Paşinyanın "erməni nağılları" BBC üçün keçərli olmadı

Paşinyanın "erməni nağılları" BBC üçün keçərli olmadıPaşinyanın BBC-yə müsahibəsində diqqət çəkən, qeyri-adi görünən məqam təkcə ingilis dilində zəif danışması, yaxud diplomatik bacarıqsızlığının üzə çıxmasında deyil. Baxmayaraq ki, bunlar da ciddi məqamlardırlar və Paşinyanın bircə kəlmə "Qarabağ əhalisinin cəmi 18 faizi erməni olub" deməsi bizim üçün yetərli sayıla bilər. Müsahibədəki çox qabarıq görünən qeyri –adilik həm də BBC –nin aparıcısı Stefan Sackurun mövqeyindədir. Aparıcı illərlə topladığı bütün təcrübəni, "HARDtalk" (Çətin söhbət) proqramları üçün xarakterik olan bütün manevrləri Paşinyanın üzərində sınaqdan keçirir. Sackurun Paşinyana ünvanladığı suallar onun Ermənistanın baş nazirinə qarşı kinayəli olduğunu göstərir; BBC əməkdaşı fürsət düşən kimi jurnalistik çərçivələrdən çıxaraq açıq mövqe sərgiləyir, Ermənistanın və Paşinyanın riyakarlığı barədə rəy bildirir.

Deyir ki, "Ermənistanda baş vermiş siyasi inqilab onun Dağlıq Qarabağ üzərində Azərbaycanla uzun illər davam edən münaqişəsinə son qoyacağına ümidlər yaratdı, lakin belə olmadı". Bu, sual deyil, Paşinyanın yalançı vədlərlə hakimiyyətə gəlib, sonradan mövqeyini dəyişməsi barədə şərhdir, konkretləşmiş rəydir, həm də BBC əməkdaşının rəyi. Sackur bu fikirləri proqramın başlanğıcında, öz şərhində verir. Paroqramın anonsu, təqdimatı da eyni ruhludur. Verilişin internet səhifəsindəki təqdimetmə mətnində Paşinyan haqqında belə bir ifadə var: "O, hakimiyyəti siyasi islahatlar vədi ilə ələ keçirmişdir, bəs necə oldu ki Ermənistan hələ də köhnə müharibələrə qərq olmuş vəziyyətdədir?".

BBC əməkdaşının sualları da şərhləri və təqdimatı qədər kəskindir, eynilə bənzərdir. "Ermənistan əhalisinin əhvalına baxanda onların məxməri inqilaba olan böyük ümidlərinin puç olduğunu görürük. Səhv nədə idi?" deyən Sackura təkcə sual vermir, həm də sualın tərkibində qətiləşmiş mövqe bildirir, Paşinyanın səhvə yol verdiyini qətiləşmiş fikir kimi ifadə edir, onun bəraəti üçün yolları bağlayır.

Şərhləri və təqdimat bölümündən sonra başlanan sual-cavab bölümü də Paşinyan üçün ölümcül zərbəyə çevrilir. Suallar qarşısında aciz duruma düşən Paşinyan ölkədəki hazırkı acınacaqlı vəziyyətin bütün günahını koronavirus pandemiyasının üzərinə yıxmağa cəhd göstərir. Amma Sackur onun sözünü kəsir, yalan danışmasına imkan vermir, koronavirus mövzusuna köklənməklə müsahibənin məğzindən uzaqlaşmaq cəhdinin qarşısı alır:

"Siz hakimiyyətə gələndə Azərbaycanla sülh üçün cığırın tapılacağı vədini vermişdiniz, halbuki ötən ay yeni döyüşlər, yeni münaqişə, hər iki tərəfdən hərbçilərin həlak olmasını gördük. Ermənistan indi də əvvəlki təcrübəsini davam etdirir və vəd edilən dəyişiklik baş vermir?" sualını verir. Bununla da Paşinyanı isterik vəziyyətə salır. Aparıcı Paşinyanın vəziyyətdən çıxmaq üçün sərgilədiyi manevrlərin qarşısını alır, sadə dillə desək, tərpənməsinə imkan vermir. Paşinyanın Azərbaycanın ünvanına səsləndirmək istədiyi cəfəng ittihamları dinləmək istəməyən S.Sakur onun sözünü dərhal kəsir və əks sual verir:

"Siz özünüz son aylarda gərginliyi artıran bir sıra təxribatçı hərəkətlərə yol vermisiniz. Məsələn, niyə siz keçən ilin avqust ayında "Stepanakert"ə (Xankəndiyə) gedərək "Artsax (Siz Dağlıq Qarabağı belə adlandırırsız) Ermənistandır və nöqtə" bəyanatını etdiyiniz? Bundan sonra sizi dinləyən kütlə Ermənistanla birləşməyə dair çağırışlar etməyə başladı. Bu, Azərbaycana qarşı açıq-aydın bir təxribat idi". Paşinyan ənənəvi "erməni nağıllarını" dilə gətirməklə çıxış axtarır. Amma bu nağıllar BBC əməkdaşı üçün keçərli olmur. Sackura onun sözünü kəsir: "Sizin iddia etdiyiniz minillik tarixinizə girməyə niyyətimiz yoxdur. Bizim məqsədimiz hazırkı reallıqlara baxmaqdır. BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur və siz Dağlıq
Qarabağa girərək o ərazinin sizin olduğunu iddia etməyə çalışırsız. Siz açıq-aşkar sülhpərvər deyilsiz".

Müsahibə bu ruhda davam edir və istər-istəməz sual yaranır: Paşinyana və Ermənistana qarşı belə yanaşma dünyaca məşhur BBC telekanalının məşhur "HARDtalk" proqramının aparıcısı Stefen Sackurun şəxsi mövqeyidirmi? Yoxsa Ermənistana qarşı bütövlükdə Qərbin yanaşması dəyişir?

Bu suala da Stefen Sakurun özü aydınlıq gətirir: "Münaqişə və Yerevandakı hərbi ritorika ilə yanaşı Ermənistan digər çağırışdan da əziyyət çəkir: koronavirus pandemiyası ölkəyə ağır zərbə vurmuşdur, iqtisadiyyat dərin böhrandadır, Rusiya, Türkiyə və ABŞ-dan strateji təzyiqlər göstərilir". BBC əməkdaşının bu sözlərindən belə nəticə çıxır ki, Paşinyanın və ümumilikdə Ermənistanın yanlış siyasəti ölkəni çıxılmaz duruma salıb, həm region ölkələrinin, həm də ABŞ simasında Qərbin münasibəti pisə doğru dəyişib. Sackur deyir ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni yolun inşa edilməsi avropalı ekspertlər tərəfindən beynəlxalq hüququn pozulması, qeyri-qanuni işğal faktının möhkəmləndirilməsi kimi dəyərləndirilir. Onun sözlərinə görə, "Ermənistanın Dağlıq Qarabağ məsələsində millətçilik mövqeyindən çıxış edir, Ermənistan hakimiyyətinin hazırkı strategiyasında heç bir mənalı sülh elementi sezilmir. Siz sələflərinizdən heç nə ilə fərqlənmirsiz. Ermənistan əhalisi üçün vacib olan bu problemin həlli üçün siz heç bir fərqli yanaşma təqdim etmirsiz".
Müsahibənin ruhundan belə anlaşılır ki, N.Paşinyanın nəinki ölkə rəhbəri kimi, hətta adi siyasətçi və jurnalist kimi nüfuzu itib, Qərbin ondan gözləntiləri puç olub.

Müşfiq Ələsgərli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3208   Tarix: 14 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel