Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü - Qanı ilə divara "xəyanətin cəzasi ölümdür" yazdi - FOTO

Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü - Qanı ilə divara "xəyanətin cəzasi ölümdür" yazdi - FOTOİstanbulda Azərbaycan vətəndaşı Vüsal Orucov Türkiyə vətəndaşı olan və dini nigahla evləndiyi 18 yaşlı arvadı Sevilay Kayanı xüsusi amansızlıqla qətlə yetirib. Qatil daha sonra gənc qızın qanı ilə divara "xəyanətin cəzası ölümdür" sözlərini yazıb.

Sonxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən gün sentyabrın 5-də İstanbulun Qaziosmanpaşa rayonunda baş verib. Sevilay Kayanın yaşadığı evə gələn təcili yardım briqadası onun keçindiyini təsbit edib. Anası da qızının qətlə yetirildiyini eşidərək evə gəlib və fəryad edib, "qızımı mənə verin" deyərək huşunu itirib. Yaxınları onu xəstəxanaya aparıb.

Qatil hadisə yerindən qaçsa da daha sonra polisə təslim olub. Onun dindirilməsi davam edir, ilkin versiyaya görə Orucov yeni evləndiyi arvadını qısqanclıq səbəbindən öldürüb. Cinayətin baş verdiyi küçədəki atelyedə çalışan Mesut Demirel deyib ki, V.Orucov qızın boğazını kəsib. "Sonra polisə zəng vurub. Polis gəldi, prokuror gəldi. Hadisə belə oldu. Bildiyimizə görə hələ rəsmən evlənməmişdilər, dost həyatı yaşayırdılar. Evdən səs, qışqırıq-filan eşitmədik. Kəsib, qaçıb...",-o deyib.

Məhəllədə yaşayan Salih Baykal adlı sakin isə deyib ki, hadisə haqda məlumatı azdır. Amma qətlə yetirilən qız həmin küçədə şirniyyat dükanında işləyirmiş. "Ara-sıra görürdük, yazıq, gənc qız idi. Ərini tanımıram, onsuz da yeni evlənmişdilər. Buraya da yeni köçmüşdülər. Təxminən iki ay əvvəl olar",-o deyib.

Qətlə yetirilən qızın işlədiyi şirniyyat dükanında çalışan Mehmet Örek isə deyib ki, o da hadisənin səbəbini bilmir: "Burada çalışdı, 2 həftə sonra dedi ərim icazə vermir, işdən çıxdı. Ondan sonra bir-iki dəfə gördüm. Deyəsən əri azərbaycanlı idi. Çox gördüyümüz insan deyildi. Evləndikdən sonra çölə də çıxmırdı. Sonra yuxarı mərtəbədəki ayaqqabıçıların yanında işləməyə başlayıb. Ayaqqabıçılardan birinin dediyinə görə, kimsə yuxarı (Sevilayın yaşadığı evə tərəf) çıxıb, orada çalışanlar şübhələniblər. Sonra orada çalışanlardan birini göndəriblər. Qapı bağlı imiş. Zəngi basıblar, heç kim açmayıb. Bunlar da şübhələniblər. Sonra kimsə qapını qırıb içəri girəndə qızı yerdə qan içində görüblər. Əri qapını içəridən bağlayıb, boğazını kəsib, sonra pəncərədən qaçıb. Biz hadisə haqda eşidəndə polis artıq gəlmişdi..."
Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü - Qanı ilə divara "xəyanətin cəzasi ölümdür" yazdi - FOTOVüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü - Qanı ilə divara "xəyanətin cəzasi ölümdür" yazdi - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8984   Tarix: 06 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021