"Azərbaycan heç vaxt Rusiya əleyhinə olan layihələrdə iştirak etməyib"- DEPUTAT

"Azərbaycan heç vaxt Rusiya əleyhinə olan layihələrdə iştirak etməyib"- DEPUTAT"Prezident İlham Əliyev Rusiya prezidenti Vladimr Putinə, ermənilərin Tovuz istiqamətində törətdikləri cinayətlər və bundan sonra Rusiyadan göndərilmiş 400 ton silahlarla bağlı Azərbaycan xalqının narahatlığını ifadə edib".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bidirib.

Deputat qeyd edib ki, reallıq ondan ibarətdir ki, Rusiya Federasiyasının bu mövqeyi ölkəmizə qarşı ayrı-seçkilik, qərəzli münasibətdir:

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ konfliktində bitərəf mövqe sərgiləməli olduğu halda, əksinə davamlı şəkildə separatçıları silahlandırmaqla məşğuldur. Ermənilərin daim ruslara qarşı xəyanətkar siyasət aparmasına, arxadan zərbə vurmalarına baxmayaraq, ən çox hərbi dəstəyi Rusiyadan alırlar.
Yaxşı xatırlayırıq 90-cı illərdə 1 milyard dollarlıq silah və hərbi sursat Yeltsin hakimiyyəti tərəfindən Ermənistana təmənnasız verilib. Azərbaycana isə, dünya bazar qiymətləri ilə silah satılır.

Fərq ondadır ki, Ermənistan Rusiya vergi ödəyicilərinin hesabına silahlanır, Azərbaycan isə real maliyyə sərf edərək Rusiya iqtisadiyyatına xeyir verir. Şimal qonşumuz "balanslaşdırma" siyasəti aparmaqla hər iki ölkəni təsir altında saxlamaq istəyir. Ancaq görünən odur ki, nə qədər dəstək vermələrinə baxmayaraq, Paşinyan və erməni xalqı Rusiyaya düşmənçiliyini gizlətmir".

Deputat vurğulayıb ki, Azərbaycan isə, heç zaman Rusiyanın əleyhinə olan layihələrdə iştirak etməyib:

"Rusiya başa düşməlidir ki, belə siyasət aparmaqla iki ölkə arasındakı dostluq körpülərini yandırır. Azərbaycan əvvəlki geridə qalmış, zəif ölkə deyil, Azərbaycan Ordusu istənilən orduya qarşı vuruşmağa hazırdır. Xalq isə, bütövlükdə, Ordunun, Ali Baş komandan İlham Əliyevin arxasındadır. Müasir dünyada heç nəyi gizlətmək mümkün deyil. Hesab edirəm ki, Rusiya, eyni zamanda saxta müsəlman birliyindən danışaraq, ermənilərə qucaq açan əmmamə həvəskarları da Azərbaycana qarşı qeyri-səmimi siyasətlərindən əl çəkməlidirlər".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1584   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Ağcabədi sakininə yanlışlıqla cərimə yazıldı - AÇIQLAMA

Ağcabədi sakininə texniki xəta səbəbindən cərimə yazılıb. Bu barədə -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, baş verən texniki xəta araşdırılıb və aradan qaldırılıb:. "Sözügedən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol verilən qayda pozuntusu fot

28 mart
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27 mart
.

"Bu yolda yerimək təhlükəli hal alıb" - Video

"Bu yol uzun müddətdir ki, bərbad vəziyyətdədir. Avtomobillər buradan işləyə bilmir. Problemi də həll edən yoxdur". Bu şikayətlə "Qafqazinfo"ya Xırdalanın Qəzənfər Xaliqov küçəsində yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, burada yollar artıq yararsız haldadır

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart