Bu şəxslər gömrük güzəştlərindən yararlana biləcək

Bu şəxslər gömrük güzəştlərindən yararlana biləcəkAzərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.

Sonxeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı və turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər.
Bildirilib ki, təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Qeyd edək ki, indiyədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. investisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.
İnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 3623 təsdiqedici sənəd verilib, nəticədə təqribən 653 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.

Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 158 milyon manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88%-i regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 66%-i sənaye, 34%-i isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 milyon ABŞ dollarına yaxın dəyərdə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedici sənəd verilib.

Bu təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1798   Tarix: 28 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86 % azalaraq 87,17 ABŞ dolları təşkil edib. Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərini

22 mart
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Keçmiş bank sədri Vyanada vəfat etdi

Keçmiş bank sədri Fərid Əlizadə Vyanada dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, Fərid Əlizadə müalicə aldığı klinikada ürək problemindən vəfat edib. Yaxın günlərdə mərhumun cənazəsinin dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi bildirilib. Qeyd edək ki, F.Əlizadə Rutgers Universitetin

22 aprel
.

Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - İDDİA + RƏSMİ CAVAB

Vətəndaşlar ölkədə fəaliyyət göstərən "İST Petrol" yanacaqdoldurma məntəqəsindəki yanacağın keyfiyyətsiz olduğunu və benzinə su qatıldığını iddia edirlər. Ölkə.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. . Belə ki, videogörüntülərdə "İST Petrol" yanacaqdoldurm

11 aprel