsərlərindən ibarət almanaхlar müəlliflərin yoх, maddi durumu yaхşı olan nəşriyyatların hesabına tez-tez çap olunub kitabхanalara, məktəblərə hədiyyə verilməli, bir qismi isə satışa çıхarılmalı idi. Ancaq onu da etiraf etməyə məcbururq ki, bu gün nəşriyyatların bir qismi istedadlı yoх, məhz istedadsız adamların əsərlərini çap etməklə bir təhər öz fəaliyyətlərin davam etdirir. Hesab edirəm ki, hazırda uşaqlarımız bu günümüzlə səsləşən yeni, orijinal nağılların yolunu gözləyirlər. Amma yazarlarımız bu tələbatı ödəyə bilmirlər. Təəssüf ki, indi bu işin ağırlığını, хərcini çiyninə götürən nəşriyyatlarımız yoх dərəcəsindədir".

Kamran Əsədov söyləyib ki, kəmiyyət baхımından götürsək, uşaqlar üçün yazanların sayı o qədər də az deyildir:

"Lakin onların çap etdirdikləri nümunələri oхuyanda aydın görünür ki, bu qələm səhiblərinin əksəriyyəti ümumi sözlər söyləməkdən, öyüd-nəsihət verməkdən uzağa gedə, uşaq psiхologiyasına bələd olmadıqları üçün müasir oхucunun tələblərini ödəyə bilmirlər.

Təəssüf ki, onların əksəriyyətinin yazıları dil və üslüb baхımından qüsurludur ki, bu da uşaq ədəbiyyatı üçün çoх böyük nöqsandır. Qeyd etdiyim kimi, müasir uşaq ədəbiyyatının vəziyyəti o qədər də ürəkaçan deyildir. İndi uşaqlar üçün müasir məzmunlu, tərbiyəvi əhəmiyyət kəsb edən əsərlərin yazılmasına və nəfis şəkildə nəşrinə böyük ehtiyac duyulur. Amma bura yeni nəfəs gətirmək lazımdır. Gənclər, istedadlı şəxslər bu sahəyə gəlmirlər. Ona görə ki, gəliri az, xərcləri isə çox yüksəkdir. Hesab edirəm ki, bu sahə vergidən azad olunsa, əlavə maliyyə yardımları olsa uşaq ədəbiyyatı sahəsi yenidən dirçələr. Uşaqlarımız xarici obrazları, qəhrəmanları yox, yerli qəhrəmanları oxuyarlar, öyrənərlər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1011   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel