Kafe və restoranlarda müştəri qəbulu şərtləri açıqlandı - RƏSMİ

Kafe və restoranlarda müştəri qəbulu şərtləri açıqlandı - RƏSMİAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yayıb.

Sonxeber.az-a daxil olan açıqlamada deyilir:

"Koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir. Bununla əlaqədar müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır".

Qeyd edilib ki, xəstəliyə yoluxma riskini azaltmaq üçün ictimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi zəruridir:

"Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Sanitar gigiyenik qaydalara əsasən, ictimai iaşə müəssisələrində sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanmalı, axar isti və soyuq su təchizatı təmin edilməlidir. Hər bir müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi şərtdir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

"İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməsi, yeməklər hazırlanarkən termiki emala riayət edilməsi, o cümlədən xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, çirkli səthlərin mütəmadi olaraq yuyulub təmizlənməsi tövsiyə olunur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2291   Tarix: 15 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"73 manatlıq şəkər dərmanı 230 manata satılır, "tüccarlar"a kömək edən məmurlar var" - Deputatdan ETİRAZ

"Şəkər xəstələrinin istifadə etdikləri "Synjardy" adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata satılırdı. Təxminən, iki həftə öncə bu dərman birdən-birə şəbəkədən itdi. Elə həmin ərəfədə "Siqduo Lonq" peyda oldu və bütün apteklərdə birinci dərmanın əvəzedicis

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib (VİDEO)

Cəlilabad rayonu, Göytəpə meşəbəyliyinin 13 saylı dolayında kütləvi ağac kəsilməsi qeydə alınıb. Bu barədə Qaynarinfo-ya Cəlilabad rayon sakini Əli Nəhmətov məlumat verib. Onun sözlərinə görə, çəkdiyi görüntülər kütləvi ağac kəsilməsinin cüzi bir hissəsini əks etdirir. Son günlər, konkret 20 gün ərzind

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən "Amerikanın səsi" radiosu üçün reportajlar hazırlayırdı. Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünk

29 mart
.

Ermənistandan Solovyovla bağlı QADAĞA

Ermənistan ölkə ərazisində rusiyalı teleaparıcı Vladimir Solovyovun "Rossiya 1" telekanalında yayımlanan müəllif verilişlərinin yayımını qadağan edib. Bu barədə Ermənistanın Televiziya və Radio Yayımları Şəbəkəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, qərar son vaxtlar Vladimir Solovyovu

29 mart
.

Bu foto və videoları media subyektinə təqdim edənlər cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksin

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart