500 illik məscid məhv olmaq üzrədir-FOTO

500 illik məscid məhv olmaq üzrədir-FOTOXaçmaz rayonunun Qaraqurdlu kəndindəki XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi baxımsızlıq ucbatından tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kompleksə kənardan baxdıqda, ətrafının çəpərlə əhatəli olduğu və mühafizə altında saxlandığı görünür. Əslində isə daxili hissəsi ikimərtəbəli olan məscid-mədrəsənin tavanı çöküb. Bu isə onu göstərir ki, yaz və payız yağışları, həmçinin qışın qarı bu tarixi abidənin içərisinə tökülür. Sözsüz ki, belə təbii proseslər abidənin günü-gündən məhvinə aparır.

Lent.az -ın əməkdaşı məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Xaçmaz rayonu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Qurumdan verilən cavabda bildirilir ki, abidə xidmətin mühafizəsindədir:

"Bilirik ki, abidə qəzalı vəziyyətdədir. Bu barədə lazımı qurumlara yazılı və şifahi məlumatlar verdik və büdcədən həmin abidə üçün yardım ayrılacağı deyilib".

Amma kompleksi təmir edib Xaçmaza gələn turistlərin diqqətinə təqdim etmək olar.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, əslində Azərbaycanda bu tipli yüzlərlə abidə var. Əlbəttə ki, onların hamısı turizm potensiallı ola bilər:

"Biz istəyərdik ki, onlar bərpa edilsin, qorunsun ki, turistlər də ora cəlb edilə bilsin. İndi siz dəqiq bir obyektin adını çəkirsiniz. Təbii ki, bu işlə bağlı məşğul olan konkret dövlət strukturları var.

Biz özümüz də Dövlət Turizm agentliyi olaraq strukturumuza daxil olan səkkiz mədəni tarixi qoruğu daim diqqətdə saxlayırıq. Bunlar Yuxarı Baş, Kiş, Lahıc, Basqal, Xınalıq, Yanardağ, Atəşgah və sonuncu yaradılan Beşbarmaq qoruqlarıdır. Bizim bu qoruqlarda əsas iş prinsipimiz ondan ibarətdir ki, ilk növbədə, turist gəldi, ya da gəlmədi fərqi yoxdur, onları qoruyaq. Daha sonra həmin məkanların turizm potensialını inkişaf etdirək. Biz sistemli olaraq, tabeliyimizdə olan qoruqlarda bu işləri aparırıq. Hər bir qoruğumuzda konsepsiya hazırlanır və ona uyğun olaraq da işlər həyata keçirilir".

Şah Abbas məscid-mədrəsəsi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında da qarşımıza çıxmadı. Amma həmin siyahıda Xaçmazın Piritəpə və Çobantəpə kurqanları, Şəhərgah, Təpəyatağı, Molla Burxan, Çileyir yaşayış yerləri, Dəyirmantəpə, Şiştəpə daxil olmaqla ümumilikdə 24 abidənin adı yer alıb.
500 illik məscid məhv olmaq üzrədir-FOTO500 illik məscid məhv olmaq üzrədir-FOTO500 illik məscid məhv olmaq üzrədir-FOTO500 illik məscid məhv olmaq üzrədir-FOTO500 illik məscid məhv olmaq üzrədir-FOTO500 illik məscid məhv olmaq üzrədir-FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2269   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Rusiya və Türkiyə nümayəndələri Şahbulaq qalasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Ağdam rayonuna səfər edən Türkiyə və Rusiya nümayəndə heyətləri Şahbulaq qalasında olublar.  xəbər verir ki, qonaqlara Şahbulaq qalası haqqında məlumat verilib. Bildirilib ki, XVII əsrə aid bu qala Qarabağ ərazisindək

27 iyun 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021