Yuxu dərmanları nəyə səbəb olur?

Yuxu dərmanları nəyə səbəb olur?İnsanların bir çoxu müəyyən səbəblərdən yuxu problemi ülə üzləşir. Problemdən çıxış yolu isə yuxu dərmanlarının içilməsində görülür.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan professor Muhammed Emin Akkoyunlu yuxu dərmanlarından düzgün istifadə edilmədiyi təqdirdə meydana gələn fəsadlar barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, yuxu həbləri həkim tövsiyəsi ilə istifadə edilmirsə, ciddi narahatlıqlara, hətta ölümə səbəb ola bilər. Həkim deyib ki, bu dərmanlar səbəbsiz istifadə edildikdə, xroniki yuxu və psixoloji pozğunluqlar yaradır. Onun sözlərinə görə, yatmazdan əvvəl uzun zaman televizora baxmaq, telefon və kompüterlə məşğul olmaq beyində kortizon kimi stress hormonlarına təsir edir və yuxu narahatlığı meydana gəlir. Yuxu pozğunluğu hissi, duyğuları, konsentrasiyanı, yaddaşı zəiflədir, düzgün qərar qəbul edə bilməməyə, diqqətsizlik və depresiyaya səbəb olur. Belə hallarda yuxuya getmək üçün istifadə olunan yuxu həbləri sayəsində yaranan yuxu isə əsl yuxu deyil və əsl yuxunun effektini vermir.

Professor hesab edir ki, dərmanla yuxuya getmək, üç ölçülü bir film izləmək kimi, beynində də virtual yuxu reallığı yaradır. Belə yuxu həqiqi və rahatlıqdan uzaqdır. Bundan əlavə, bu dərmanlar orqanizmdə hər hansı bir xəstəlik olarsa, ciddi fəsada səbəb ola bilər. Tənəffüs sisiteminə ziyan vuran bu dərmanların əlavə xəstəlik olmasa belə, ölümlə nəticələnən bir çox problemə səbəb olması mümkündür.

Bu səbəbdən, özfəaliyyət olaraq, kiminsə məsləhəti ilə yuxu dəmanı içmək olmaz. Bunu ancaq həkim təyin etməlidir. Keyfiyyətli yuxunun yolu isə yuxu gigiyenasını təmin etməkdən keçir. Yatmaq üçün qaranlıq, sakit bir mühit seçmək, yatmağa vaxt ayırmaq lazımdır. Bundan sonra da yuxu problemi olsarsa, professionallara müraciət olunmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3280   Tarix: 23 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Tez-tez selfi çəkmək ehtiyacı ruhi xəstəlikdir? - ARAŞDIRMA

Psixoloqlar tez-tez selfi (selfie) çəkib sosial mediada paylaşanların Selfitis xəstəliyinə tutulmaq ehtimalının ola bildiyini və psixoloji yardıma ehtiyac duyduqları barədə xəbərdarlıq edirlər. Bu barədə The Daily Telegraph qəzeti yazır. Qəzet yazır ki, Selfitis termini, çox selfi çəkənlər üçün ilk dəf

14 sentyabr 2021
.

Dördüncü "Matrix"in tizeri yayımlanıb

"Warner Bros." film konserni "The Matrix Resurrections" elmi-fantastik filminin ilk tizerini yayımlayıb. Videoya şirkətin "YouTube" kanalında baxmaq olar. Tizer cəmi 15 saniyədir - orada "Seçim sənindir" yazısı ilə izləyicilərə qırmızı və mavi həblər nümayiş olunu

9 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021