Zəhərlənən tələbələrə görə komendant ittiham edildi

Zəhərlənən tələbələrə görə komendant ittiham edildiNoyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.

Baş Prokurorluqdan Sonxeber.az-a verilən məlumata görə, istintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2228   Tarix: 03 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Qaxda baş verən yanğın məhdudlaşdırılıb

Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021