İtalyan jurnalist: "Ermənistanda totalitar rejim hökm sürür"

İtalyan jurnalist: "Ermənistanda totalitar rejim hökm sürür"İtaliyanın "InTerris" analitik-xəbər portalında jurnalist Milena Castiglinin "Caritas Armenia yoxsulların yanında: Qafqazda sülh körpüsü" adlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistandakı vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın "Ermənistan və Azərbaycan: münaqişəni sülh yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur" adlı məqaləsi dərc edilib.

Bu barədə Sonxeber.az-a Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib.

D.Letiziya M.Castilglinin müəllifi olduğu məqalədə müxtəlif yanlışlıqlara yol verildiyini, o cümlədən Ermənistanın Azərbaycan tərəfindən təcavüzə məruz qalması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirərək, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını deyib. D.Letizia Ermənistanın ağır iqtisadi və epidemioloji vəziyyətlə üzləşdiyini, bu səbəbdən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmağa məcbur olduğunu, hərbi təxribatlara əl atdığını və iki ölkə arasındakı dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğunu bildirib.

BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini xatırladan D.Letizia, Ermənistan əhalisinin yoxsulluq və aclıqla üzləşməsinin məhz Azərbaycan torpaqlarının işğal edilməsi faktından irəli gəldiyini deyib. Ermənistanın acınacaqlı iqtisadi durumda olduğunu qeyd edən italyan jurnalist, adambaşına düşən ÜDM-ə görə bu ölkənin dünyada 118-ci yerdə qərarlaşdığını, Ermənistanda yaşayan tənha qalmış şəxslərin və körpə uşaqlı anaların ac, əlilliyi olan şəxslərin qayğısız qalması səbəbindən xüsusilə böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.

Ermənistanda mövcud faciəvi mənzərənin keçmiş və hazırkı siyasi rəhbərliyin səriştəsiz idarəetməsi səbəbindən yarandığını deyən italyan jurnalist vurğulayıb ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda son bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etməsinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən italyan jurnalist N.Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edib.

D.Letiziya vurğulayıb ki, hazırda bu ölkədə ən çox müzakirə olunan mövzulardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı cinayət işi ilə bağlıdır. Jurnalistin sözlərinə görə M.Minasyan N.Paşinyan və həyat yoldaşı Anna Akopyanı 50 min ton metal qırıntısının Ermənistandan qeyri-qanuni ixracı və ticarətində, habelə N.Paşinyanı beynəlxalq silah alverində və qeyri-qanuni almaz ticarəti ilə məşğul olmaqda, Ermənistanın dövlət xəzinəsini talan etməkdə günahlandırır.

Jurnalist xatırladıb ki, aprelin sonlarında Rusiya Federasiyasının Təhlükəsizlik Xidməti tərəfindən Krasnodarda saxlanılmış qara bazar üçün 40 ton siqaret daşıyan və göyərtəsində Ermənistan nümayəndələri olan təyyarənin hazırkı hökumətin qeyri-qanuni beynəlxalq qaçaqmalçılıqla bağlılığına dair çoxsaylı xəbərlər yayılıb, eyni zamanda Voronej vilayətində də N.Paşinyanla əlaqələndirilən külli miqdarda qanunsuz siqaretin ələ keçirildiyi bildirilib.

D.Letizia Ermənistan silahlı qüvvələrinin işğal etdikləri əraziləri tərk etməyənə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmayana qədər münaqişənin dayanıqlı sülh yolu ilə həllinin mümkünsüzlüyünü bildirib, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun gələcək hüquqi statusunun müəyyənləşdirilməsi üçün bölgənin azərbaycanlı icmasının iştirakının vacibliyini vurğulayıb.

Ermənistana beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən ayrılan ianələr və humanitar yardımların bu ölkədəki ağır sosial problemləri və yoxsulluğu aradan qaldırılmayacağını qeyd edən D.Letiziya təbii sərvətləri, dənizə çıxışı olmayan kiçik və yoxsul bir ölkənin sözügedən problemlərinin yeganə həlli yolunun qonşu dövlətlərlə münasibətlərin normallaşdırılmasında olduğunu bildirib. Bunun üçün isə müəllif Ermənistanın ilk növbədə öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı olduğunu və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmamalı olduğunu, Azərbaycanla sülhün əldə olunması istiqamətində səy göstərməli olduğunu deyib.

Müəllif məqaləsini "Ermənistan bu reallığı nə qədər tez dərk edərsə, öz xalqının gələcəyi üçün bir o qədər yaxşı olar" fikirləri ilə bitirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 900   Tarix: 13 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəlik tələba

29 mart
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

"Coffee ‘N Joy" Avropa Gənclər Parlamentinə dəstək olub

"Coffee ‘ N Joy" ( EYP European Youth Parliament) Avropa Gənclər Parlamentinə öz dəstəyini göstərib. UFAZ-da keçirilən tədbir 3 gün davam edib və iştirakçıların özünü kəşf, şəxsi inkişafına yönəlik olub. Tədbir çərçivəsində müasir dünyada aktual olan problemlər və onların həlli yolları müzakir

29 mart