Gündə 1 fincan bədəndəki yağları və şəkəri "yandırır"...

Gündə 1 fincan bədəndəki yağları və şəkəri "yandırır"...Qəhvə gündəlik həyatın vazkeçilməz içkilərindən birinə çevrilib. Bir çox insan yuxudan ayılmaq, bir çoxları isə qoxusu və dadını çox sevdiyi üçün qəhvə içməyi alışqanlıq halına gətirib. Çoxları gün ərzindəki işlərinin daha səmərəli olması və başqa bir sıra səbəblərdən qəhvə içmək istəyir. Qəhvənin bu qədər çox sevilməsi, onun faydaları və zərərləri mütəxəssislər tərəfindən tez-tez qiymətləndirilir.

Sonxeber.az e-tibb.az-a istinadən xəbər verir ki, yeni bir araşdırma zamanı qəhvənin yağ yandırıcı təsiri araşdırılıb.

Mütəxəssislərin fikrincə, gündə bir fincan qəhvə orqanizmdə olan qəhvəyi yağları aktivləşdirir. Qəhvəyi yağlar qidalarda olan şəkər və yağı yandırmağa və bədəni isitməyə kömək edir. Qəhvəyi yağlar artıq çəki yığmağa səbəb olan ağ yağlardan fərqlidir. Ağ yağlar orqanizmin istifadə etdiyindən daha çox enerji aldığı zaman əmələ gəlir.

Mütəxəssislər bildirir ki, qəhvəyi yağlar aktivləşdirildikdə, orqanizm qanda olan şəkər və yağ miqdarına daha yaxşı nəzarət edir və daha yaxşı nəticə əldə olunur. Qanda qlükozaya nəzarətin bu şəkildə yaxşılaşdırılması insanları 2-ci tip şəkərli diabetdən qorumağa kömək edə bilər. Ələlxüsus gün ərzində qəbul edilən bir fincan qəhvə Alzheimer (yaddaşın itməsi) riskini də azaldır.

Faydalı olsa da, qəbul edilən qəhvənin miqdarına diqqət yetirilməlidir. Çünki yüksək dozada kofein qəbulu asılılıq yarada bilər. Orqanizm vərdiş etdikdə, gün ərzində çox miqdarda qəhvə qəbul etmək əsəb və ya yorğunluq hissinə səbəb olur. Xüsusilə orta yaşlı insanlarda yüksək qan təzyiqi yarana, bu isə ürək xəstəlikləri riskini artıra bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2111   Tarix: 06 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Xidmet.az ilə xidmətlərin sifarişi

müxtəlif xidmətləri bir saytda birləşdirən istifadəçilərinə geniş bir xidmət sahələri təklif edən onlayn saytdır. Saytımızda hər bir istifadəçinin ehtiyaclarına uyğun xidmətlər asanlıqla tapmaq olar. Usta və Təmizlik Xidmətləri. Ev və iş yerləriniz üçün lazımi təmir və təmizlik xidmətləri saytında sizlər

23 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel
.

8 yaşlı qızın beynindən bir metr tük çıxarıldı

Şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edən 8 yaşlı qızın beynindən təxminən bir metr uzunluğunda tük götürülüb. xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Cəlal-Abad vilayətindən olan qız şiddətli baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həkimlər 8 yaşlı uşağın MRT-sini çəkənd

21 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel