Rəşad Məcid – işıq olmaqdan və işıq axtarmaqdan yorulmayan insan

Rəşad Məcid – işıq olmaqdan və işıq axtarmaqdan yorulmayan insanTanınmışlar haqqında, xüsusən vəzifədə olan insanlar haqqında xoş fikir demək bir az çətindir. Dərhal bir qrup "bəzəkvuran" bunu öz düşüncəsinə uyğun dəyərləndirir və buna görə də ürəyindən keçənləri deməkdən qaçırsan. İstər nazir olsun, istər icra başçısı, istər tanınmış jurnalist, şair, müğənni, aktyor və s. Hər kəsin yaxşı bir tərəfi var və kimsə o tərəfi görəndə, ürəyində bir minnətdarlıq hissi yarananda fikirlərini bildirmək haqqı da var. Bu gün doğum günü olan, "525-ci qəzet"in baş redaktoru(digər vəzifələri də özünüz bilirsiniz) Rəşad Məcid haqqında isə mən əminəm ki, çoxlarının qəlbindən yalnız xoş sözlər, xoş xatirələr söyləmək, yazmaq keçir. Hətta bəzən üzdə onu qəbul etməyənlərin də ürəyində bir qibtə hissi gizlənir. Həmin adamlarla söhbət zamanı hiss edirsən ki, bu insan haqqında qınayıcı danışanda belə, danışanın gözləri parıldayır, duruşunda, davranışında bir ədabazlıq hiss etdirir, fikrimi daha da dəqiqləşdirsəm, əslində Rəşad Məcidlə ünsiyyətinin olduğunu qabartmaq ona xoş gəlir. Qeybət şəkilində olsa belə...

Təbrik yazısı üçün bir az tərəddüd etdim. Bu aralar yazılarım davamlı olaraq "525-ci qəzet"də dərc olunur və mənim Rəşad müəllim haqqında yazmağım əvvəldə qeyd etdiyim kimi, bir az başqa cür görünə bilərdi. Amma son anda kənarın fikirlərini bir anlıq unudub cəsarətimi toplayaraq bir neçə kəlmə ilə təbrik etmək və onun haqqında düşündüklərimi yazmaq istədim. Rəşad müəllimin peşəkarlığından, işindən, vəzifəsindən yazmaq təbii ki, mənim işim deyil... O,öz sözünü demiş, öz yerini tutmuş və sonra gələnlər üçün cığır açmış bir ziyalıdır. Sözün həqiqi mənasında ziyalı. İşığı, nuru ilə başqalarının yolunu aydınladan, bir azacıq istedad gördüyündə onun dibinə su tökən, pöhrələnməsi, böyüməsi, qol budaq atması üçün əlindən gələni edən və bundan xüsusi zövq alan bir insan! Bugünümüzdə bir sıra sayt, qəzet və televiziya kanalları rəhbərlərinin istedada qarşı münasibəti arzuolunmazdır. Ya birdən-birə cəlbedici şəkildə meydana çıxacaqsan(vacib deyil istedadın olsun, hay-qara, vay-şüvən salmaqla da iş keçir), səni təqdim edəcəklər, sənin hesabına reytinq yığacaqlar, ya da ümumiyyətlə "qəbul" etməyəcəklər. Bir qəzet redaktoru, söz adamı olaraq Rəşad Məcidin böyüklüyü isə ondadır ki, məhz yuxarıda qeyd olunduğu kimi, dəstək olur, bir balaca közərtiyə də əhəmiyyət verir, üfürərək alovlandırır, o közərtinin böyük işığa çevrilə biləcəyinə inamını itirmir. Hökm deyil ki, dəstək olduğunun hamısı mütləq uğurlu yazar, publisist və s. olmalıdır.

Amma daxilinə qapanmış birinin içində yatan böyüklüyü görmək, onda ən azından özünəinam, cəsarət formalaşdırmaq da insanlığa xidmətdir ki, Rəşad müəllim bunu bacarır, ruhlandırır, lazım gəldikdə incitmədən, qəlbini qırmadan, amma tutarlı şəkildə iradını bildirir, istiqamət verir, bundan yorulmur, ərinmir, əsl insan yetişdirir. Təbii ki, bütün peşələrin, bütün sənətlərin kökündə insanlıq dayanmalıdır. İnsanlığa söykənməyən istedad da, elm də yararsız və ziyanlıdır. Və bu baxımdan əminəm ki, Rəşad Məcidin ətrafındakı gənclər əqidəli, vicdanlı, vətənini sevən, bununla yanaşı dünyanı qucağına sığdırmağı bacaran insanlar kimi yetişirlər.

İçində zərrə qədər qısqanclıq olmayan, ona daş atanlara belə dəstək olmaqdan həzz alan, yaxşılıqları təmənnasız, insanlıq xətrinə edən, sadəliyi, səmimiyyəti ilə böyük sevgi qazanan Rəşad Məcidə uzun ömür, can sağlığı, daha böyük uğurlar diləyir,doğum gününüz mübarək olsun deyirəm !

Məhsəti Musa


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1867   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021
.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021