"Səfirin ətrafında başlanan prosessual addımlar istintaqa yeni adlar verəcək"- DEPUTAT

"Səfirin ətrafında başlanan prosessual addımlar istintaqa yeni adlar verəcək"- DEPUTATXəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhrrəmov bildirib ki, Azərbaycanda son başlanmış islahatlar dalğası əvvəlcə kadr və struktur reformları formasında biruzə verdi:

"O zaman Prezident İlham Əliyev kifayət qədər humanist davranaraq məmurlara şans verdi, ya normal işləməli, ya da istefa verməli. Lakin görünən odur ki, üçüncü yolu seçən icra başçısından generala, nazir müavinindən nazirə qədər kifayət qədər insanlar da oldu və aqibətləri də bəllidir.
Bu məsələdə ən ağrılı məqam Azərbaycan diplomatiyasının çirkaba bulaşması idi. İyulun 16-da Prezident İlham Əliyev Ceyhun Bayramovu nazir təyin olunması ilə əlaqədar videoformat vasitəsilə qəbul edərkən aşkar formada bildirdi ki, bəzi diplomatların dövlətə xəyanət etmələri, yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olmalarına dair kifayət qədər məlumatlar var.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən saxlanılmasına gəlincə mən bir neçə nüansa diqqət çəkmək istəyirəm.

Hazırda yalnız bildirilən odur ki, maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr var. Əlbəttə bunlar barədə danışmaq üçün konkret fakt olmalıdır.
Xüsusi xidmət orqanı səfiri saxlayırsa demək ki, kifayət qədər əsaslı və istintaq perspektivi olan konkret əməllər mövcuddur".

Deputat qeyd edib ki, Tovuz istiqamətində erməni təxribatından bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif sursatları göndərilib:

"Məlumdur ki, Azərbaycan heç vaxt Serbiyaya dəstəyini əsirgəməyib. Elə üç ay əvvəl pandemiya ilə əlaqədar Belqrada humanitar yardım göndərmişik, ortada strateji qardaşımız olan Türkiyə amili olmasına baxmayaraq Kosovonun müstəqilliyini tanımamışıq və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyimiz bəyan edilib. Bütün bunların fonunda baş verənlərə Azərbaycanın Serbiyadakı səfiri adekvat reaksiya vermirsə, serb ictimaiyyəti geniş müzakirələrə cəlb olunmursa, Serbiyadakı çox ciddi nüfuza malik və bizə dost olan siyasətçiləri, deputatları, sağlam qüvvələri vahid platformada, yaxud mediada ayağa qaldırılmırsa demək ki, ortada başqa nüanslar, habelə ə maraqlar var. Bu nüansları istintaq tək-tək ortaya çıxaracaq. Əminəm ki, Eldar Həsənov son olmayacaq. Çünki, eyni qaydalarla fəaliyyət göstərən tək Serbiyadakı səfirliyimiz deyil. Kimsə əksini iddia edirsə cənab prezidentin 16 iyul nitqinə bir daha qulaq assın. Ona görə də əminəm ki, bir neçə gündür səfirin ətrafında başlanan prosessual addımlar istintaqa xeyli yeni istiqamətlər, o cümlədən yeni adlar verəcək".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 4660   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Arıqlamaq istəyirsiniz?

MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı

15 avqust

Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı

DİM tərəfindən 20-21 avqust tarixlərində keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.. . Mərkəzdən verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.. . İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısın

14 avqust

Afaq Bəşirqızının məktəb direktoru olan gəlini ilə bağlı açıqlama

Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib.. . Sonxeber.az xəbər verir ki

14 avqust

İri ticarət mərkəzləri bu qaydalarla açıla bilər - AÇIQLAMA

Hazırda 13 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edilir. Lakin avqustun 5-dən müəyyən yumşalmalara gedildi. Bundan əlavə avqustun 17-də açıq havada olan kafe və restoranların açılması gözlənilir. Açıq havada olan kafe və restoranlarla yanaşı iri ticarət mərkəzlərinin də açılması gözlənilir. Avqustu

14 avqust

Temperatur düşəcək, yağış yağacaq, külək əsəcək

15 avqustda gözlənilən hava şəraiti açıqlanıb.. . Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, 15 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənə

14 avqust

"Məktəbəqədər təhsil dondurulsun"- Ekspertdən TƏKLİF

Avqustun 13-də Təhsil İnstitutu məktəbəqədər təhsillə bağlı aşağıdakı təkliflər irəli sürüb.. . Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız "sarı" zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir. Məktəbəhazırlıq qruplarınd

14 avqust

Bermud adalarında yaşayan yutuber tərəfindən təhlükəli sınaq-VİDEO

Bermud adalarında yaşayan Mark Rober adlı yutuber təhlükəli eksperiment həyata keçirib.. . Sonxeber.az-a xəbər verir ki, köpəkbalığının qidalanma üstünlüklərini tapmaq üçün keçmiş NASA mühəndisi Mark Rober okeana insan və balıq qanı töküb.. . Təhlükəli eksperimenti özünün "Youtube" kanalınd

14 avqust

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Xəbər verdiyimiz kimi Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbi

14 avqust

Rayonlara gediş-gəliş açılırmı?

Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət qoyulub.. . Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 31 avqust saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad

14 avqust