Milli Gimnastika Arenasının zalı sökülür - FOTO

Milli Gimnastika Arenasının zalı sökülür - FOTOGimnastika növləri üzrə yığma komandaların uzun illər ərzində sevimli məşq məkanına çevrilmiş Milli Gimnastika Arenası (MGA) ərazisində yerləşən köməkçi zalın sökülməsinə qərar verilib.

Azərbaycan Gimnastika Federasiyasının saytı xəbər verir ki, 2013-cü ildən fəaliyyət göstərən və ümumi sahəsi 6 min kvadrat metr olan bu zalın sökülməsinə səbəb onun istifadə müddətini artıq başa vurmasıdır.

MGA-nin cənubunda yerləşən, hava günbəzi texnologiyası ilə tikilmiş bu zal gimnastika növləri üzrə yığma komandalar üçün günlərinin çox hissəsini keçirdikləri məşq zalından əlavə, həm də bir növ evə çevrilmişdi. Gimnastların burada rahat məşq etməsi, eləcə də dincəlməsi üçün bütün lazımi şərait yaradılmışdı.

Lakin xüsusi konstruksiya əsasında quraşdırılmış bu tip qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur. Köməkçi zal da artıq obrazlı desək, "öz ömrünü yaşamış" və onun da istismardan çıxarılma vaxtı çatmışdır.

Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.
Milli Gimnastika Arenasının zalı sökülür - FOTOMilli Gimnastika Arenasının zalı sökülür - FOTOMilli Gimnastika Arenasının zalı sökülür - FOTO


Sonxeber.az Telegramda izləyin
İdman   Baxılıb: 678   Tarix: 11 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Keçmiş UFC çempionu Qetjiyə Nurməhəmmədovla döyüşməyin yolunu göstərdi

Keçmiş UFC çempionu Henri Sexudo amerikalı Castin Qetjiyə Həbib Nurməhəmmədovla necə döyüşməli olduğu barədə tövsiyə verib.. . Bu barədə "Essentially Sports" məlumat yayıb.. . "Qetji üçün qələbənin açarı riskə girmək, ayaqları "loukik"lərlə məhv etmək və "teykdaun"larda

10 sentyabr

AFFA İntizam Komitəsinin sədri istefa verdi

Tofiq Fətullayev öz istəyi ilə AFFA-nın İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb.. . "Report"un məlumatına görə, bu vəzifə hazırda İntizam Komitəsinin üzvü olan Erkin Hüseynova həvalə edilib.. . İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərarı

9 sentyabr

Dünyaca məşhur futbolçu COVİD-19-a yoluxdu

Dünyaca məşhur Fransız futbolçu Kilian Mbappe koronavirusa yoluxub. . . Sonxeber.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytında məlumat verilib. . . Sayta paylaşılan xəbər görə, UEFA tərəfindən edilən testlərdə Kovid-19 olduğu məlum olan futbolçu Fransa millisindən uzaqlaşdırılıb

8 sentyabr

Məşhur komandanın iki futbolçusu COVİD-19-a yoluxdu

"Mançester Siti" nin iki futbolçusunda koronavirus aşkarlanıb.. . Sonxeber.az xəbər verir ki, bu barədə İngilis komandasının verdiyi açıqlamaya görə, "Mançester Siti" futbolçuları Aymeric Laporte və Riyad Mahrez koronavirus (Covid-19) testləri müsbət olub. . . Futbolçularda xəstəlikl

7 sentyabr

Messi koronavirus testindən keçdi

"Barselona"dan ayrılacağı gündəm olan, daha sonra qərarını dəyişən Lionel Messi nəhayət komanda ilə məşqlərə başlamağa qərar verib. . . Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar o, yeni mövsümün ilk məşqindən öncə koronavirus testindən keçib.. . Bu məqsədlə xüsus

6 sentyabr

Mahir Emreli yığmadan kənarlaşdırıldı

Yığma komandamızın hücumçusu Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb.. . Sonxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emrelinin millimizin sentyabrı

6 sentyabr

"Real Madrid"in ən çox maaş alan futbolçusu narazıdır

İspaniyanın "Real" futbol klubuna forvardı Qaret Beyla aid təklif daxil olmayıb.. . Sonxeber.az xəbər verir ki, bu barədə klubun rəsmiləri xəbər verib.. . Daha əvvəl oyunçu klubdan ayrılmaq istədiyini açıqlayıb. 31 yaşlı futbolçunun sözlərinə görə, "Real" bütün gələn transfer təkliflərin

6 sentyabr

"Traktor"un baş məşqçisi final oyununa görə sərt cəzalandırıldı

İranın "Traktor" futbol klubunun baş məşqçisi Saket Elhami final oyununda hakimlərə etiraz etdiyinə görə cəzalandırılıb.. . Bu barədə klubun rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb. Məlumatda deyilir ki, baş məşqçi bir illik müddətə futboldan məhrum edilib:. . "Elhamini

6 sentyabr

Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur

Azərbaycanda əhalinin yalnız 20,4 faizi idmanla məşğul olur.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, 2019-cu ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, ölkədə 15-19 yaşlı əhalinin 43,5 faizi, 20-44 yaşlı əhalinin 27 faizi, 45-64 yaşlı əhalinin 11,6 faizi idman edir..

6 sentyabr