Yaxın zamanlarda "Grandmart" şəbəkəsi Aktauda filialını açacaq

Yaxın zamanlarda "Grandmart" şəbəkəsi Aktauda filialını açacaqHazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün gözəl imkanlar yaradır, Azərbaycanı iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasəti dəstəkləmək və Prezidentin beynəlxalq münasibətlərdə möhkəmlənmə mövqeyinə töhfə vermək məqsədilə yerli bazarda fəaliyyətini uğurla davam etdirən "Grandmart" şəbəkəsi Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atıb.

Belə ki, yaxın zamanlarda "Grandmart" şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3 000 kv. metrlik filialınının açılışı ilə pərakəndə markalarının yalnız ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan adının daha da tanınmasına stimul olacaq. Bu əlamətdar hadisə yalnız "Grandmart" supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin uğurudur.

Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə "Grandmart" şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir. Uzun illər ərzində adları qeyd olunan iki şəxsin Azərbaycanın pərakəndə sahəsində ixtisaslaşmış şəbəkələrin yaradılmasında və formalaşmasında əhəmiyyətli təsiri olub.

Eşqin İsmayıllı – "Megastore" supermarketlər şəbəkəsinin qurucusu, eyni zamanda B2B və B2C sahəsində öncül layihələrdən sayılan "Bakumart Supply" şirkətinin təsisçisidir. Pərakəndə sahəsinə gətirdiyi yenilikçi texnoloji həllərlə yanaşı uzun illərdir milli pərakəndə bazarında -üstün xidmət- prinsipini əsas tutan E. İsmayıllı birəbir müştəri məmnuniyyəti və sistemli idarəetmə üslubu ilə pərakəndə sektoruna öz töhfəsini verib.

Turan Özbahceci – Türkiyəli iş adamı 2012-ci ildə Trakya bölgəsində olan 51 marketdən 21-nin İngiltərənin ən güclü pərakəndə qrupu olan "Tesco-Kipaya" satışını həyata keçirib, 2011-ci ildən "Araz" supermarketlər şəbəkəsinin qurucu ortağı və CEO-su olub, 2015-ci ildə isə Qafqazın ən böyük gurme və VİP mağazası olan "Port Baku Bazar"ın açılışını reallaşdırıb.

Pərakəndə bazarının iki aparıcı lideri E. İsmayıllı və T. Özbahceci eyni layihədə bir araya gələrək Azərbaycan pərakəndə bazarının inkişafı üçün "Grandmart", "Bolmart" və "Baqqal" layihələrində böyük uğurlara imza atıblar. "Bolmart" şəbəkəsi üzrə yalnız Bakı şəhərində deyil, respublikanın bir çox regionlarında müştərilərin tələbatlarının qarşılanması və bazarın yüksək səviyyədə təmin edilməsi ilə peşəkarlıq səviyyəsini genişləndirməyə nail olub.

Bundan başqa, "Grandmart" şəbəkəsinin "Səbət", "Fresco", "Avromart" marketlərini satınalması və həmin marketlərin rebrendinq edilərək Bakı şəhəri üzrə 32 filialda üstün xidmət anlayışı ilə "Grandmart" adı altında yenidən bazara təqdim edilməsi pərakəndə sektoruna yeni nəfəs gətirib.

"Grandmart" şəbəkəsinin Aktau şəhərində yeni filialının yaradılmasının ölkəmizin pərakəndə sahəsi üzrə dünya bazarında tanınması yolunda ilk addım olacağına və prezidentin dəstəyi ilə bu uğurlu layihə kimi bir çox sahələrdə ölkə iqtisadiyyatının daha geniş miqyasda inkişaf edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1961   Tarix: 31 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021