Deputat: "Gömrüklə bağlı qərar haqsız rəqabəti aradan qaldıracaq"

Deputat: "Gömrüklə bağlı qərar haqsız rəqabəti aradan qaldıracaq"Nazirlər Kabinetinin qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"na edilən düzəlişlər sosial şəbəkələrin əsas gündəminə çevrilib. Qərara əsasən ölkənin gömrük sərhədinə 30 gün ərzində eyni fiziki şəxsin ünvanına karqo və poçt vasitəsilə gətirilən malların ümumi dəyəri 1 000 dollardan 300 dollara, bir təqvim ayı ərzində ölkəyə güzəştli şərtlərlə gətirilən malların ümumi dəyəri isə 1 500 dollardan 800 dollara salınıb. Bu qərar bir sıra vətəndaşlar tərəfindən çaşqınlıqla qarşılandı.

Dövlət Gömrük Komitəsi məsələyə aydındlıq gətirdi və qərarın dövlətin iqtisadi mövqeyini, daxili bazarın mənafeyini qorumaq olduğunu bildirdi.

Millət vəkili Azər Badamov da açıqlamasında yeniliyə müsbət yanaşdığını bildirib. Onun sözlərinə görə, gömrükdə limitlərin tətbiq edilməsi Azərbaycanda dövlət büdcəsinə yığımları artıracaq. O qeyd edib ki, dünyanın hər bir ölkəsində şəxsi istehlak üçün gətirilən mallarla, gəlir əldə edilməsi üçün gətirilən mallar arasında fərqin müəyyən edilməsi üçün limitlər mövcuddur:

"Əgər biz Avropanın hər hansı bir ölkəsinə poçtla göndəriş etsək, orada malın dəyərinin müəyyən olunmuş məbləğdən çox olduğu halda vergiyə cəlb olunduğunu görəcəyik. Bu, dünya praktikasında da belə qəbul olunub".

Millət vəkili bundan əlavə, gömrükdə şəxsi istehlak üçün limitin tətbiq olunmasını haqsız rəqabətin aradan qalxması, idxal olunan malların vergidən yayınmasının qarşısının alınması və iqtisadiyyatın tənzimlənməsi baxımından müsbət addım hesab edir:

"Keçirilən iqtisadi təhlillər nəticəsində son illər fiziki şəxslərin ölkənin gömrük sərhədindən mal keçirərkən ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilməklə gömrük rüsumunu ödəməkdən yayındığı müəyyənləşdirilib. Adıçəkilən qaydalarda dəyişiklik bu halların aradan qaldırılması baxımından məqsədəuyğundur"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2681   Tarix: 27 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Bakıda kirayə evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

Artıq bir ildir ki, təhsil distant şəkildə davam etdirilir. Həmin səbəbdən də tələbələrin rayondan axını azalıb və bu, kirayə evlərin icarəsində durğunluq yaradıb. Dünən isə Təhsil Nazirliyi sentyabr ayının 29-da ali təhsil ocaqlarında və kolleclərdə dərslərin əyani şəkildə olacağı ilə bağlı qərarın

8 sentyabr 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021