"Uçan avtomobil"in sınaqları - FOTO

"Uçan avtomobil"in sınaqları - FOTOYaponiyanın "SkyDrive" startap şirkəti pilot tərəfindən idarə edilən "uçan avtomobil"in sınaqlarını kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim edib.

Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, mərkəzi ofisi Tokioda yerləşən "SkyDrive" şirkəti "uçan avtomobil"in sınaqlarına ötən ilin dekabrında Aiçi prefekturasının Toyota şəhərində başlayıb. Həmin startap şirkətinin "Toyota"nın və digər avtomobil istehsalçısı olan şirkətlərin sabiq əməkdaşları tərəfindən yaradıldığı bildirilir. Bu avtomobillərdə pilotsuz uçan aparatların propellerindən istifadə edilir.

KİV nümayəndələri üçün təqdim edilən SD-03 modelinin sınaqları zamanı pilot bu nəqliyyat vasitəsini idarəetmə dəstəyi vasitəsilə istiqamətləndirib. Avtomobilin uzunluğu təqribən 4 metrə, hündürlüyü isə təqribən 2 metrə çatır.

Sınaqlar zamanı təqribən iki metr hündürlüyə qalxan avtomobil sınaq meydançasında saatda 4 kilometr sürətlə hərəkət edib.

Şirkətin nümayəndələrinin bildirdiyinə görə, "SkyDrive" Yaponiyada pilot tərəfindən idarə edilən "uçan avtomobil"in uğurlu sınağını keçirən ilk şirkətdir.

Əlavə olaraq qeyd edək ki, hazırda bütün dünya yollarda tıxacları aradan qaldırmağa yardım edəcək bu avtomobillərin istehsalını səbirsizliklə gözləyir.
"Uçan avtomobil"in sınaqları - FOTO"Uçan avtomobil"in sınaqları - FOTO"Uçan avtomobil"in sınaqları - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3250   Tarix: 30 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 yaşında uşaqları ofis işçilərinə çevirən "texnologiya": Həkimdən XƏBƏRDARLIQ

"İki yaşında planşet istifadə etməyə başlayan uşaq on iki yaşında bel və boyun disk yırtığı ilə qarşılaşa bilər". Bu barədə türkiyəli fizioterapevt Mehmet Toprak bildirib. Onun sözlərinə görə, sözügedən şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı günü-gündən artır. Mütəxəssis bildiri

7 aprel
.

10 il evindən çıxmayan rusiyalı kişini təxliyə etmək üçün unikal əməliyyat - VİDEO

Rusiyada 10 il evindən çıxmayan, 400 kiloqram çəkisi olan kişinin mənzildən çıxarılması ilə bağlı unikal əməliyyat keçirilib. Məlumata görə, 54 yaşlı Maksim ürəyi ağrıdığı üçün təcili yardıma zəng edib. Həkimlər gəlib onu xəstəxanaya yerləşdirmək istəsələr də, xilasedicilərin köməyi olmadan bunu ed

14 aprel
.

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

"Gaia" kosmik teleskopundan istifadə edən beynəlxalq astronomlar qrupu Yerə nisbətən yaxınlıqda nəhəng qara dəlik aşkar ediblər. Obyekt "Gaia-BH3" adlandırılıb. "Ölkə.az" xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub

17 aprel
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Azərbaycanda istilik mövsümü başa çatır - BU TARİXDƏ

Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək. xəbər verir ki, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır. Qeyd edək ki, noyabrın 15-dən Azərbaycanda növbəti istilik mövsümünə start verilmişdi. 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdi

13 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel