Miqren tutmalarını artıran amillər: Qidalar, yuxu, çəki...

Miqren tutmalarını artıran amillər: Qidalar, yuxu, çəki...Pandemiya dövründə miqren tutmalarının sayı artıb.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan nevrologiya uzmanı Halide Rengin Bilgen açıqlayıb. Onun sözlərinə görə, karantin dövründə evdə uzun zaman qalma, eləcə də koronavirusa yoluxma qorxusu miqren tutmalarının artmasıan səbəb olur. Həkim vurğulayıb ki, uzun zaman davam edən stress, depressiya, nizamsız yuxu, eləcə də pis qidalanma miqrenə təsir edir. Onun sözlərinə görə, miqren tutmaları artıdığından həkimə müraciətlər də çoxalıb. Həkim deyib ki, miqren ağrıları, ələlxüsus da onun tez-tez baş verməsi həyat tərzinə, eləcə də iş və təhsilin keyfiyyətinə mənfi təsir edir. O, miqren ağrılarından əziyyət çəkənlərin cəmi 5 faizinin müalicə üçün həkimə müraciət etdiklərini bildirib.

Həkim deyib ki, miqren tutmaları yuxu rejimi ilə sıx bağlıdır, ona görə də bu problemi olanlar yuxu rejimlərini heç vaxt dəyişməməlidirlər. Yuxu azlığı, eləcə də yuxu saatlarında olan dəyişiklik, hətta çox yatmaq miqren tutmalarını artıra bilər.

Qidalanmanın miqrenə təsiri barədə danışan mütəxəssis miqren tutmalarına təkan verən qidaları açıqlayıb. Onun sözlərinə görə, işlənmiş qidalar, məsələn, kolbasalar, sosiskalar, şokolad, həddən artıq kofein istifadəsi, bəzi alkoqollu içkilər, qızartma yeməklər, bir sıra pendirlər miqren tutmalarına təsir edir. Eyni zamanda aspartam kimi qidalara dad verən məhsullar, tərkibində tiramin, monosodium glutamat maddələri olan qidalar, damarlarda daralma və genişlənməni aktiv edərək miqren tutmalarının ortaya çıxmasına səbəb olur.

Həkim vurğulayıb ki, çəkinin artması da miqrenə təsir edir və bu, bir sıra araşdırmalarla sübut olunub. Piylənmədən əziyyət çəkənlərdə miqrenin xroniki formaya (yəni ayda 15 və daha çox tutmanın olması) keçmə riski 5 dəfə artıqdır. Həmçinin insulin rezistentliyi olan xəstələrdə miqren tutmaları sıxlığı və şiddətinin artdığı bildirilir.

Eləcə də hərəkətsiz həyat tərzi də miqrenə təsir edir. Miqren xəstələri dərman müalicəsi ilə yanaşı açıq havada gəzməli, idman hərəkətləri etməlidirlər. Nevroloq bildirib ki, pandemiya, karantin dövründə bütün bunlar olunmadığına görə, miqren tutmalarının artmasına səbəb olur. Ona görə də mütəxəssis sosial məsafəni qorumaq, maska taxmaq kimi qaydalara əməl etməklə açıq havada piyada gəzməyi, aktiv həyat tərzi keçirməyi tövsiyə edib.

Həmçinin miqren xəstələrinin işığa həssas olduqlarını xatırladan həkim qeyd edib ki, parlaq ışıqlar, eləcə də Günəş işığı miqren tutmalarını artırır. Ona görə də Günəş şüllarının dik düşdüyü saatlarda gəzməmək, gəzərkən gün eynəyi taxmaq, şlyapa, papaq geyinmək tövsiyə olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2964   Tarix: 05 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Qızdırmanı salmağa tələsməyin!

Qızdırma müxtəlif səbəblərə görə qalxa bilər. -a istinadən bildirir ki, qızdırmanın əsas səbəblərindən biri soyuqdəymə və virus xəstəlikləridir. Belə qızıdırmadan qorxmaq lazım deyil. Əksinə qızdırmanın qalxması orqanizmə xəstəliklə mübarizə etməyə yadım edir, sağalmanı tezləşdirir. Belə ki, qızıdırm

17 sentyabr 2021
.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021