Rüşvət alarkən tutulan məmurların işi məhkəməyə göndərildi

Rüşvət alarkən tutulan məmurların işi məhkəməyə göndərildiDövlətin sosial sahədə reallaşdırdığı ardıcıl və uğurlu islahatlar fonunda vətəndaşların hüquqlarını pozan, xidməti səlahiyyətlərindən şəxsi mənafeləri üçün istifadə edən, habelə bu hərəkətləri ilə dövlət orqanlarının fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının qətiyyətli tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb.

Aparılmış istintaqla Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Qaraş Şahmuradov 23 may 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, Məharət Əhmədov isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hər iki şəxs barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Nigar Həsənova Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1159   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fərid Namazovun sədrliy

16 aprel
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda girovda saxlanılan şəxsin azadolunma görüntüləri - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu il

15 mart