Azərbaycanda emal müəssisələri tərəfindən üzümlərə tələbat zəifləyib

Azərbaycanda emal müəssisələri tərəfindən üzümlərə tələbat zəifləyibKənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalçıları ilə onlayn videokonfrans keçirilib.

Bu barədə Sonxeber.az-a Nazirlikdən bildirilib.

Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələri ilə onlayn videokonfrans keçirilib. Görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri, şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri, fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tədbirlər müəyyən edilib. Kənd Təsərrüfat Nazirliyi də buna uyğun olaraq ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı davamlı tədbirlər həyata keçirir. Aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, vətəndaşları keyfiyyətli və əlçatan ərzaq məhsulları təminatı həyata keçirilir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri aqrar məhsulların ixrac potensialının artırılmasıdır, dövlət bir çox sahələr kimi üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir.

Görüşdə üzümçülük sahəsində ting təminatının vacib məsələlərdən biri olduğu vurğulanıb. İştirakçılara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində istehsal gücü ildə 500 min ədəd fillokseraya davamlı calaq emalatxanasının inşa olunduğu barədə məlumat verilib. Tinglik kompleksinin calaqaltı və calaqüstü əkin materialı ilə təmin edilməsi məqsədilə 20 ha ərazidə calaqüstü anaclıq bağı və 10 ha sahədə fillokseraya davamlı calaqaltı anaclıq bağı salınıb. Bu müəssisənin inşası üzümçülükdə xəstəliklərə davamlı və məhsuldar tinglərə olan tələbatın ödənilməsində əsas rol oynayacaq.

Görüş iştirakçıları pandemiya şəraitində məhsul istehsalı və aqrar emalın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər. Çıxış edənlər pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandğını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib.

Çıxışlar zamanı şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynalxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması kimi təkliflər səsləndirilib. İştirakçılar üzüm istehsalıçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi barədə ortaq fikrə gəliblər.

Görüşün yekununda şərab və şərabçılıq məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini hazırlayaraq nazirliyə təqdim etmək tövsiyə olunub.

Qeyd edək ki, yaxın günlərdə ölkə üzrə kütləvi üzüm yığımına başlanacaq. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahələri mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir. Ötən il bar verən 14521,8 hektar üzüm sahəsindən 201,7 min ton məhsul yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,2 min ton çoxdur. Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Bu günə qədər 14521,8 bar verən üzüm sahələrindən 27,5 min ton məhsul yığılıb.


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1274   Tarix: 13 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan ABŞ ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sektorunda əhəmiyyətli nəticələr əldə edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu il üçün Azərbaycanın özəl sektorundakı fəaliyyətinin əsas məqsədi kənd təsərrüfatı və turizmə xüsusi diqqət yetirməklə özəl sektorun rəqabət qabiliyyətini artırmaqdır.. . Sonxeber.az xəbər verir ki, bu barədə Trend-ə USAID-in Azərbaycandakı nümayəndəliyində

13 sentyabr

SOCAR və "Rosneft" rəhbərlərinin görüşü olub

Sentyabrın 11-də SOCAR prezidenti Rövnəq Abdullayevin Moskvaya rəsmi səfəri olub.. . "Report" xəbər verir ki, SOCAR prezidenti səfərin gedişatında "Rosneft"in baş icraçı direktoru İqor İvanoviç Seçinlə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəlad

12 sentyabr

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.. . Sonxeber.az bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,39 ABŞ dolları və ya 0,96% azalaraq 40,50 dollar təşkil edib.

12 sentyabr

ABŞ-ın Xəzər regionuna investisiya qoyması müzakirə olunub

Xəzər Siyasi Mərkəzi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə bu ölkənin Beynəlxalq Maliyyə İnkişaf Korporasiyasının, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı ekspertlərini, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Əfqanıstanın yüksək vəzifəli şəxslərini bir aray

10 sentyabr

Bakıda qadın gözəllik salonundan oğurluq etdi

Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib.. . Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.. . Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərind

10 sentyabr

Azərbaycan nefti yenidən bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,96 ABŞ dolları, yaxud 2,38% artıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 41,26 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

10 sentyabr

Azərbaycan neftinin qiyməti AÇIQLANDI

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,02 ABŞ dolları, yaxud 4,77% azalıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 40,30 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

9 sentyabr

Yaxın 4 ildə Azərbaycanda aşağı inflyasiya proqnozlaşdırılır-EKSPERT

Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, 2021-2024-cü illərdə Azərbaycanda istehlak qiymətləri indeksi orta hesabla 2,8% artacaq. Bu göstəriciyə əsasən Azərbaycan hələ postsovet məkanında ən yaxşı mövqelərdən birini tutur. MDB ölkələri Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, koronaviru

8 sentyabr

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 7-də 42,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel azdır.. . Bu barədə Modern.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.. . FOB bazisi üzrə Türkiyənin Ceyha

8 sentyabr