Mədəniyyət Nazirliyində kadr təyinatı
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumat üçün bildiririk ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.
Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.
2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.
2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMuzasız mümkün deyil: Məşhur yazıçıların "ilham pərisi" kim olub?
Yaradıcı adamların həyatında "ilham pərisi"nin xüsusi əhəmiyyəti var. Kiminin düşüncəsində bu, elə doğrudan da, gözəgörünməz, ilahi bir varlıq, kimi üçünsə də adi, sıradan bir insandır - yaradıcı adama sevgi verən, ruh verən bir insan. Yaratdığı həyəcandan yaradıcı qələmini hərəkətə gətirə
31 iyul 2021Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...
xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə
28 iyul 2021Hər reklamdan 50 min qazanacaq
Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu
22 avqust 202116 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq
Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə
25 avqust 2021Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...
Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə
8 sentyabr 2021