Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var

Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik varİmla lahiyəsi süni intellektin köməyi ilə şifahi nitqin mətnə və ya yazılı nitqi şifahi nitqə çevrilməsi məqsədi ilə yaradılmış nitqin tanınmasını həyata keçiriən sistemdir.

"Report"un xəbərinə görə, layihənin hədəfi Azərbaycan dilini yüksək dəqiqliklə ifadə edə bilən bir modelin təkmilləşdirilməsi və bunun müvafiq sahələrdə tətbiq olunmasıdır. Layihə rəhbəri Toğrul Səməd və süni intellekt üzrə baş mühəndis isə Fərid Həziyevdir.

Layihə müəllifləri deyir ki, hal-hazırda @ImlaYazBot vasitəsilə səslər və fayllar mətn formatına 85% dəqiqliklə çevrilə bilir:

"Bizim hədəfimiz isə dəqiqlik dərəcəsini 95%-dən çox artırmaqdır. İstifadəçilərin xidmətlərimizdən maksimum faydalana bilməsi üçün onu bir neçə formatda təklif etməyi planlaşdırmışıq. Bu xidmətlərə Chrome addon və mobil tətbiq də daxildir. Xidmətlər istifadəçilərə tamamilə ödənişsiz qaydada təklif olunacaqdır. Bizneslər isə API üzərindən xidmətlərdən faydalana biləcəklər.

Sistemin nitqi düzgün tanıya bilməsi üçün dilimizdəki hər bir söz və söz birləşmələrini süni intellektə öyrədirik. Belə ki, iyul ayında "Süni intellektə dilimizi öyrətməyə sən də dəstək ol!" şüarı ilə müsabiqə təşkil etmişdik. Məqsədimiz həm Imla lahiyəsi barəsində insanları maarifləndirmək və bu yolda bizə dəstək olmağa çağırmaq həm də əzmkarlıq ruhunu ortaya çıxararaq bizimlə olan bu səyahəti daha əyləncəli etmək idi.

Müsabiqə Telegramda yaradılmış @ImlaOxuBot vasitəsilə həyata keçirilmişdir və 16 yaşdan böyük hər kəsin müsabiqədə iştirak etmə haqqı var idi. İştirakçı ona yönləndirilmiş söz və ya cümlələri səsləndirərək müsabiqədə iştirak etmiş sayılırdı. Lakin bu səslər qeyd olunmuş şərtlərə uyğun olduğu təqdirdə düzgün hesab olunur və iştirakçılar liderlər lövhəsində yüksəlməsinə səbəb olurdu".

Layihə müəlliflərinin sözlərinə görə, müsabiqə zamanı yarana biləcək problemləri nəzərə alaraq, müsabiqə şərtləri əvvəlcədən formalaşdırılmışdı və səslər qeyd olunan meyarlara uyğun gəldiyi təqdirdə düzgün qəbul edilirdi:

"Göndərilmiş səslər avtomatik olaraq sistem tərəfindən yoxlanışa göndərilirdi. Dəqiqliyin və şəffaflığın artırılması üçün yoxlanışdan uğurla keçə bilməyən səslər isə yenidən yoxlanılırdı. İştirakçılar imla.az saytı vasitəsilə müsabiqənin ümumi statistikasını və şəxsi statistikasını izləyə bilirdi.
Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik varİlk müsabiqə 25 iyun - 25 iyul tarixlərində həyata keçirilmişdir. Nəticədə 1 663 nəfər iştirakçı qeydiyyatdan keçmiş, 1 553 saatlıq səs qeydi və 69,3 milyondan çox simvol sayı əldə olunmuşdur. Müsabiqə bitdikdən sonra ilk onluqda yer alan şəxslər müvafiq hədiyyələr ilə mükafatlandırılmışdır. Birinci yeri tutan Nurlan Cəfər İphone 11, digər qaliblər isə Nafantano oyuncağı qazanmışdır".

Onlar ilkin təcrübədə qarşılaşdığı problemləri necə həll etdi?

Müəlliflər deyir ki, müsabiqənin başlaması insanlar tərəfindən marağın artmasına səbəb olub. Lakin Imla komandası bu böyüyən marağın qarşısında bir sıra problemlərlə rastlaşmışdır:

"Əsas çətinlik imla.az saytına və Telegram şəbəkəsində @ImlaOxuBot - a artan ziyarət nəticəsində sistemdə gecikmələrin və xətaların baş verməsi idi. Amma mövcud xətalar qısa zaman ərzində proqramçı komandamız tərəfindən aradan qaldırıldı.

Növbəti hədəfimiz isə şəffaflığın artırılması və istifadəçilərin şikayətlərini aradan qaldırmaq idi. Müsabiqə şərtlərindən ən vacibi bir istifadəçi adının yalnız bir iştirakçı tərəfindən istifadə olunması idi. Lakin yoxlama zamanı ilk onluğa daxil olmuş işttirakçıların bir neçə istifadəçi adından səs qeydləri qəbul edilmişdir. Bu şəxslər müsabiqənin şərtlərinə riayət etmədikləri üçün müsabiqədən kənarlaşdırılmışdır.

Digər bir mühüm amil isə iştirakçıların müsabiqədə iştirak motivasiyası idi. Müsabiqədə ilkin olaraq yalnız birinci yeri tutan şəxs üçün İphone 11 telefonu nəzərdə tutulmuşdu. İştirakçılardan gələn rəylərdən məlum oldu ki, yalnız bir mükafatın olması onları ruhdan salır və müsabiqəyə davam etmək üçün motivasiyaları olmur. İştirakçıların ruhlandırılması üçün mükafat sayı ona qədər artırılmışdı.

Müsabiqə bitdikdən sonra isə sistem tərəfindən ikinci bir yoxlanış daha keçirildi və ilk onluqda yer alan şəxslərlə əlaqə saxlanıldı".

Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik varGələcək plan

"Bir ay müddətindən davam edən müsabiqə bitdikdən sonra belə bir nəticəyə gəldik ki, müsabiqənin bir ay çəkməsi istifadəçiləri yorur və ruh düşkünlüyünə gətirib çıxarır. Bunun üçün də növbəti dəfədən gündəlik müsabiqələrin təşkil olunmasına hazırlaşırıq", - müəlliflər deyirlər. Onlar bildirirlər ki, gündəlik müsabiqələrdə ilk onluqda yer almış şəxslər pul mükafatına layiq görüləcəklər. Daha sonrakı müsabiqələrdə isə mükafaların sayı artırılacaq və ilk yüzlükdə yer almış hər kəsə müvafiq hədiyyələr təqdim ediləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1049   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel