Koronavirus, yoxsa qrip: Xəstəlikləri necə qarışdırmayaq? - AÇIQLAMA

Koronavirus, yoxsa qrip: Xəstəlikləri necə qarışdırmayaq? - AÇIQLAMAYay fəsli sona çatır, qarşıdan isə payız və soyuq qış - mövsümi qrip və soyuqdəymə dövrü gəlir. Belə görünür ki, COVID-19 koronavirus pandemiyasının geri çəkilməsini gözləmək mənasızdır. Artıq bir sıra ölkələrdə epidemiyanın ikinci dalğası müşahidə edilir. Bu, Azərbaycanda da gözlənilirmi?

Media.az ölkənin pandemiya xəstəxanalarından birində uzun müddət işləyən terapevt həkim Mehriban Abdullayeva ilə bu mövzuda danışıb.

"Payız-qış dövrü ölkədə koronavirus infeksiyasının ikinci dalğasına səbəb ola bilər. Məsələ burasındadır ki, bu dövrdə kəskin respirator, bəzən də virus infeksiyaları yayılır. Buna görə vətəndaşlar mövsümi qrip və soyuqdəymə ilə koronavirusun əlamətlərini çaşdırmamaq üçün çox diqqətli olmalıdırlar", - deyə o, bildirib.

Həkim sadalanan xəstəliklərin bir çox simptomunun oxşar olduğunu qeyd edib:

"Kəskin respirator infeksiyalarının simptomları daha tez aradan qalxır. İnsanda azacıq hərarət, öskürək, burun axması müşahidə edilir, amma bir neçə gündən sonra vəziyyət sabitləşir. Mövsümi qrip yüksək hərarət və əzginliklə müşahidə olunur. Koronavirusda isə hərarət o qədər tez yüksəlmir, ümumi əzginlik və əzələ ağrıları bir həftədən çox davam edə bilər. Koronavirusun əsas fərqləndirici xüsusiyyəti qoxu və dadbilmənin kəskin itməsidir".

M.Abdullayeva yoluxanların sayının artmaması üçün vətəndaşları karantin rejiminin tələblərinə əməl etməyə çağırıb:

"Maska taxmaq, sosial məsafəyə riayət etmək çətin deyil, sağlamlığınız və yaxınlarınız haqqında düşünmək vacibdir".

Həkimin sözlərinə görə, immunitetin yüksəlməsi üçün sağlam həyat tərzi keçirmək, çoxlu mövsümi meyvə və tərəvəz yemək, daha tez-tez təmiz havaya çıxmaq lazımdır.

"Həmçinin prlofilaktika üçün D vitamini və C vitamini (fışıldayan həblər və ya draje şəklində) qəbul edə bilərsiniz. Bundan əlavə, epidemiya zamanı hər hansı bir sink tərkibli preparatlar kursundan keçmək olar, çünki sink immuniteti stimullaşdıran və bədənin müdafiəsini gücləndirən təbii bir immunomodulyatordur", - deyə M.Abdullayeva əlavə edib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına görə, koronavirusun ikinci dalğası olmayacaq. Bunun əvəzinə yoluxmaların "böyük bir dalğası" yüksəlib-azalacaq.

"Üstəlik, virusun bu növü mövsümi qrip ilə sinxronlaşmayıb", - deyə ÜST-dən bildirilib.

Buna baxmayaraq, oktyabr ayında Rusiyada pandemiyanın ikinci dalğası gözlənilir.

Avropada karantin rejiminin yumşaldılması isə infeksiyanın yenidən başlanmasına səbəb olub. Məsələn, İspaniyada koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə sayı iyul ayının əvvəlindən orta hesabla beş dəfə arıb. Almaniya hökuməti statistikanın kəskin pisləşməsi fonunda ikinci dalğaya hazırlaşır. Belçika və Fransa karantinin qaytarılmasını istisna etmir.

ABŞ-da da vəziyyət çox qeyri-sabitdir. Ən kritik bölgələr Kaliforniya, Florida, Texas, Nyu-York və Corciya ştatlarıdır. Yoluxmaların 40 faizi bu ərazilərin payına düşür. Eyni zamanda Amerika da xəstəliyin ikinci dalğasını gözləyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2192   Tarix: 21 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb. 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib. Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovu

10 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral