Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi - Bakıda ŞOK OLAY

Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi - Bakıda ŞOK OLAYBakıda arvadını öldürməyə cəhddə ittiham olunan Namiq İbrahimovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Namiq İbrahimov 2012-ci ildən qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şəhla Ağayevanın işlədiyi Azərbaycan Tibb Universitetinin fiziologiya kafedrasının kişi müəllimləri ilə intim münasibətdə olmasından şübhələnib.

Bu səbəbdən Şəhla Ağayeva yaşadıqları mənzilə gəldikdən sonra ondan mənzilin açarını və istifadəsində olan mobil telefonunu zorla əlindən alıb. Daha sonra mənzildə saxladığı tapança və bıçaqla Şəhla Ağayevanı öldürməklə hədələyib. O, Şəhla Ağayevanın əl və ayaqlarını kəndirlə bağlayıb, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

O, qadını əl-ayağı kəndirlə bağlanmış vəziyyətdə bir gün evdə saxlayıb. Şəhla Ağayeva bir gün sonra su içmək adı ilə mənzilin mətbəx otağına keçib. Mətbəx pəncərəsinin açıq olmasından istifadə edərək alt paltarrında pəncərədən binanın qarşısına tullanaraq qaçıb.

Şəhla Ağayevanın bu hərəkətlərindən hiddətlənən Namiq İbrahimov onu öldürmək qərarına gəlib. O, mətbəxin pəncərəsindən çıxaraq Şəhla Ağayevanın arxası ilə qaçıb.

Namiq İbrahimovun arxasınca gəldiyini bilən Şəhla Ağayeva ərzaq dükanında gizlənib. Namiq İbrahimov onun ərzaq dükanında gizləndiyini bilib və ora basqın edib. Qadını taparaq, onu yerə yıxıb, baş və bədən nahiyələrinə yumruq-təpiklə, habelə tapançanın dəstəyi ilə zərbələr endirib.

Daha sonra tapançanı yerdə uzanıqlı vəziyyətdə olan Şəhla Ağayevanın baş nahiyəsinə tuşlayıb, atəş açıb. Lakin Şəhla Ağayeva sağ əlini atəş açılan istiqamətdə tutaraq özünü müdafiə etdiyindən, güllə sağ əlinə dəyib.

Xəstəxanada göstərilən ixtisaslı tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Namiq İbrahimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 145.2.5-ci (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6-cı (silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 221.3-cü (silah qismində olan əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namiq İbrahimov 16 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3294   Tarix: 09 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Naxçıvanda 21 illik SİRR: Ərini öldürüb su quyusunda basdırdı

Ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən -a daxil olan birg

27 fevral
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Arvadı ilə qayınatasını bıçaqladı

Gəncədə kürəkən arvadını və qayınatasını bıçaqlayıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yeni qəsəbədə qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hadisəni törətməkdə 1997-c

26 fevral
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə

20 fevral
.

Xoşqədəmin verilişində onu axtaran keçmiş arvadını məhkəməyə verdi

Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanları

27 fevral
.

Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi - Həbs edildi

Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib

26 fevral
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart